Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə32/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   28   29   30   31   32   33   34   35   ...   187
fəlsəfə mühazirələr.doc 2

3. Moizm məktəbinin banisi Mo Di, və yaxud Mo-tszı (m.ö. 468/478 -376/400) olmuşdur. Mo-tszının baxışları “Mo-tszı” adlı traktatda əksini tapmışdır. Bir çox aspektə moizm konfusiçiliyə əks ideyalarla çıxış etmişdir.

Mo-tszı üçün Səma (Tyan) hansısa reallıq olub hər şeyi görür və eşidir, hiss və arzulara malikdir. Nəyin xeyir, nəyinsə şər olmasını da Səma müəyyənləşdirir. Bu bölgünün meyarı özünəməxsus nümunə kimi çıxış edən Səmanın iradəsidir. “Geniş və təmmənasız”, “çox verib, az əvəz alan” Səmanın iradəsinə əsaslanan kamil və müdrik hökmdarlar sosial və əxlaq normalarını müəyyənləşdirirlər. Səma insanlar arasında qarşılıqlı məhəbbətin və qarşılıqlı faydanın nümunəsidir. Həqiqi nemətlərə can atan insan “səmavi nümunəyə” riayət etməlidir. Yalnız bu yolla o, lazımı nəticələr əldə edə bilər.

Səma iradəsini xeyir və şərin ayırıcı meyarı kimi qəbul edən Mo-tszı tale haqqında təsəvvürləri inkar etmişdir: Səma heç nəyi öncədən müəyyənləşdirmir, o yalnız insanların bir-birini sevməsini arzulayır. Taleyə boyun əyməyin heç bir mənası yoxdur və ədalətə ziddir. Çünki, bu halda insan müstəqil qərar qəbul etmək və lazım bildiyi kimi davranmaq imkanından məhrum olur.

Mo-tszı sosial-fəlsəfi ideyalarla da çıxış etmişdir. O hesab edir ki, xalqın iradəsi elə Səmanın iradəsidir. Çin filosoflarının böyük əksəriyyəti kimi Mo-tszı hökmdarların qəddarlığını sərt tənqid etmiş, dövlətin idarə edilməsində ədalətin gözlənilməsinə çağırmışdır. Onun “istedada sayğı” konsepsiyasına görə mənşəyindən asılı olmayaraq müdrik insanlar yüksək dövləti vəzifələrə təyin olunmalıdırlar. Yalnız ən müdrik hökmdarın taxta çıxması cəmiyyətdə xaos və qanunsuzluğa son qoya bilər.

Mo-tszının ən ümumi məhəbbət konsepsiyasından onun hər bir növ müharibə və münaqişələrə neqativ münasibəti irəli gəlir. Müharibə dövlətin ən vacib resurslarını məhv edir, şəhər və kəndləri dağıdır, ailələri başsız qoyur. Müharibə yalnız bir qrup insan üçün faydalı ola bilər. Xalqa isə o, həmişə bədbəxtlik və iztirab gətirir. Bununla belə, o öz torpaq və vətənini qorumaq üçün müharibəni məqbul saymışdır. Rəvayətlərə görə Mo-tszı çoxsaylı şagirdləri ilə düşmən təcavüzünə məruz qalan dövlətlərə kömək etmişdir. Qeyd edək ki, XIX-XX əsrlərdə moizmin əsas ideyalarına ciddi maraq müşahidə edilmişdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin