Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə93/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   89   90   91   92   93   94   95   96   ...   187
fəlsəfə mühazirələr.doc 2

Abbasqulu Ağa Bakıxanov Qüdsi (1794-1847) Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Şərq dillərini, rus dilini, ədəbiyyat, ilahiyyat, tarix və fəlsəfəni mükəmməl öyrənməyə çalışmışdır. Abbasqulu Ağa Bakıxanov 1812-ci ildə baş komandanın dəftərxanasına Şərq dilləri üzrə mütərcim təyin olunmuş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.

Onun çoxcəhətli bədii və elmi yaradıcılığa malik olması məlumdur. Özü aşağıdakı əsərləri barəsində məlumat vermişdir: «Qüdsün bağları», türk (Azərbaycan) dilində olub, on dörd fəsildən ibarətdir. Əsərdə imamın on dörd müqəddəsinin həyatı təsvir olunur, imam Hüseyn müsibəti göstərilir. «Qısa qrammatika» («Qanuni-Qüdsi») fars dilində danışmaq və yazmaq üçün vəsaitdir. «Qəribəliklərin kəşfi» Yeni dünyanın - Amerikanın kəşfini və vəziyyətini farsca iki məqalədə verir. «Əxlaqın islahı» («Təhzib əl-əxlaq») əxlaqi fəlsəfənin asiman kitabların bəyanına və islam, yunan, firəng hükkəmmasının təyininə görə, bir müqəddimə, on iki fəsil və bir xatimədə izah edir. «Tərəzinin mahiyyəti» əsəri müqəddimə, iki fəsil və bir xatimədən ibarət olub, məntiq elmini təşkil edən ləfzin təqsimatından, kəlmənin dəlalət yollarından, təsəvvür və təsdiqin başlanğıc və məqsədlərindən bəhs edir, disput qaydalarını göstərir. «Kainatın sirləri» heyət elminə dair olub, əski qaydaları yeni üsula və qanunlara tətbiq, əqli dəlilləri nəqli rəvayətlərlə təsdiq edərək, yer kürəsinin və s. cisimlərin imkan sahəsində hallarını, vəziyyətlərini və onlarını intizamına səbəb olan qanunları söyləməklə bərabər təhqiq edir. Sonra «Coğrafiya kitabı» və «Gülüstani –İrəm» haqqında məlumat verir, «Coğrafiya kitabı»nda dünyanın riyazi, təbii və siyasi hallarından, səma və cisimlərin vəziyyətlərindən, ünsürlərin xassələrindən, qatışıqların (mineral, bitki və heyvanların) məhsulatından, iqlimlərin hüdudunu təyin etmək və yer kürəsi əhalisinin siniflərini müəyyənləşdirməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs olunur.

Abbasqulu Ağa Bakıxanovun dünyagörüşü islam dininə uyğun şəkildə klassik fəlsəfəyə əsaslanır. O, fəlsəfənin tədqiqat obyektini «Əxlaqın islahı» kitabında belə izah edirdi: «Hikmətin (fəlsəfənin) məqsədi göy cisimlərini və onların hərəkət xətlərini müəyyən etmək deyil, bəlkə maarifi, təhsil və məsrəfləri təhqiq etməkdir». «Kainatın sirləri» traktatında maddi aləmin quruluşu, göylər, planetlər, ulduzlar, kainatda qanunauyğunluqlar baş verən dəyişikliklər haqqında söhbət açır.

Bütün elmlər sahəsində ensiklopedik biliyə malik olan A. Ba­kı­xanov peripatetik və panteist fəlsəfədə araşdırılan ən ümumi prinsiplərini islam ehkamlarının şərhi kimi təqdim etmişdir. O, varlığın vacib və mümkün cisimlərə bölündüyünün, vahiddən yalnız vahid çıxdığının çoxun təkdən törəndiyinin əqli təhqiqat və nəqli əsərlərdən anlaşıldığını yazmışdır. Sufi mövqelərindən çıxış edən mütəfəkkir yazırdı: «İlk başlanğıcın səbəbi məhəbbət olmuşdur, qayıdışa da səbəb o olacaqdır. Beləliklə, bütün sadə və mürəkkəb varlıqlarda həqiqi bağlılıq eşqdir.

Böyük alimin məntiqə aid orijinal fikirləri olmuşdur. «Tərəzinin mahiyyəti» adlı traktatında məntiq problemlərini özünəməxsus ustalıqla şərh etmişdir. Klassik fəlsəfə və əxlaq təlimləri ilə yaxından tanış olan Abbasqulu Ağa Bakıxanov özünün ontoloji və qnoseoloji mühakimələrini etik-əxlaqi fikirlərlə tamamlamışdır. Bu baxımdan onun «Nəsihətlər» kitabı misilsiz əhəmiyyətə malikdir.

XIX əsr Azərbaycan elminin ən böyük nümayəndələrindən biri Mirzə Kazım bəydir. Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu (1802– 1870) Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri hesab olunur. Rusiya şəhərlərinin təhsil ocaqlarında işləmişdir. Mirzə Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qarmmatikasının yaradıcısı, İranda babilər hərəkatının, Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçılarından biri olmuşdur. L.N.Tolstoy və N.Q.Çernışevskiyə Şərq dillərini öyrətmiş, N.İ.Lobaçevski ilə dost olmuş, ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuşdur. Ərəb, fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdır. Mirzə Kazım bəyin dünyagörüşü Azərbaycan mühiti, qabaqcıl Rus ictimai-siyasi fikri, antik dövr və alman klassik fəlsəfəsinin təsiri altında formalaşmışdır. Onun «Müridizm və Şamil», «Bab və babilər», «Firdovsi əsərlərində fars mifologiyası» əsərlərində maraqlı fikirlər çoxdur. «Müridizm və Şamil» kimi tarixi əsərində Mirzə Kazım bəy faktiki materialı xronoloji ardıcıllıqla verə bilmişdir. O, dağlıların hərəkatı olan Şamil hərəkatının siyasi xarakteri haqqında dəyərli mülahizələrini söyləmişdir. Lakin o, dağlıların hərəkatını qiymətləndirərkən idealist mövqedə durmuşdur. O, burada ruhaniliyin rolunu həddindən artıq şişirtmiş, xalq kütlələrinin mənafeyinə ikinci dərəcəli yer vermişdir.

Mirzə Kazım bəyin ən iri əsərlərindən biri də «Bab və babilər»dir. Bu əsərində mütəfəkkir 1844-1852-ci illərdə İrandakı dini-siyasi hərəkatın mahiyyətini açmağa çalışmışdır. Öz dövrünün rəsmi doktrinası ilə razılaşmayan M.Kazım bəy həmin hərəkatı təkcə bidətçilik kimi deyil, həm də siyasi hərəkat kimi, xalqın hakimiyyətə qarşı hərəkatı kimi vermişdir. Babın dini islahatlar vasitəsilə tərəqqiyə nail olmaq meylinin şərhi də bu qəbildəndir.

M.Kazım bəy 1848-ci illərdə yazdığı «Firdovsi əsərlərində fars mifologiyası» əsərində göstərirdi ki, əfsanə və rəvayətlər xalqların tarixində mühüm yer tutur. İndiyə qədər insan həyatının çox qaranlıq və sirli dövrlərinin izahında tarix bunlardan az istifadə etməmişdir. Yazılı ədəbiyyat da bu tükənməz mənəvi sərvətdən qiymətli material əxz etmişdir. Böyük Azərbaycan mütəfəkkiri Mirzə Kazım bəy yazırdı: «Əfsanəsi olmayan ölkə yoxdur. Köçərilərdə bu, nəsildən –nəslə şifahi şəkildə keçir.

Yarımmədəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda isə müqəddəs bir şey kimi, onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir».

Mirzə Kazım bəy mifologiya, müxtəlif xalqlarda onun mənşəyi, xüsusiyyətləri və s. məsələləri dərin elmi dəlillərlə şərh etmişdir. Miflərin dərin tədqiqi sayəsində o, belə bir qənaətə gəlmişdir ki, miflərin real əsası vardır. Mif real, təbii və ictimai hadisələrin insan təxəyyülündə əksindən başqa bir şey deyildir.

Ümumiyyətlə, XIX əsr dünya ictimai-bədii və elmi fikrində Mirzə Kazım bəyin özünəməxsus yeri vardır. Təsadüfi deyildir ki, bu böyük alim dünyanın ən qabaqcıl akademiya və digər elmi idarələrinin həqiqi və yaxud da fəxri üzvü olmuşdur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin