B) Krupoz pnevmoniya
C) Kəskin bronxit
D) Ağciyər absesi və qanqrenası
E) Ağciyərlərin emfizeması
Ağciyər absesi ağciyər toxumasının irinləməsi ilə müşaiyət olunan xəstəliyidir. Bu proses sağlam
toxuma ilə məhdudlaşaraq bir və ya bir neçə irinli boşluq əmələ gətirir. Boşluqlar adətən bronxlara
açılaraq, irinin bronx vasitəsilə xaricə ifraz olunmasına imkan yaradır. Ağciyər qanqrenası isə
ağciyər toxumasının irinli parçalanması deməkdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983.Стр 226-231
187) Bu xəstəliklərdən hansının kəskin forması mövcud deyil?
A) Bronxit
B) Qastrit
C) Pielonefrit
D) Pnevmoniya
E) Bronxial astma
Bronxial astma xəstəliyinin əsasında bronxların reaktivliyinin dəyişməsi durur. Bu dəyişiklik
immunoloji və qeyri- immunoloji mexanizmlərlə əlaqədardır. Xəstəliyin inkişafında əsas yeri
müxtəlif allergenlər tutur. Bronxial astma xəstəliyinə allerqoz kimi də baxmaq olar. Bu səbəbdən
bronxial astma xroniki residiv verən xəstəlik sayılır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 215
188) Bu xəstəliklərdən hansı yalnız xroniki formada olur?
A) Hipertoniya xəstəliyi
B) Pielonefrit
C) Qastrit
D) Pnevmoniya
E) Bronxit
Hipertoniya xəstəliyi sinir gərginliyi ilə əlaqədar olaraq damar tonusunun artması və nəticədə
arterial təzyiqin yüksəlməsi ilə müşaiyət olunan xəstəlikdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 302
189) Aşağıdakı müayinələrdən hansı bronxit xəstəliyi zamanı lazım olan məlumatı vermir?
A) Ağciyərlərin auskultasiyası
B) Döş qəfəsinin R-skopiyası
C) Bronxoskopiya
D) Qastroskopiya
E) Döş qəfəsinin R-qrafiyası
Qastroskopiya mədənin endoskopik müayinəsi olduğundan bronxit xəstəliyi zamanı heç bir lazımi
məlumat vermir. Qalan variantlardakı müayinə metodları isə bronxit xəstəliyinin diaqnostikası
zamanı istifadə olunur.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 174
Dostları ilə paylaş: