Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə55/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   51   52   53   54   55   56   57   58   ...   252
200) Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Ağ ciyərlərin 
B) Mədənin 
C) Öd kisəsinin 
D) Süd vəzisinin 
E) Qara ciyərin 
Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji 
tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafika-şəkil deməkdir. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “ Çıraq “ 2008 
201) Uroqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Sidik sisteminin 
B) Süd vəzisinin 
C) Öd kisəsinin 
D) Ağ ciyərlərin 
E) Qara ciyərin 
Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqidir. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra 
vasitəsilə retroqrad üsulla sidik kisəsinə və ya xüsusi sidik axarı kateteri vasitəsilə böyrək 
ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499 “Çıraq “ 2008 
202) Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının 
taktikası nədən ibarətdir.
A) Arterial təzyiqi ölçür 
B) Tənəffüsü sayır 
C) Xəstəni uzandırıb, naşatır spirti ilə isladılmış pambığı iylədir və həkimi çağırır 
D) Ürək-ağciyər reanimasiyası tədbirlərinə başlayır 
E) Kordiamin inyeksiyası edir, həkimi çağırır 
Xəstəni vəziyyətdən tez çıxartmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq, onu sıxan paltardan 


azad etmək və ona təmiz hava gəlməsini təmin etmək lazımdır, bütün bu tədbirlər kömək etmədikdə 
ona naşatır spirtində isladılmış pambıq iylədilir, ayaqlarına isitqac qoyulur və həkim çağırılır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 513 “Çıraq “ 2008. 
203) Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
A) Nəmləndirilmiş oksigenin verilməsi 
B) Qanın müayinə edilməsi 
C) Termometriya 
D) Qusma zamanı yardım 
E) Su balansının təyini 
Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı 
azaltmaq ücün xəstəyə tərkibində atropin olan dərmanlar- belladonna, belloid, belaspon verilir
qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başını yana döndərilir, qusub qurtardıqdan sonra 
ağzını yaxalayırlar. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq “ 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin