Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə56/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   52   53   54   55   56   57   58   59   ...   187
fəlsəfə mühazirələr.doc 2

Sxolastika. Roma İmperiyasının iki hissəyə: Qərbi və Şərqi imperiyalara parçalanması, sonra Qərbi Roma İmperiyasının süqutu, xristian ehkamlarının, xüsusilə İsa Məsihin təbiəti haqqında düşüncələrdəki fikir ayrılıqları xristianlığın iki yerə bölünməsi ilə nəticələnir: katolisizm və pravoslavlıq.

Şərqdə və Qərbdə xristian təlimini mahiyyətcə fərqli anlamları formalaşır. Pravoslavlıqda Allahın dərkinin dini-mistik üsullarına xüsusi diqqət yetirilir. Çünki, belə hesab olunur ki, İlahi həqiqətlərin dərki zəka ilə mümkün deyil. Katolisizmdə isə tezliklə belə bir inam formalaşır ki, Allahın gerçək dərki zəkanın, və deməli ilk növbədə elmin köməyi olmadan mümkün deyil. Ona görə də kilsə atalarının əsərləri əsasında, VI-XIII əsrlər ərzində Roma-Katolik kilsəsində xristian təliminin rasionallaşdırılması gerçəkləşdirilir. Bu zaman dini ehkamlar elmin, ilk növbədə fəlsəfənin köməyi ilə əsaslandırılır. Beləliklə, “sxolastika” yaranır. “Sxolastika” sözü yunan mənşəli olub: “sholia” –məktəb deməkdir. Ona görə də “sxolastika” bəzən “məktəb fəlsəfəsi” də adlandırılır.

Sxolastikanın əsas məqsədi –xristian təlimini nizama salmaq və dərk olunmasını asanlaşdırmaqdır. Çünki, xristianlığın geniş yayılması bir tərəfdən çoxsaylı din xadimlərinin hazırlanmasını, digər tərəfdən isə adi insanların xristian ehkamlarını asanlıqla başa düşməsi üçün onun sadələşdirilməsini tələb edirdi.

Sxolastika öz inkişafında dörd mərhələdən keçmişdir:

VIII –IX əsrlər: hazırlıq dövrü, əsas nümayəndəsi İohann Skott Eriugena.

IX –XII əsrlər: Roma-Katolik teoloqlarının (ilahiyyatçılarının) iman və zəkanın rolu haqqında mübahisələri.

XIII əsr: “sxolastikanın qızıl əsri”, Foma Akvinalı tərəfindən Roma-Katolik kilsəsinin rəsmi təliminin hazırlanması.

XIV əsr: sxolastikanın böhranı (Uilyam Okkam, Duns Skot, Rocer Bekon).




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin