485) Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İki gün sonra
B) İlk 24 saat ərzində
C) İlk 6 saat ərzində
D) Bir gün sonra
E) İlk 12 saat ərzində
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan
sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” .Modul 2. Bakı 2010 ,səh 10
486) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) Göbək yarası sağaldıqdan sonra
B) Doğulandan 8 saat sonra
C) Göbək yarası sağalmamış
D) İlk patronajdan sonra
E) Doğulan kimi
Gigiyenik vannalar uşaqda dərini təmizləyir .Gügiyenik vannalar göbək ciyəsi düşdükdən 1-2 gün
sonra aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34