FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 51,19 Kb.
səhifə5/18
tarix01.09.2023
ölçüsü51,19 Kb.
#141244
1   2   3   4   5   6   7   8   9   ...   18
FELSEFE kitab formasi proqram 2020

XIX əsr klassik alman fəlsəfəsi. Klassik alman fəlsəfəsinin ümumi səciyyəsi, onun yarandığı tarixi şərait təbii-elmi və sosial kökləri. İ.Kantın (1724-1804) idrak nəzəriyyəsi. Substansiyadan dərk edən subyektə, gerçəklikdən fəaliyyətə. Subyektin empirik və transsendental səviyyələri. Kant tərəfindən elmi biliyin ümumiliyi və zəruriliyinin əsaslandırılması. Məkan və zaman hissiyyatın aprior formalarıdır. Dərrakə və zəka, onların idrakda rolu. Fenomenlər və “özündə şeylər”. İ.Kantın antinomiyar təlimi, onun fəlsəfəsinin antroposentrik səciyyəsi. Kant insan azadlığı və əxlaq haqqında.
Fixtenin (1762-1814) fəlsəfəsi. “Mən”in fəaliyyəti bütün mövcudatın başlanğıcıdır. Fixtenin dialektikası. Şellinqin (1775-1854) obyektiv idealizmi və naturfəlsəfəsi
G.V.Hegelin metodu. Mütləq ideyanın inkişaf mərhələləri. Triada prinsipi sistemi: məntiq, təbiət fəlsəfəsi, ruh fəlsəfəsi. G.V.Hegel (1770-1831) dialektikanın qanun və kateqoriyalarının sistemləşdiricisidr. L.Feyerbaxın (1804-1872) fəlsəfi təlimi. Antropoloji materializm. Alman klassik fəlsəfəsinin tarixi əhəmiyyəti
Marksizm fəlsəfəsi. Marksizmin yaranmasının tarixi şəraiti və ideya-nəzəri mənbələri. Marks (1818-1883) və Engelsin (1820-1895) dialektik və tarixi materializmi. Fəlsəfi fikirdə marksizmin tutduğu mövqeyə münasibət. V.İ.Leninin (1870-1924) varlıq, materiya və idrak problemləri. Materiyanın tərifi. V.İ.Lenin və marksizm fəlsəfəsinin sonrakı taleyi. Müasir dövrdə marksizm fəlsəfəsinin böhran oriyentirləri


Azərbaycanda Maarifçilik fəlsəfəsi. Azərbaycanda Maarifçilik fəlsəfəsinin spesifik cəhətləri və inkişaf mərhələləri. Azərbaycanda zadəgan maarifçiliyi. A.Bakıxanovun (1794-1847) fəlsəfi baxışları. Mirzə Kazım bəyin (1802-1870) tarixi-fəlsəfi görüşləri.Azərbaycanda klassik maarifçilik. M.F.Axundovun (1812-1878) fəlsəfi baxışları. H.B.Zərdabinin (1842-1907) təbii-elmi və fəlsəfi baxışları
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda maarifçi və inqilabi - demokratik fikir. (C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, N.Nərimanov). Azərbaycanın ictimai fikrində və mədəniyyətində milli - istiqlal ideyaları (M.Rəsulzadə (1884-1959), Ə.Hüseynzadə (1864-1940), Ə.Ağayev (1869-1939), Ə.Topçubaşov və b.)

Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin