Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə134/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   130   131   132   133   134   135   136   137   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

236) İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır? 
 
A) Tromboflebit 
B) Lipodistrofiya 
C) Nekroz 
D) Qanaxma 
E) Hepatit 
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi 
ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan 
yerlər tez-tez dəyişilməlidir. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998 
 
237) İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir? 
 
A) 70 
B) 80 
C) 60 
D) 96 
E) 75 
İnyeksiya vurulacaq yeri 70 dərəcəli spirtdə isladılmış steril tamponla silirlər, belə etməkdə başlıca 
məqsəd aseptika qaydalarına əməl olunmasıdır. 
 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008 
 
238) Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır? 
 
A) Sepsis 
B) Qanaxma 
C) Hava emboliyası 
D) Nekroz 
E) Hematoma 
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava 
emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998 
 
239) Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır? 
 
A) Yemək vaxtı 
B) 2 yemək arasında 
C) Yeməkdən əvvəl 
D) Yeməkdən sonra, su ilə 
E) Yeməkdən 2 saat sonra 
Həzm traktını qıcıqlandıran dərmanlar  ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən 
sonra həkimin göstərişindən asılı olaraq su  ilə qəbul edilir. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998 
 


240) 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı ağırlaşma 
inkişaf edir? 
 
A) Hepatit 
B) Qanaxma 
C) Abses 
D) Tromboflebit 
E) Nekroz 
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən 
dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul 
yeridərək,soyuq qoyulur, bunlar kömək etmədikdə nekrotik toxumalar cərrahi yolla kənar edilir. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998 
 
241) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir? 
 
A) Buz qovuğu 
B) İnyeksiya yerindən aşağıda turna qoymaq 
C) Yerli isidici kompress 
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq 
E) Aseptik sarğı 
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı 
sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. 
Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici 
kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır. 
 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin