Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə49/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   45   46   47   48   49   50   51   52   ...   187
fəlsəfə mühazirələr.doc 2

Kiniklər. Kiniklər məktəbinin banisi Antisfen (m.ö. 455-360) sofist Gorginin, sonralar isə Sokratın tələbəsi olub. Bu məktəbin adı “it” (yun. kinos -it) sözündən götürülüb. Kiniklər təliminin əsas məqsədi dərin fəlsəfi nəzəriyyələr yaratmaq yox, xüsusi həyat tərzinin –yoxsulluq, tənhalıq, sərkərdanlıq –fəlsəfi əsaslandırılması və bu həyat tərzinin şəxsi nümunədə sınaqdan çıxarılmasıdır. Bu təlimin əsas müddəaları belədir:

- asosial azadlığın (cəmiyyətdən kənar azadlıq) mütləqləşdirilməsi;

- könüllü səfillik, sosial əlaqələrin yoxluğu, tənhalıq;

- daimi yaşayış yerinin olmaması, sərkərdanlıq;

- fiziki və mənəvi yoxsulluğun tərənnümü;

- ifrat asketizm;

- avtoritetlərin inkarı;

- vətənpərvərlik hissinin yoxluğu və hər bir cəmiyyətdə, bu cəmiyyətin deyil, öz qanunları əsasında yaşamaq (kosmopolitizm);

- diqqəti cəmiyyətin və insanın qüsurlarına yönəltmə.

Kiniklər məktəbinin görkəmli nümayəndələrindən biri də Sinoplu Diogen olmuşdur. Kinizmin prinsiplərinə uyğun həyat sürməsi, haqqında çoxsaylı rəvayətlər yaranmışdır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin