1. İntersosial qlobal problemlər iri sosial qruplar arasında müxtəlif səbəblər üzündən yaranmış qarşıdurmadan meydana gəlir. Bu qrupa iki əsas qlobal problem daxildir: kütləvi qırğın silahının tətbiqi ilə baş tuta biləcək dünya müharibəsi(“nüvə müharibəsi”) və “Şimal-Cənub” problemi.
a) “Nüvə müharibəsi”. Nüvə müharibəsinin başlanması bütövlükdə bəşəriyyəti və Yerin biosferini məhv edə bilər. Müasir hərbi ssenarilərlə müqayisədə çox kiçik görsənən Çernobl fəlakəti mümkün müharibənin dəhşətli nəticələri üçün əyani illütrasiya ola bilər. Bir sıra alimlərin hazırladığı “nüvə qışı” riyazi modeli bu proqnozları təsdiqləyir. Bütün müasir səlahiyyətli siyasətçilərə aydındır ki, atom silahından istifadə edilən müharibədə qalib ola bilməz. Lakin bu deilənlər heç də təhlükənin tam aradan qalxdığını göstərmir. Oxşar təhlükə hər hansı qeyri-hərbi məqsədlər üçün yaradılmış nüvə obyektlərində texnogen qəzalardan, yaxud nüvə silahının beynəlxalq nüvə terrorçularının əlinə keçməsindən də irəli gələ bilər.