Estetik səviyyə. Xarici dünyaya müraciət edən insan hisslər dünyasına yüklənir. Simvolu –Don Juandır. O hissi olandan tutmuş, yüksək intellektuala qədər həzzin bütün növlərini (həm maddi, həm mənəvi) dadmaq istəyir. Bu səviyyə həm də hedonizmdir. İnsan bu pillədə qısa zamanda məyus olur.
Etik mərhələ –insanın hisslərlə oyundan azad olması və əxlaqi borca könüllü tabe olması mərhələsidir. İnsan özünü əxlaqi vücud, xeyir və şər arşında fərqli bilən, özünün günahkarlığını dərk edən və şüurlu olaraq düzgün yola qədəm qoyan kimi seçir. Bu mərhələnin simvolu –Sokrat və qanuni nigahdır. İnsan hər addımında seçməli olur: nəqliyyatla, yoxsa piyada getməli; çay, yoxsa süd içməli; siqar yoxsa siqaret çəkməli və s. Lakin, Kyerkeqor üçün heç də bu seçim vacib deyil: bu və ya digər həyat yolu belədir. Estetikin mövqeyi: dünyaya xeyir və şərə biganə qalmaqla baxmaq; etikin mövqeyi: seçim edilmişdir –insan öz-özünü tapmış azad şəxsiyyət olmuşdur. Seçərkən mən Mütləqi seçirəm, yəni şəxsiyyət oluram.
Dini mərhələ: burada insan İlahi ilə, Mütləq ilə ünsiyyət qurur. Bu mərhələnin simvolu –İbrahimdir. Məlumdur ki, İbrahim Allahın səsini, Onun sevimli oğlu İshaqı qurban verməsi əmrini eşitmişdir. İbrahimi dəhşət bürüyür, çünki öz övladlarını qorumaq onun əxlaqi borcudur. Lakin Allaha tabe olmamaq da mümkün deyil. İbrahim əxlaqlı və inanclı insandır (lakin İbrahim hesab edir ki, əxlaqın ümumi qaydası mənim üçün vacib deyildir!). Mən fərdiyyətdir, həqiqət subyektivlikdir, insan ekstremal situasiyada özü çıxış yolu tapmalıdır. İbrahim haqqında dini məlimatlardan istifadə edən Kyerkeqor seçim problemini həll etməyə çalışmışdır. Sonralar bu ideyadan ekzistensialist filosoflar istifadə etmişlər.