232) Dərman maddələri əzələdaxili hansı nahiyyəyə yeridilir?
A) Sağrı əzələsi (Deltayabənzər əzələ)
B) Kürəkaltı nahiyyə
C) Saidin içəri səthi
D) Saidin bayır səthi
E) Qarnın ön divarı
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez
sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil” Bakı 1998
233) Əzələdaxili inyeksiya zamanı baş verə biləcək ağırlaşma hansıdır?
A) Hava emboliyası
B) İnfiltrat
C) Yağ emboliyası
D) Qanaxma
E) Tromboflebit
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə
dərmanı qısa iynə ilə vurduqda dərmanın əzləyə çatmaması, dərialtına yeriməsi və burada da çətin
sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998