b) “Şimal-Cənub” problemi. “Şimal-Cənub” problemi - zəngin və yoxsul ölkələr arasındakı uşurumun yaranması. Adətən “şimal” dedikdə zəngin, sosial problemlərin yüksək səviyyədə həllini tapdığı ölkələr(bu ölkələri bəzən “qızıl milyard” ölkələri də adlandırırlar), “cənub” dedikdə isə yoxsulluq, aclıq, savadsızlığın adi hal olduğu ölkələr nəzərdə tutulur. Bu problem əslində bir sıra digər qlobal problemlərin səbəbi kimi çıxış edir. Məsələn, qlobal terrorizm, müxtəlif xəstəlik və epidemiyaların yayılması və s.