Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə52/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   48   49   50   51   52   53   54   55   ...   187
fəlsəfə mühazirələr.doc 2

    Bu səhifədəki naviqasiya:
  • Seneka
Stoiklər. Stoisizm məktəbinin banisi Kitionlu Zenon (m.ö. 334/333 -262/261) hesab olunur. Stoya –binaya bitişik tikilən, hər tərəfdən açıq olan sütunlu qalareya deməkdir. Zenonun öz tələbələri ilə belə bir qalareyada məşğələlər aparması məktəbin adının stoisizm olması ilə nəticələnib.

Stoisizmin əsas ideyası xarici dünyanın təsirindən azad olmaqdır. Bu məqsədə çatmaq üçün daimi kamilləşmə, müdrikliyi və ənənəvi mədəniyyətin ən yaxşı nailiyyətlərini mənimsəmək lazımdır. Beləliklə, stoiklərin idealı gündəlik həyat qayğılarının fövqündə duran, öz savadı, biliyi, fəziləti və ehtirassızlığı (apatiya), avtarkiyası (özünəkafilik) hesabına xarici dünyanın təsirindən azad olan müdrik insandır.

Stoisizm fəlsəfəsinin digər müddəaları belədir:

- təbiət və Dünyəvi Kosmik Zəka (Loqos) ilə harmoniyada yaşamaq;

- fəzilətin ali Xeyir, qəbahətin isə yeganə Şər olmasının etirafı;

- fəzilətin Xeyir və Şər haqqında biliklərə malik olma və Xeyrə riayət etmə kimi müəyyənləşdirilməsi;

- fəzilətli olduğu halda dövlət hakimiyyəti və qanunlarını etiraf etmə;

- dövlət həyatında iştirak etməmək, ənənəvi fəlsəfə və mədəniyyət qanunları şərə xidmət etdiyi halda onları inkar etmək;

- insanın ali məqsədi – xoşbəxtliyə can atmasını təqdir etmə.

Stoisizm təliminin Roma İmperiyasında da çoxsaylı tərəfdarları olmuşdur. Onlardan ən məşhurları Seneka (m.ö. 1–m.s.65), Roma imperatoru Mark Avreli (m.s.121-180) olmuşdur.



Neoplatonizm. Antik dövr fəlsəfəsinin sonuncu böyük məktəbi neoplatonizm olmuşdur. Neoplatonizmin banisi Ammoni Sakkas olsa da, onun ən görkəmli nümayəndəsi Plotindir. Plotin (204/205-270) Likopolda (Misir) anadan olmuş, on bir il Ammoni Sakkasdan dərs almışdır. Sonra Romaya gəlmiş, İmperotor Gordianın Persiyaya yürüşündə iştirak etmək və bu zaman fars və hind fəlsəfəsi ilə yaxından tanış olmaq istəsə də, Gordianın öldürülməsi səbəbindən istəkləri gerçəkləşməmişdir. İmperator Qallianın razılığı ilə Platon ideyalarına uyğun utopik dövlət –Platonopol – qurmaq cəhdləri də baş tutmur.

Plotin öz fəlsəfi sistemini qurmaq üçün Platonun bütün mövcudiyyətin üç substansiyadan (“Vahid” “Ağıl” “Can (ruh)”) təşkil olunması haqqında triada təlimindən yaradıcılıqla istifadə etmişdir. Plotinin ideyalarına görə, bütün dünya iyerarxik sistem olub, hər bir aşağıda yerləşən pillə öz mövcudluğuna görə yuxarıdakına borcludur. Hər bir pillə ən ali pillədə dayanan Vahidin emanasiyasıdır (şüalanmasıdır). Belə ki, iyerarxiyanın zirvəsində duran Vahid (o, həm də Tanrı, Xeyirdir, başqa sözlə, bütün möcudluğun xaricindədir). Vahid hər varlığın səbəbidir, onun özü isə varlıqla bilavasitə əlaqəli olmadığı üçün əqlyetməzdir. İkinci pillə Ağıl və onda mövcud olan əqlyetər mahiyyətlər – ideyalardır, bu xalis varlıq olub Vahid tərəfindən törədilir. Üçüncü pillədə Can (ruh) yerləşir, o artıq ağıl kimi təkcə olmayıb, canlı bədənlər arasında bölünür; bundan əlavə o, hərəkətdədir, can bütün hərəkətlərin, o cümlədən həyəcan və ehtirasın mənbəyidir. Lap aşağı pillədə isə, bədən, cisim yerləşir. Canın zəkalılıq, harmoniya kimi müsbət keyfiyyətləri ağıldan aldığı kimi, bədən də canın sayəsində formaya malik olur; onun digər keyfiyyətləri – cansızlıq, fəaliyyətsizlik, ətalətlilik – materiyaya bənzərdir. Materiya mövcud deyil, onun ağıla, yəni varlığa aidiyyəti yoxdur, ona görə də zəka ilə dərk olunmur. Onun haqqında biz inkari yolla bilirik: hər bir cisimdən formanı götürsək, yerdə nə qalsa o materiyadır.

Neoplatonizmin Yamvlix və Prokl kimi görkəmli hümayəndələri olmuşdur. Sonrakı dövr Qərb fəlsəfəsinə böyük təsir göstərmişdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin