3) İntibah dövrünün ideal cəmiyyət konsepsiyaları.
İntibah dövrünün nəhəng fikir insanları həmçinin ictimai həyata yeni baxışları formalaşdırılar. Artıq onları cəmiyyət və hakimiyyət haqqında dini-sxolastik baxışlar, o cümlədən Müqəddəs Avqustinin İlahi səltənət kimi təsvir etdiyi kilsə haqqında təlimi qane etmirdi. Onlar üçün cəmiyyət ilk növbədə insan həyatı üçün zəruri mühitdir. Bu səbəbdən cəmiyyət insan təbiəti nəzərə alınmaqla və hər bir insan üçün qurulmalıdır. Fəlsəfi fikir tarixinə və Avropa xalqlarının tarixi taleyinə İntibah xadimlərinin dövlət haqqında nəzəriyyələri böyük təsir göstərmişdir. Bu əsasən onların monarxiya və kommunist quruluşu haqqında təlimləridir. Monarxiya haqqında təlimlər sonralar Avropada Mütləqiyyətçiliyin bərqərarına, kommunizm ideyaları isə müxtəlif növ kommunist nəzəriyyələrin, o cümlədən marksist kommunizminin yaranmasına yardımçı olmuşdur.
Dostları ilə paylaş: |