FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Dialektika obyektiv və subyektiv



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə101/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   97   98   99   100   101   102   103   104   ...   132
Fəlsəfə mühazirə

Dialektika obyektiv və subyektiv 
dialektika
olmaqla 
iki yerə 
bölünür

Obyektiv dialektika
insan şüurundan xaricdə 
və ondan asılı olmadan mövcud olan varlığın özünün dialektikası, subyektiv 
dialektika isə obyektiv dialektikanın subyekt, insan, bəşəriyyət tərəfindən fərdi və 
ictimai şüurda əks olunmasıdır.
Fəlsəfi elm olmaq etibarilə dialektika inkişaf edən və getdikcə dolğunlaşan 
biliklər sistemidir. Bu sistemin əsasını müəyyən prinsiplər, qanunlar və 
kateqoriyalar təşkil edir. Dialektikanın prinsipləri onun əsasını təşkil edən 
başlanğıc müddəalardır. Dialektikanın əsas prinsipləri bunlardır: 
hadisələrin ən 
ümumi əlaqəsi prinsipi, obyektivlik prinsipi, inkişaf prinsipi, determinizm 
prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə ilə praktikanın 
vəhdəti prinsipi 
və b. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və 
münasibətləri əks olunmuşdur. Dialektikanın qanunları və kateqoriyaları da onun 
zəruri komponentləridir. Dialektika həmçinin nəzəriyyə və metodun vəhdətidir. 
Buna görə də nəzəriyyənin funksiyasını yalnız fəlsəfi materializmə,
metodun 


funksiyasını isə yalnız dialektikaya isnad verən nöqteyi
-
nəzərlər düzgün sayıla 
bitməz.
Dialektika mürəkkəb struktura malik olub, dörd tərkib hissədən
 
ibarətdir.
Əvvala, 
dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi 
qanunları haqqında fəlsəfi təlimdir. 
İkincisi, 
cəmiyyət haqqında onun tarixi 
hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. 
Üçüncüsü, 
dialektika təfəkkür haqqında, onun formaları və qanunları haqqında fəlsəfi 
təlimdir, yə'ni dialektik məntiqdir. 
Nəhayət,
dialektika idrak haqqında, onun 
forma və metodları haqqında fəlsəfi təlimdir.
Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı nəticəyə 
gəlmək olar. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin