Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə96/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   92   93   94   95   96   97   98   99   ...   187
fəlsəfə mühazirələr.doc 2

Nəriman Nərimanov. Tanınmış ictimai və dövlət xadimi, mütəfəkkir yazıçı, inqilabçı, publisist, həkim və filosof N. Nərimanov Azərbaycan xalqının ən görkəmli övladlarından biridir. «Nadanlıq», «Nadir şah», «Şamdan bəy», «Bahadır və Sona», «Pir» və s. bədii əsərləri, saysız-hesabsız publisist yazıları ilə tanıdığımız N.Nərimanov bir sıra fəlsəfi məqalələrin müəllifi kimi də məşhurdur. Maarifçi, inqilabçı-demokrat N.Nərimanov əqidəsinə görə, xalqın azadlığını, sosial-siyasi və iqtisadi tərəqqisini arzu edən bir şəxsiyyət olmuşdur.

Bir inqilabçı kimi, xalqın sosial-siyasi, iqtisadi və mənəvi azadlığı uğrunda mübarizə aparan N.Nərimanov ətaləti, nadanlığı, avamlığı kəskin tənqid atəşinə tutmuşdur. Azərbaycan ictimai-siyasi fikrinin tanınmış nümayəndələrindən biri olan N.Nərimanov monarxiyanın düşməni, demokratik parlamentli respublikanın tərəfdarı olmuşdur. Erməni– daşnak rəhbərlərinin iç üzünü görmüş, onlara milli münasibətlərə dair əsərləri bu sahədə görkəmli nəzəriyyəçi olduğunu sübut edir.

Təbiətşüaslıq sahəsində dərin biliyə malik olması, bir həkim kimi praktik fəaliyyəti onun dünyagörüşünə də böyük təsir göstərmişdir. Nəticədə O, dialektik materialist filosof kimi formalaşmışdır. Onun fikrincə, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir. Lakin bu dəyişmə xarici qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğunun nəticəsi kimi meydana çıxır. Ruh insan beyninin fəaliyyətinin nəticəsidir. Ruh beş hiss üzvünün vasitəsilə alınanların məcmusudur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin