242) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?
A) Dərialtı
B) Əzələdaxili
C) Düzbağırsağa
D) Venadaxili
E) Bütün cavablar düzdür
Yağlı məhlulları ( məs. kamfora ) səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ
emboliyası baş verə bilər.Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma,öskürək, döş
qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
243) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir:
A) Düz bağırsağa
B) Uşaqlıq yolu ilə
C) Dilaltı
D) Tənəffüs yolları ilə
E) Əzələdaxili, venadaxili
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda
sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş
verdiyindən bunlar parenteral yeridilmə sayılır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998