Realizm və nominalizm. Orta əsrlər fəlsəfəsinin əsas problemlərindən biri də realizm və nominalizm arasında mübarizə, başqa sözlə desək universalilər problemi olmuşdur. Realistləri müəyyən mənada Platonun ardıcılları adlandırmaq olar. Onlar belə hesab edirdilər ki, təkcə şeylərin (məsələn, “ağac”, “maşın”, “heyvan”) həm də bir ideyası real olaraq mövcuddur (realizm). Nominalistlər isə hesab edir ki, ümumi anlayışlar mövcud deyil. Onlar yalnız ad kimi (lat. “nomen” – ad) yalnız bizim ağlımızda mövcuddur, real mövcud deyil.