Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Marksizm. Marksizm fəlsəfəsinin baniləri Karl Marks



Yüklə 0,99 Mb.
səhifə106/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   102   103   104   105   106   107   108   109   ...   187
fəlsəfə mühazirələr.doc 2

4.Marksizm. Marksizm fəlsəfəsinin baniləri Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) olmuşdur. Onların əsərləri bütün sonrakı fəlsəfi təlimlərə təsir göstərmişdir. Bu əsərlər sırasında K.Marksın yazdığı “Kapital”, “İqtisadi-siyasi əlyazmalar”, F.Engelsin yazdığı “Anti-Dürinq”, “Təbiətin dialektikası” xüsusi əhəmiyyət kəsb edir.

Marksist fəlsəfə bir çox aspektdə klassik alman fəlsəfəsinin ideyalarını fərqli məcrada davam etdirmişdir. Lakin bu təlimin baniləri qarşılarına daha radikal problemlər qoymuş və belə hesab etmişlər ki, fəlsəfənin əsas vəzifəsi dünyanı izah etmək yox, onu dəyişdirmək olmalıdır.

Marksizm təlimini xalis fəlsəfi təlim kimi təqdim etmək yanlışlıq olardı. Bu təlim üç əsas tərkib hissəsinə malikdir: siyasi iqtisad, fəlsəfə və elmi kommunizm. Fəlsəfə isə öz növbəsində dialektik materializm və tarixi materializm olmaqla iki tərkib hissəsindən ibarətdir.

K.Marks və F.Engelsin yaratdığı təlimi şərh etməzdən öncə onların ümumiyyətlə fəlsəfəyə münasibətini nəzərdən keçirmək lazımdır. Bu haqda F.Engels “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu” adlı əsərində yazırdı: “Bütün fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin böyük əsas məsələsi təfəkkürün varlığa münasibəti məsələsidir”. Onlardan hansı ilkindir: təfəkkür, yoxsa varlıq? Məhz bu sualın cavabından asılı olaraq bütün fəlsəfə materializm və idealizm olmaqla iki düşərgəyə ayrılır. Materialistlər əsas məsələni belə həll edir: varlıq birinci, şüur (təfəkkür, ruh) ikincidir. İdealistlər isə şüuru birinci, materiyanın isə şüurdan törəyib ikinci olduğunu qəbul etmişlər. F.Engels özlərini birincilərə, yəni materialistlərə aid etmiş və bir çox fəlsəfi problemləri, xüsusilə sosial problemləri materialist mövqedən həll etməyə çalışmışlar. Burada bəzi zəruri qeydlərə ehtiyac var. Əvvəla, fəlsəfədə iki cərəyanın olmasını Platon, Leybnits, Şleqel onlardan çox-çox əvvəl söyləmişlər. İkincisi, marksizmin baniləri “din xalq üçün tiryəkdir” şüarını irəli sürərək, materializmi ateizmlə, idealizmi dindarlıqla eyniləşdirmişlər. Bunu isə qətiyyən düzgün hesab etmək olmaz. Çünki, marksistlərin təsnifatında materialist kimi qələmə verilən bir çox filosofların təlimində Allah ideyası mövcuddur.

Marksizmin banilərinin fikirlərinə görə, insan təbiətinin əsasında məhsuldar əməyə meyl dayanır. Cəmiyyətin hər bir inkişaf mərhələsində insanlar, məcmu halında iqtisadi sistemi əmələ gətirən istehsal münasibətlərinə daxil olurlar. İnsan və cəmiyyətin həyat tərzini məhz iqtisadi sistem müəyyənləşdirir. Bütün digərləri –ideyalar, nəzəriyyələr, əxlaq, hüquq –bazisin, yəni iqtisadi təməlin üzərində qurulmuş üstqurumdur.

Cəmiyyətin bütün tarixi maddi, iqtisadi şərtlərlə müəyyənləşib. Onlardan asılı olaraq ictimai-iqtisadi formasiya müəyyənləşir: 1) ibtidai-icma; 2) quldarlıq; 3) feodalizm; 4) kapitalizm; 5) kommunizm. Bir formasiyadan digərinə keçid cəmiyyətin dialektik inkişafı, tərəqqidir.

Formasiyaların bir-birini əvəzləməsi istismar edən və istismar edilən qruplar arasında sinfi mübarizənin kəskinləşməsi ilə səciyyələnir: qullar və quldarlar, feodallar və təhkimli kəndlilər, nəhayət fəhlə və kapitalist. Feodalizm ona qarşı mübarizə aparan burjuaziya sinfinin inqilabı vasitəsilə məhv edildiyi kimi, kapitalizm də öz yerini proletariatın (fəhlə sinfinin) inqilabından sonra öz yerini kommunizmə verməli olacaq. Marksistlərin fikrincə istismar edilən fəhlə sinfi inqilabın köməyi ilə ölməkdə olan burjuaziya sinfini məhv edəcək.

Marksizmin idealı kommunizm cəmiyyətidir. Bu cəmiyyətdə siniflər, yəni istismar edən və edilən, xüsusi mülkiyyət yoxdur. Onun əsas prinsipi “hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə” olacaq. Kommunizm azadlıq səltənəti olub, Platon, T.Mor və T.Kampanellanın utopiyasını xatırladır.

Marksist ideyaların heç də hamısı həyatın sınaqlarına tab gətirməsə də, onun bir çox sosioloji, iqtisadi, fəlsəfi ideyaları XXI əsr üçün də aktualdır. Bunu hətta marksizmin ən qatı əleyhdarları da etiraf edir. Marksist ideyalarının gerçəkləşdirilməsinin ifrat çətinliklərinə baxmayaraq bu təlim dünyanın simasını kifayət qədər dəyişmiş, bir çox yeni fəlsəfi təlimlərin yaranmasına təkan vermişdir. Onlara misal olaraq elə XX əsrdə nüfuzlu fəlsəfi cərəyanlardan olan Qərb marksizmi, yaxud neomarksizmi göstərmək olar.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin