Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə55/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   51   52   53   54   55   56   57   58   ...   187
fəlsəfə mühazirələr.doc 2

Avqustin. Görkəmli kilsə atalarından biri, ilk sistematik xristian ilahiyyətinin yaradıcısı Müqəddəs Avqustin (354-430) Şimali Afrikada anadan olmuşdur. İlk gənclik çağlarında dini-mistik təriqət olan manixeyçiliyə meyl etsə də, Milanda rastlaşdığı yepiskop Amvrosinin təsiri ilə xristianlığı qəbul etmiş, tezliklə onun nüfuzlu xadimlərindən olmuşdur.

Müqəddəs Avqustinin dünyagörüşü – xristian dini-mifoloji dünyaqavramının dünyanın fəlsəfi düşünülməsi ilə özünəməxsus sintezidir. O, fəlsəfənin əleyhinə çıxmamış, əksinə, öz əsərlərində fəlsəfi biliyin zəruriliyini qeyd etmişdir. Lakin Avqustinə görə fəlsəfə dinin həqiqiliyinin sübutu üçün vasitə, dini ehkamların həqiqiliyini əsaslandırmaq üsuludur. Avqustin təlimində fəlsəfə bütünlüklə dinə tabe etdirilmiş, səviyyəcə ondan aşağıda olan sırf insani bilikdir. Çünki, İlahi həqiqətə yalnız iman çata bilər.

Avqustinin dini-fəlsəfi təliminin mərkəzində Allah dayanır. Neoplatonizmə əsaslanan Avqustin gostərir ki, Allah – ondan yuxarıda heç kimin və heç nəyin ola bilmədiyi qeyri-maddi və qüdrətli Mütləqdir. Lakin, o, Allahın dünyanı şüalandırması (emanasiya) və elə buna görə də dünya ilə vəhdətdə olması kimi neoplatonçu ideyanı qəbul etmir. Ona görə, Allah dünyanı yaradıb və nə təbiətdən, nə də insandan asılı deyil, əksinə, həm təbiət, həm də insan Allahdan asılıdır.

Avqustin hesab edir ki, idrakın ali forması – İlahi nurlanmadır. Bu isə imanı güclü olanlara Allah tərəfindən əta olunur.

Avqustinin tarix və cəmiyyət haqqında fəlsəfi görüşləri yazdığı “Allah şəhəri” əsərində əksini tapmışdır. Bu təlimin əsas müddəaları belədir:

- tarixin gedişi və cəmiyyətin həyatı iki əks – Yer (günahkar) və İlahi səltənətlərin mübarizəsidir;

- Yer səltənəti dövlət təsisatları, hakimiyyət, ordu, qanunlar və imperatorlarda təcəssüm edir;

- İlahi səltənət xristian kilsəsində birləşən din xadimləri ilə təmsil olunur;

- Yer səltənəti günahkardır və gec, ya da tez İlahi səltənətə məğlub olacaq;

- krallar və imperatorlar Xristian kilsəsinin iradəsini ifadə etməli və ona, həmçinin bilavasitə Roma Papasına tabe olmalıdır;

- Kilsə dünyanı birləşdirəcək yeganə qüvvədir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin