C) İltihabəleyhi preparatlar
D) Vitaminlər
E) Mədə fermentləri
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə
uyğun deyil.
Ədəbiyyat:В.М.Боголюбов, ,,Внутренние болезни,,.Москва ,,Медицина,,1983.Стр.225
191) Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb işçisinin göstərdiyi yardımlardan
hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
A) Dərialtına insulin vurmaq
B) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək
C) Xəstəyə bir neçə parça qənd vermək
D) Xəstəyə şirin çay vermək
E) Xəstəyə bir qaşıq bal vermək
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu
da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə
belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun
üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə
xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.511 “Çıraq ”2008.
192) Nəbz kəsiri nədir?
A) Periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasındakı fərq
B) Nəbzin sayının normadan çox olması
C) Sağ və sol qolda nəbzin sayının müxtəlif olması
D) Nəbzin sayının normadan az olması
E) Nəbzin ritminin pozulması
Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib
çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz
kəsiri deyilir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65 “Çıraq ” 2008.
Dostları ilə paylaş: