E) Zülalları
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri,
sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr”
Bakı 1984
175) Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
A) Qida maddələrini düz bağırsaqdan yeritmək
B) Xəstənin qaşıqla yedizdirilməsi
C) Fistula vasitəsilə yedizdirilmə
D) Parenteral yolla qidalanma
E) Qidanın zondla yeridilməsi
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri
yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun
daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra,
komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal
qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129 “ Çıraq ” 2008.
176) Ocaqlı pnevmoniya zamanı hansı müayinələrin aparılması daha məqsədəuyğundur?
A) Qanın və sidiyin ümumi müayinəsi
B) Döş qəfəsinin R-qrafiyası, bəlğəmin müayinəsi, qanın ümumi müayinəsi
C) Bronxoskopiya
D) EKQ
E) Qanın ümumi və biokimyəvi müayinəsi
Ocaqlı pnevmoniya bilavasitə ağciyər toxumasının xəstəliyidir və bu zaman selikli-irinli və ya irinli
bəlğəm ifrazı müşahidə edilir. Ağciyərlərin topoqrafik anatomiyasını nəzərə alaraq döş qəfəsinin R-
qrafiyası, eyni zamanda bəlğəmin müayinəsi bu xəstəlik zamanı daha məqsədəuyğun sayılır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина»1983.Стр 221-223
Dostları ilə paylaş: