Xüsusi mülkiyyətə dair münasibətlər müxtəlif zamanda müxtəlif yönümdə olmuşdur.Bir çox filosoflar bu məsələ haqqında öz fikirlərini irəli sürmüşlər.Bir çox nəzəriyyələrdə xüsusi mülkiyyət haqqında fikirlərə rast gəlmək olar.
Bu münasibətlərdən ən önəmlisi Marksizm nəzəriyyəsi olmuşdur.Əsasən Marksizmdə mülkiyyət,onun formaları haqqında bir çox məlumat verilmişdir.Marksizm doktrinası Sovetlər birliyində və sosialist ölkələrində çox geniş yayılmışdır.Marksizmə görə elə bir dövr gələcək ki,dövlət olmayacaq,hər kəs bərabər olacaq,fərdi ehtiyaclar hər kəsə bərabər bölünəcək,təzyiq altında qalan sinif olmayacaq,“hər kəsə bədən qabiliyyətinə görə,hər kəsə ehtiyacına görə” qanunu tətbiq olunacaqdır.Bu fikirlərə görə,marksizmin həm utopik sosializmlə,həm kollektivist,həm də kommunist anarxizmlə birləşdiyi deyilə bilər.
Marksizmə görə insanın özü işdir. Əmək və hərəkət həm fərdi, həm ictimai mənada varlığın təməlidir. İnsan ən geniş anlamda öz həyata vasitələrinin ictimai istehsalçısıdır. Əmək və iş insanın özü olmaqla birlikdə, insan ancaq özü üçün çalışdığı zaman azaddır, özünündür və özüdür.Marksist yanaşmaya görə insanlar,qruplar,siniflər arasında qarşılıqlı münasibətləri tənzimləmək,onlar arasında barışıq əldə etmək mümkün deyil.Marksizm bu fikrə qarşı çıxırdı.Marksizmə görə əgər siniflər arasında barışıq olsaydı dövlət mövcud olmazdı,bir sinif başqa sinfə təzyiq etməzdi.Marksizmə görə elə bir cəmiyyət yaradılmalıdır ki,orada mülkiyyət kollektiv mülkiyyət olsun,siniflər ləğv edilsin,insanlar hər şeydə bərabər olsun.
Marksizmdə xüsusi mülkiyyətə dair baxışlarda bildirilir ki,xüsusi mülkiyyət qaldırıldıqdan sonra insanlar arasında bərabərlik yaranacaq,xariciləşmənin ilkin səbəbi olan insanın insan tərəfindən istismar edilməsi sona çatacaqdır.Bu isə insanların azadlığa qovuşmasının ilkin şərti sayılacaqdır.
Marksizm,mülkiyyət məsələsində ana xəttləri baxımından üçlü bir inkişafın varlığı tərəfdarı idi.Burada kollektiv əsaslı primitiv cəmiyyət “tezis”,xüsusi mülkiyyətə söykənən fərqliləşmiş cəmiyyət “antitezis”,təməli kollektiv olan,lakin primitiv cəmiyyət olan cəmiyyət “sintez”dir.Sintez yarandığı zaman siniflər arası qarşıdurmalar aradan qalxacaq və cəmiyyətdə bərabərlik yaranacaqdır.Bu bərabərliyi kapitalizmdə görən marksizmə görə,“Kapitalist istehsal və təcrübə formasının və dolayısı ilə kapitalist xüsusi mülkiyyətin doğuşu, fərdi əməyə söykənən xüsusi mülkiyyətin yox oluşunu, digər bir deyişlə işçinin mülksüzləşdirilməsini yəni müstəqil iqtisadi varlığına son verilməsini tələb edir”(Marx, Kapital, çev: Selik.Məmməd. Dəri, I, Kitab 5, Ankara 1967, s. 244)7.
Marksizm doktrinasının hökm sürdüyü sovetlər birliyində xüsusi mülkiyyətə dair baxışlar xüsusi mülkiyyətin əleyhinə olmuşdur.Sovet Konstitusiyasının 9.maddəsində xüsusi mülkiyyətin varlığı bilvasitə şəkildə də olsa qəbul edilmişdir.Marksizmdə xüsusi mülkiyyətə qarşı olmuş,xüsusi mülkiyyətin məhv edilməsi fikrini irəli sürmüşdür.Başqa sovet ölkələrində də bu fikir qismən yayılmışdır.
Fərdi mülkiyyət ilə xüsusi mülkiyyət arasındakı əsas fərqin bir malın istifadə etmə məqsədindən doğulduğu ifadə edilə bilər.Bir obyekt, malikin və ailəsinin fərdi ehtiyaclarını qarşılamaq üçün istifadə edilirsə, fərdi mülkiyyət anlayışına girməkdə, eyni obyektin gəlir əldə etmək məqsədiylə istifadə edilməsi onu xüsusi mülkiyyət vəziyyətinə gətirir.Marksizmdə də fərdi mülkiyyət xüsusi mülkiyyətdən üstün tutulurdu.Sovetlər birliyində də insanların mülkiyyəti fərdi mülk olaraq məhdudlaşdırılırdı.Marksist fikirlərin hökm sürdüyü sovet hökümətində dövlət
7 Marx, Kapital, çev: Selik.Məmməd. Dəri, I, Kitab 5, Ankara 1967, s. 244
mülkiyyəti əsas mülkiyyət forması sayılırdı.Hüquqi cəhətdəndə dövlət mülkiyyəti ən önəmli mülkiyyət hesab edilirdi.“Hüquq nizamı dövlət mülkiyyətinin qorunmasını əsl məqsəd olaraq mənimsəmiş və cəza hüququ dövlət malına zərər verməyi, fərdi mala zərər verməyə nisbətlə çox daha sərt şəkildə cəzalandırmışdır”( Hazard, op. cit., p. 256).
Marksizmin xüsusi mülkiyyətə dair fikirləri bir çox ölkədə qəbul edilmişdir,lakin fərq bundan ibarətdir ki,mark bu nəzəriyyəni yaradarkən cəmiyyəti,insanları düşünüb yaratmışdır.Ancaq sosializm tərəfdarları və onun qurucuları marksizmdən öz məqsədləri üçün,özlərinə sərf edəcək tərzdə istifadə etdilər.Bu isə marksizm nəzəriyyəsinə olan fikirlərdə mənfilik yaratdı və zamanla sosializm bir çox ölkədə məhv oldu,yerini daha mükəmməl,sosializmdən daha azad olan yeni sistemə verdi.