Materialist dialektikanın strukturu təbiətin dialektikası, cəmiyyətin
dialektikası
, dialektik
məntiq və idrak nəzəriyyəsindən ibarətdir
.
Deyilənlərdən aydın olur ki, materialist dialektika eyni zamanda həm
ontologiya, həm məntiq, həm də qnoseologiya kimi çıxış etməklə onların
vəhdətini təşkil edir
.
Fəlsəfi elm olmaq e'tibarilə dialektikanın mürəkkəb xarakteri onun funksiyaları vasitəsilə açılır. Həm də bu halda dialektikanın funksiyalarının
məzmunu onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist
dialektikaya təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları
haqqında elm kimi verilən tə'rifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin
funksiyalar aşağıdakılardır
:
a)
Ontoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun
təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm
olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi
qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və
cəmiyyət haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə
baş verən hadisələrin dialektik xarakterini tədqiq etməlidir.
b)
Məntiqi funksiya. Materialist dialektikanın bu funksiyası onun həm də
təfəkkür haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz
anlayış və kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından
istifadə etsələr də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul
olmur. Bu vəzifəni yalnız məntiq olmaqla dialektika yerinə yetirir. Lakin məntiq
olmaq e'tibarilə dialektikanı nə formal məntiqlə, nə də elmi tədqiqatın məntiqi ilə
eyniləşdirmək olmaz. Belə ki, bu sonuncular xüsusi elmlər sahəsinə aid olub,
dialektikanın tərkibinə daxil olmurlar. Dialektika həm də dialektik məntiqdir, bu
sonuncu isə materialist dialektikanın ən dərin ifadəsidi
r.
v)