Qeyd etmək lazımdır ki, şüurun beynə münasibəti onun mürəkkəb təbiətini
açmaq üçün də kifayət deyil. Belə ki, psixi hadisələrin fizioloji mexanizmi gerçəkliyi
subyektiv obrazlarla əks etdirən psixikanın məzmunu ilə eynilik təşkil etmir.
Şüurun spesifik xüsusiyyəti onun qnoseoloji aspektində, insan beynindən kənarda
m
övcud olan maddi aləmə münasibətində daha qabarıq meydana çıxır
.
Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun,
funksional, sosial inikasıdır
.
Subyektiv reallıq olan şüur obyektiv reallığın insan
beynində ideal inikasıdır
.
Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur
maddi aləm ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir
.
Fikrimizdə, təsəvvürümüzdə mövcud olan, qavradığımız dünya ilə gerçək dünya
heç də eyni şey deyildir
.
Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti
etibarilə idealdır
.
Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur
.
Obraz, inikas həqiqidirsə, maddi olanı doğru əks etdirirsə, deməli,
Dostları ilə paylaş: