Mülkiyyət iqtisadi sferanın əsas məsələsi kimi
Sosial fəlsəfə öyrəndiyi cəmiyyəti müxtəlif sferalar üzrə bölür.Əsasən bu bölgünün ən əsas xüsusiyyəti ondan ibarətdir ki,o ictimai həyatın bütün funksiyalarını vəhdət şəklində götürür.Sosial fəlsəfə cəmiyyəti iqtisadi,sosial,siyasi və mənəvi sferalara ayırır.Bu dörd sferanın özlərinin ayrı-ayrılıqda öz spesifik xüsusiyyəti vardır.Adlarını çəkdiyimiz hər bir sferada həm maddi,həm də mənəvi tərəflər öz əksini tapır.
Cəmiyyətin sferalar üzrə bölgüsündə iqtisadi sfera xüsusi yer tutur.İqtisadi sfera geniş məzmuna malik olması ilə yanaşı,əsasən buraya iqtisadi tələbatlar,istehsal,mənafelər və iqtisadi fəaliyyət ilə əlaqədə olan digər tərəflər də daxildir.
İqtisadi sferanı əsas etibarilə iqtisadi elmlər öyrənsədə,lakin burada bir sıra problem və məsələlər vardır ki,bunu sosial fəlsəfə öyrənir.İqtisadiyyat iqtisadi sferanı iqtisadı cəhətdən,sosial fəlsəfə isə iqtisadi sferanı fəlsəfi cəhətdən araşdırır.
Sosial fəlsəfədə iqtisadi sferanın öyrənilməsi çox əhəmiyyətlidir.İqtisadi həyatı öyrənən təlimlər xeyli qədim tarixə malikdir.Onun əsasları Aristotel tərəfindən qoyulmuşdur.Qədim dövrdən müasir dövrümüzə qədər bir çox filosoflar bir çox sual ətrafında öz fikirlərini irəli sürmüşlər.Məşhur Azərbaycan filosofu Siracəddin Urməvi mülkiyyət münasibətlərinin iki formasını tədqiq etmiş və bu mülkiyyət haqqında öz mülahizələrini irəli sürmüşdür.
İqtisadi sferanın öyrəndiyi mühüm məsələlərdən biri mülkiyyət münasibətləridir.Mülkiyyət iqtisadi sferanın əsas məsələsidir.İqtisadi sferan bir çox məsələləri özündə cəm etdiyi kimi,mülkiyyət də iqtisadi sferada əsas rolu oynayır.Mülkiyyət münasibətləri iqtisadi sferada əsasən üç məsələni aydınlaşdırır:
-İstehsalın nəticələrinin mənimsənilməsi;
-İstehsal şəraitindən daha yaxşı istifadə olunması;
-Təsərrüfat fəaliyətində gəlirlərin sabitliyi.
Mülkiyyət münasibətlərinin bütün sistemi insanlarda iqtisadi-maddi,əmlak maraqları yaradır.
Mülkiyyət dedikdə hər bir insanın bu və ya digər birliyə daxil olduğu nemətlərə yiyələnməsi,sərəncam verməsi,istifadə etməsi başa düşülür.Hər bir insan yaşadığı zaman kəsiyində özünə aid nəyinsə olmasını istəyir.Hər bir insan yaranan gündən özünəməxsus olanı digərlərindən ayırmağa çalışır.Bu məsələlər insanda uşaq vaxtlarından formalaşır. “Mülkiyyət” klassik iqtisad elminin yanaşması ilə əmlaka,obyektə və ümumiyyətlə,şeyə görə insanlar arasında münasibəti əks etdirir.Bu münasibətlər zamanla dəyişib inkişaf edir.Burada hər hansı bir şeyin kimə məxsus olması ifadə olunur.“Mülkiyyət” kateqoriyası dedikdə elmi səhihlik baxımından “münasibət” anlayışının sinonimi kimi başa düşülür.( İqtisad elmləri:Nəzəriyyə və praktika,N1-2,Bakı,1997,səh.3.)1
Mülkiyyətin sosial məzmunu dedikdə hər bir insanın cəmiyyətdə başqa insanlarla qarşılıqlı əlaqələr nəticəsində özünəməxsus mülkiyyəti formalaşdırması başa düşülür.Cəmiyyətin hər bir üzvü qarşısına qoyulan sosial öhdəlikəri düzgün qaydada yerinə yetirsin və öz mülkiyyətindən cəmiyyətin başqa üzvlərinin ziyanına istifadə etməsin.
Mülkiyyətin bir çox növlərinin olması cəmiyyətdə onun normal fəaliyyətinin zəruri şərtidir.Mülkiyyətin bu növləri nəticəsində cəmiyyətdə hər bir insanın tələbat və fəaliyyəti tam şəkildə təmin edilir.Qədim dövrlərdən bu günə kimi müxtəlif rejimlərdə mülkiyyət məsələlərinə münasibət müxtəlif səpgidə inkişaf etmişdir.Hələ cəmiyyət yaranmazdan əvvəlki zamanlarda insanlar ümumi,kollektiv mülkiyyətdən istifadə etmiş,yararlanmışlar.Zaman keçdikcə dünyada və təbiətdə baş verən bir sıra hadisələr nəticəsində kollektiv mülkiyyət öz aktuallığını itirməyə başladı.Əmlak bərabərsizliyi yaranmağa başladıqdan sonra insanlar arasında təbəqələşmə formalaşmağa başladı ki,buda mülkiyyətin digər formalarının yaranmasına təkanverici qüvvə rolunu oynadı.Mülkiyyətin kollektiv forması yavaş-yavaş dəyişərək fərdi və digər mülkiyyət formaları ilə əvəz olunmağa başladı.
1 İqtisad elmləri:Nəzəriyyə və praktika,N1-2,Bakı,1997,səh.3.)
Mülkiyyət münasibətləri haqqında baxışlara müxlətif dünyagörüşü formalarında da rast gəlirik.Bu baxışlara biz dinlərdə də rast gəlirə bilərik..Mülkiyyət haqqında fikirlərə istər sosial,istər iqtisadi cəhətdən İslam dinində də rast gəlmək olur.Bir çox ayələrdə sıx-sıx rast gəlinən mülkiyyət məsələsinə münasibətdə bildirilir ki,təməldə bütün mülklər Allaha məxsusdur.“Mal-mülk sahibi olduğunu deyən insana Allahın əzabı şiddətlənər,mal-mülk sahibi yalnız Allahdır” (Gölpınarlı,A.Hz.Muhammed ve hadisleri,İstanbul 1957,s.84,no 543.)2
Cəmiyyətdə müxtəfil mülkiyyət formaları vardır.Zaman keçdikcə mülkiyyət formalarıda təkmilləşərək yeni görkəm alır.Mülkiyyət formalarında əsas yeri xüsusi mülkiyyət,bələdiyyə mülkiyyəti,dövlət mülkiyyəti,qoyulmuş paya əsaslanan mülkiyyət tutur.Azərbaycan müstəqillik qazandıqdan sonra mülkiyyət münasibətlərində əsaslı islahatlar aparıldı.Əsaslı islahat bir tərəfdən əsas istehsal vasitələri üzərində dövlət inhisarının ləğv edilməsi istiqamətində gedir,digər tərəfdən isə dövlətin sərəncamında olan mülkiyyətin xeyli hissəsi başqa təsərrüfat formalarına keçir.J.Russonun fikrinə görə,“Mülkiyyət vətəndaş cəmiyyətinin həqiqi əsası və vətəndaşların öz öhdəliklərini yerinə yetirməsinin həqiqi zəmanətçisidir,əgər əmlak insanın insan üçün götürdüyü girov olmasaydı,onda insanların öz öhdəliklərindən boyun qaçırması və qanunları lağa qoymasından asan heç nə olmazdı.”(Спиркин А.Философия,с.619-620)3.
Mülkiyyətin ən əsas formalarından biri xüsusi mülkiyyətdir.Xüsusi mülkiyyət dedikdə hər hansı bir insana məxsus olan malın və ya ondan gələn fayda ilə əlaqədər tənzimləmələr gətirən şəri hökm başa düşülür.
Xüsusi mülkiyyət müasir dövrdə meydana gəlməmişdir.Qədim dövrdən mövcud olan xüsusi mülkiyyəti müasir dövrə qədər bir çox filosof-alimlər tədqiq etməyə çalışmış,bəzi filosoflar xüsusi mülkiyyətə qarşı çıxmış,bəzi filosoflar isə xüsusi mülkiyyətin önəmi haqqında fikirlərini irəli sürmüşlər.Bu günə kimi bir çox
2 Gölpınarlı,A.Hz.Muhammed ve hadisleri,İstanbul 1957,s.84,no 543.
3 Спиркин А.Философия,с.619-620
baxışlar formalaşıb inkişaf etmişdir.Əsasən insanın yarandığı gündən,hələ kollektiv,sürü halında insanlar birgə yaşadığı zamanda xüsusi mülkiyyət anlayışı olmamışdır.İbtidai icma quruluşunda kollektivlik anlayışı üstünlük təşkil edirdi.Hər bir şey hər bir kəsin idi.Lakin zaman keçdikcə,insanlar təkmilləşdikcə kollektivlik anlayışıda öz mahiyyətini itirməyə başladı,ancaq bu birdən-birə olmadı,bunun üçün də uzun bir müddət lazım idi.
İlk sinifli cəmiyyətin yarandığı andan,insanlar arasında bərabərliyin pozulduğu zamandan xüsusi mülkiyyət münasibətləridə yaranmağa və inkişaf etməyə başladı.Dünyada baş verən proseslər,köklü dəyişikliklər,yəni təbəqələşmə,insanların bir-birindən müxtəlif səbəblərə görə ayrılması özünü hər bir insanın özünəməxsus olan mülkiyyətində də tapdı.Xüsusi mülkiyyətin yaranması sonralar özünü dövlətin yaranmasında tapdı.Dəqiqləşdirsək deyə bilərik ki,xüsusi mülkiyyətin yaranması dövlətin yaranmasının əsas səbəbi oldu.
Əsrlər keçdikcə quldarlıq,feodalizm quruluşlarında da xüsusi mülkiyyətə münasibətlər,baxışlar ayrı cür formada olmuşdur.Sosialist ölkələrində də xüsusi mülkiyyətə,ümumiyyətlə mülkiyyətə münasibət özünü bərabərlik tərəfindən göstərirdi.Bu quruluşda olan ölkələr hər bir şeyin,mülkiyyətdə daxil olmaqla insanlar arasında bərabər paylanmasının tərəfdarı idi.Azərbaycan respublikası da bir zamanlar bu quruluşa daxil idi.Bütün mülkiyyət hər kəsə eyni paylanırdı.Bu quruluşda aşağı təbəqə yuxarı təbəqədən üstün idi.Xüsusi mülkiyyətlə bərabərlik anlayışı bir-birinə zidd münasibətlərdir.İnsan yaranandan onlar arasında müxtəlif fərqlər olmuşdur.Mülkiyyətdə də bərabərlik qeyri-mümkündür.Hegelin təbirincə desək,əmlakın bölgüsündə bərabərlik tətbiq olunsa belə,o qısa müddətdən sonra pozulacaqdır.İnsanlar arasında bərabərlik yaratmaq heç bir zaman mümkün olmamışdır.İnsanlar yarandığı gündən onlar arasında fərqlər olmuşdur.Bu fərqlər cəmiyyətin hər bir üzvündə hiss olunur.Hegelin fikricə “Ədalət hər bir kəsin xüsusi mülkiyyətə malik olmasını nəzərdə tutur”(Гегель.Философия права, М., 1990,с.109)4.
Xüsusi mülkiyyətin sosial fəlsəfə cəhətdən izahında onun cəmiyyətdə oynadığı rolunu da qeyd etmək lazımdır.Cəmiyyət yarandığı gündən bu günə qədər bir çox dəyişikliyə məruz qalmışdır.Xüsusi mülkiyyət başqa mülkiyyət formalarından fərqli olaraq cəmiyyətdə,insanlar arasında daha çox inkişaf etmişdir.Müasir dünyamızda öz xüsusi mülkiyyəti olmayan insan az-az tapılar.“İctimai müqavilə” əsərində Rousseau belə yazırdı: “Bir torpaq sahəsinin ətrafını hasarlayıb, “bu mənimdir” deyən və ətrafında buna inanacaq dərəcədə sadəlövh insanlar tapan şəxs, cəmiyyəti yaradan şəxs olub”. Daha sonra Rousseau fikirlərinə belə davam edir: “Bu insanın qarşısına “birdən bu saxtakara inanarsanız ha, bu torpaq heç kəsə aid deyil, üstündəki meyvələr də hər kəsindir” deyən bir insan çıxa bilsəydi və onun hasarını da söksəydi, insanlıq xeyli cinayətdən, qəsdlərdən və fəlakətlərdən xilas olardı...”.Rousseaunun bu fikri insanlar arasında bərabərliyin olmasını göstərir.Lakin bərabərlik insanlar arasında insan yarana gündən mövcud olmamışdır.Xüsusi mülkiyyət və digər mülkiyyət formalarında da bunu biz açıq-aydın görə bilərik.
İndi isə xüsusi mülkiyyətin qədim dövrdən bu günə kimi yaranıb inkişaf edən təzahür formalarına nəzər salaq.
4 Гегель.Философия права, М., 1990,с.109
Dostları ilə paylaş: |