Fəlsəfə ixtisasının əyani şöbəsinin II kurs tələbəsi Əhmədzadə Amidin


Xüsusi mülkiyyətin tarixi formaları



Yüklə 57,46 Kb.
səhifə3/6
tarix03.06.2023
ölçüsü57,46 Kb.
#124306
1   2   3   4   5   6
referat 2960

Xüsusi mülkiyyətin tarixi formaları

Sosial fəlsəfə xüsusi mülkiyyəti öyrənərkən onun təzahür formalarını da dərindən öyrənməyə və izah etməyə çalışır.İqtisadiyyat,hüquq və başqa elm sahələrində bu və ya digər formada xüsusi mülkiyyətin təzahür formaları haqqında biliklərə rast gəlmək olar.Sosial fəlsəfə isə bu təzahür formalarını sosial yöndən,cəmiyyətlə qarşılıqlı əlaqədə öyrənir.


Xüsusi mülkiyyət bir çox formada təzahür edir.Xüsusi mülkiyyətin bu təzahür formaları birdən-birə yaranmamış,zamanın axını ilə birlikdə cəmiyyət formalaşdıqca yaranmış,təkmilləşmiş və inkişaf edərək bu günümüzə qədər gəlib çıxmışdır. “Xüsusi mülkiyyət,modern xalqlarda olduğu kimi antik dövrdə də daşınan mülkiyyətlə başlamışdır”(Karl Marks-Friedrich Engels.Alman Ideolojisi,s,85)5.
Xüsusi mülkiyyətin təzahür formalarını əsasən iki qola ayıra bilərik:
1.Xüsusi mülkiyyətin əsas qolu-şəxsi,fərdi,ailəvi,intelektual mülkiyyət;
2.Xüsusi mülkiyyətin törəmə qolu-ictimai birliklərin,kollektiv,icarə,paylı,səhmdar cəmiyyəti,kooperativ mülkiyyət.
Xüsusi mülkiyyətin əsas qolu:
Şəxsi mülkiyyət-şəxsi mülkiyyət xüsusi mülkiyyətin əsas formalarından biridir.Cəmiyyət həyatında şəxsi mülkiyyətin xüsusi önəmi vardır.Hər bir şəxsin özünəməxsus şəxsi mülkiyyəti vardır.Şəxsi mülkiyyət dedikdə,insanlara məxsus olan ev,evin içərisində olan mebellər,nəqliyyat vasitələri,həyətyanı sahələr,həyətyanı sahədə olan alətlər,ondan götürülən məhsul və s. başa düşülür.Qədim dövrdə şəxsi mülkiyyət bir şəxsin əlində olurdu.Həmin şəxsin mülkiyyətində olan insanlar isə qul sayılırdı.Zaman keçdikcə bu münasibətlər
dəyişdi və müasir dövrdə hər bir insanın şəxsi mülkiyyəti vardır,lakin burada da

5 Karl Marks-Friedrich Engels.Alman Ideolojisi,s,85
mülkiyyət bərabərliyi hökm sürmür,hər kəs öz büdcəsinə uyğun şəxsi mülkiyyətə məxsusdur.
Müxtəlif dövrlərdə şəxsi mülkiyyətə dair baxışlar müxtəlif cür olmuşdur.Bir çox insanlar problemlərin həllini şəxsi mülkiyyətdə görmüş,bəzi insanlar isə probləmləri yaradan əsas kimi şəxsi mülkiyyəti göstərmişdir.“Bütün gunahları şəxsi mülkiyyətin səbəbləndirmək , insanlığın günahkar olmadığı demək deyil. Şəxsi mülkiyyətə aid edilən ittihamlar birbaşa insana aid edilir. Şəxsi mülkiyyət insanlıq tarixinin son 6000 ildə yaranmışdır. Bundan öncə dünya kiçik döyüşlər istisna olmaqla müharibələrə, aclıqlara , təbiətin çirklənməsinə , qətliamlara şahid olmamışdı. Şəxsi mülkiyyətə olan hərislik hissini insanların ruhundan təmizləmək ən çətin problemdir və bu problemin nə vaxtsa həll olacağına ancaq ümid etmək olar”(http://kayzen.az/blog/Fəlsəfə/8682/şəxsi-mülkiyyət.html)6.
Fərdi mülkiyyət-xüsusi mülkiyyətin əsas təzahür formalarından biri olan fərdi mülkiyyət cəmiyyət həyatında öz xüsusi yerini tutur.Fərdi mülkiyyəti dedikdə,hər hansısa bir fərdin və ya onun ailəsinə məxsus olan mülkiyyəti başa düşülür.Fərdi mülkiyyətə aid olan təsərrüfat sahələri hüquqi şəxs deyil,fiziki şəxs kimi fəaliyyət göstərir.
Fərdi mülkiyyətə sahib olan insanlar öz ailə əməklərinə arxalanırlar.Fərdi mülkiyyətə evlər,bağlar,nəqliyyat vasitələri,ev təsərrüfatı və s. daxildir.Cəmiyyətdə fərdi mülkiyyətdən kənd təsərrüfatında daha çox istifadə olunur.Fərdi mülkiyyətdə şəxsi mülkiyyət kimi qədim dövrdən bu günə kimi uzun bir inkişaf yolu keçmişdir.
Xüsusi mülkiyyətin əsas qolunun bu formalarından başqa ailə və intelektual mülkiyyətdə mövcuddur.Ailəvi mülkiyyət müasir dünyamızda hər hansısa ailəyə məxsus olan mülkiyyət kimi başa düşülür.Əsasən ailəvi mülkiyyətdə mülkə sahib olan ailənin hər bir üzvü bu mülkdən istifadə etmə hüququna malikdir.İntellektual mülkiyyət müasir dövrdə və yaxın keçmişdə geniş yayılan xüsusi mülkiyyət formalarından biridir.Bu xüsusi mülkiyyət formasından cəmiyyətdə hər bir insan

6 http://kayzen.az/blog/Fəlsəfə/8682/şəxsi-mülkiyyət.html
öz intellektinə uyğun şəkildə yararlana bilər.
Xüsusi mülkiyyətin törəmə qolu:
İctimai birliklərin mülkiyyəti-xüsusi mülkiyyətin törəmə qolunu təşkil edən ictimai birliklərin mülkiyyəti cəmiyyət həyatında,müasir dünyamızda,habelə ölkəmizdə geniş yayılmışdır.Bu mülkiyyət formasına birliklərə evlər,binalar,nəqliyyat vasitələri daxildir və cəmiyyətdə ictimai birliklər sahibkarlıqla məşğul ola bilərlər.
Kooperativ mülkiyyət-bu mülkiyyət forması dünyada ən çox yayılmış mülkiyyət formalarından biridir.Kooperartiv mülkiyyət kollektiv qrup şəklində təzahür edir.Kooperativ mülkiyyətin xüsusiyyəti ondan ibarətdir ki,bu mülkiyyət formasında istehsalın və istehlakın nəticələri bütün qrupa aid edilir və qrupda olanların hər birin öz payı vardır.Bura əsasən evlər,nəqliyyat vasitələri,kənd təsərrüfatı Daxildir. Kooperativlər hüquqi şəxslərdir və onlar öz nizamnamələrinə uyğun işləyirlər.
Səhmdar cəmiyyət mülkiyyəti-səhmlərin buraxılması və ya alınması yolu ilə yaradılan səhmdar cəmiyyəti mülkiyyəti cəmiyyət həyatında mühüm yer tutur.Səhmdar cəmiyyəti mülkiyyəti açıq və qapalı formada olur,yəni səhmlar hər kəsə verilirsə açıq,yalnız təsisçilərə verilirsə qapalı xarakter daşıyır.Mülkiyyətin özəlləşdirilməsində səhmdar cəmiyyət mülkiyyətinin rolu əvəzsizdir. Səhmdar cəmiyyətləri özünümaliyyələşdirmə prinsipləri ilə işləyir.
Əmək kollektivinin mülkiyyəti-bu mülkiyyət sahəsində hər bir şəxs müəssisədə gedən işlərdə və gəlirin bölünməsində fəal iştirak edirlər.
Xüsusi mülkiyyətin əsas və törəmə qolları müasir dövrdə müxtəlif funksiyalar yerinə yetirir.Hər bir formanın özünəməxsus xüsusiyyəti cəmiyyətdə baş verən dəyişikliklərə öz təsirini göstərir.


Yüklə 57,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin