Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Mövzu № 5. Orta əsrlər Şərq-müsəlman fəlsəfəsi



Yüklə 0,99 Mb.
səhifə65/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   61   62   63   64   65   66   67   68   ...   187
fəlsəfə mühazirələr.doc 2

Mövzu № 5. Orta əsrlər Şərq-müsəlman fəlsəfəsi.

1.Orta əsrlər ərəb-müsəlman fəlsəfəsinin yaranması və ümumi səciyyəsi.

2.Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları.

a) Ərəb-müsəlman ortodoksal sxolastikası – kəlam.

b) Şərq peripatetizmi (məşşaiyyə).

1. Orta əsrlər ərəb-müsəlman fəlsəfəsinin yaranması və ümumi səciyyəsi. VIII-XII əsrlərdə Qərbi Avropada mənəvi həyatın bütün sferaları üzərində kilsənin total nəzarəti güclənir. Fəlsəfə mənəvi-intellektual yaradıcılıq forması olaraq müstəqilliyini itirir, onu “ilahiyyətin qulluqçusu” etmək cəhdləri daha da artır. Məhz bu ərəfədə Şərqdə – İslam dinin yaranıb yayıldığı arealda özünəməxsus və güclü ərəb mədəniyyəti təşəkkül tapır. Mədəni-intellektual inkişaf fəlsəfədən də yan keçmir: ərəb-müsəlman fəlsəfəsi yaranır və sürətlə inkişaf edir.

Ərəb-müsəlman fəlsəfəsinin yaranması və inkişafı xarici və daxili olmaqla əsasən iki amillə şərtlənir. Birinci, xarici amil Antik fəlsəfənin ərəb dünyasında yayılması ilə bağlıdır. Belə ki, xristianlığın Qərbdə və xüsusilə Bizans imperiyasında güclənməsi Antik fəlsəfənin və onun nümayəndələrinin özünə başqa ölkələrdə sığınacaq axtarmağa vadar edir. 489-cu ildə Bizans imperatoru Zenonun fərmanı ilə Afinada fəaliyyət göstərən aristotelçi peripatetiklər məktəbi bağlanır və bu təlimin öyrənilməsi yasaqlanır. 529-cu ildə isə Bizansın digər imperatoru Yustinianın fərmanı ilə Afinada Antik fəlsəfənin son qalası hesab edilən Platon Akademiyası qapadılır. Bu səbəbdən bir çox filosoflar Yaxın Şərqin qeyri-xristian ölkələrinə köçməyə məcbur olurlar.

Qərbdə bütpərəstliyin qalığı kimi dəyərləndirilən Antik fəlsəfə bilicilərinin sığındığı əsas şəhərlərdən biri də Dəməşq olur. Bu heç də təsadüfi deyildi. Belə ki, o dövrün əsas fəlsəfi cərəyanı olan neoplatonizmin bir çox nümayəndələri, o cümlədən Porfiri, Yamvlix əslən suriyalı olmuşlar. Əvvəlcə Suriyada, sonra isə İranda Antik dövrün fəlsəfi məktəbləri öz fəaliyyətlərini davam etdirir, zəngin kitabxanalar buraya köçürülür. Belə kitabxanaların əsas xəzinəsi isə Platonun, Aristotelin, antik riyaziyyatçıların, həkim və astronomların əsərləri idi.

İkinci daxili səbəb isə məhz İslam dininin özü ilə bağlı olmuşdur və ilk növbədə dini ehkamların təfsirindən qaynaqlanmışdır. Dini şüurun daha da inkişaf etdirilməsinə olan ehtiyac Qurani-Kərimin təfsirçılərindən günahın imana, alın yazısının (qismətin) azad iradəyə münasibəti, Allahın təbiəti və sifətləri, Quranın mənşəyi, peyğəmbərlik vergisi haqqında meydana çıxmış suallara cavab verməyi tələb edirdi. Bu və buna bənzər suallar ətrafında aparılan qızğın müzakirələr bəzi müsəlman ilahiyyatçılarını dini ehkamların ciddi şəkildə əsaslandırılması uçun fəlsəfi bazanın yaradılmasının zəruriliyi qənaətinə gətirmişdir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin