FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə71/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   67   68   69   70   71   72   73   74   ...   132
Fəlsəfə mühazirə

. Məhz insan 
şüurundan xaricdə və ondan asılı olmadan obyektiv reallıq kimi mövcud olanı 
ifadə etmək üçün fəlsəfədə materiya anlayışı işlədilir.
Onun haqqında ilk 
təsəvvürlər hələ qədim fəlsəfədə irəli 
sürülm
üşdür.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və 
təbiətşünaslığa aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin 
eksperimental tədqiqi əsasında, təbiət haqqında məsələləri zəruri təcrübi faktlara 
əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll etməyə çalışan və özünü "elmlər 
elmi" kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll olunurdu. Həmin 


mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim Dövr 
materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə 
qavranılan konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər.
Məsələn, Qədim Şərq (Misir, Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s. 
kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və məhv olaraq çevrildiyi ilk əsas kimi 
götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim Yunan fəlsəfəsində 
Milet məktəbinin (e.ə.VI
-
V əsrlər) nümayəndələrindən Fales suda, Anaksimen 
havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar 
ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ 
gəldiyi və məhv olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar. 
Həmin məktəbin digər nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk 
əsası
-mat
eriyanı onun konkret hissi formalarından hər hansı birinə müncər 
etməyərək hər şeyin əsasında sonsuz, qeyri
-
müəyyən və daim dəyişilən maddi 
başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o, materiyanın 
fəlsəfi anlayışının işlənməsi yolunda ilk
addım atmışdı. Qədim Dövrün görkəmli 
dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün 
şeylər oddan əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil

başqa cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir 
elmin də qəbul etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların 
əsasında duran, bütün şeylərin təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə 
etməkdən ötrü fəlsəfədə substansiya (lat. substantio
-
əsasda duran deməkdir) 
kateqoriyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə, o cümlədən 
materiyanın ayrı
-
ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu 
halda, substansiya olmaq e'tibarilə materiyanın mövcudluğunun səbəbi onun 
özündədir: materiya özü
-
özünün səbəbidir.


Atomizm tə'liminin əsasını qoyan Qədim Yunan filosofları
Levkipp, Demokrit 
və Epikür materiyanın atom quruluşu fərziyyəsini irəli sürərək bildirmişlər ki, 
mövcud olan bütün
şeylər ən kiçicik, dəyişməz və bölünməz hissəciklər olan 
atomlardan (yunan sözü olub bölünməz deməkdir) təşkil olunmuşdur.
Atomistika 
fərziyyəsində materiya özünün ölçü və formalarına görə fərqlənən bölünməz, 
dəyişməz hissəciklərlə eyniləşdirilir və gerçəkliyin bütün müxtəlifliyinin, dünya 
binasının ilk kərpiçcikləri sayılan bu hissəciklərin müxtəlif birləşməsi və qarşılıqlı 
tə'sirinin nəticəsi kimi izah edilirdi.
Sonralar, xüsusilə XVII
-
XVIII əsrlərdə materiyanın quruluşu və xassələri 
haqqında biliklər inkişaf edərək dəyişsə də, o dövrün təbiətşünasları və filosofları 
yenə də materiyanı onun
növlərindən biri olan maddə ilə, hərəkətdən, daxili 
fəallıqdan məhrum, inert bir şey kimi baxılan kütlə ilə eyniləşdirir, maddəyə isə 
dəyişməz, bölünməz atomların məcmusu kimi baxırdılar.
Bununla yanaşı, XVII
-
XVIII əsrlər fəlsəfəsində materiya haqqında təbii
-elmi 
təsəvvürlərə nisbətən daha ümumi olan vahid maddi substansiya anlayışı 
yaratmaq kimi mütərəqqi meyl meydana çıxır. Artıq Holland filosofu B.Spinoza 
(1632-167
7) atomlardan deyil, substansiyadan, ümumiyyətlə, materiyadan bəhs 
edirdi. B.Spinoza və xüsusilə substansiya anlayışının işlənilməsi kimi mütərəqqi 
meylin ifadəçiləri olan XVIII əsr fransız materialistləri materiyanın daha geniş və 
tam fəlsəfi tə'rifini verməyə cəhd etmişlər
 
(substansiya 
latınca "substancia" 
sözündən olub mahiyyət, ilkin əsas deməkdir).
Məsələn, P.Holbax materiyanı artıq 
maddi obyektlərin konkret fiziki və ümumiyyətlə, xüsusi növləri və xassələri ilə 
eyniləşdirməyərək ona fəlsəfi kateqoriya
kimi tə'rif verməyə cəhd etmişdir. O 
yazırdı ki, bizə nəzərən materiya, ümumiyyətlə, duyğu orqanlarımıza hər hansı 
şəkildə tə'sir edən hər şeydir. "Hisslərimizə tə'sir edən hər şey materiyadır". Lakin 
materiyanın mahiyyətcə düzgün olan bu tə'rifi kifayət qədər təbii
-
elmi materialın 
olmaması və metafizik məhdudluq üzündən lazımınca əsaslandırılmamışdı və 


məzmunca məhdud idi. Yə'ni materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli 
kütlə kimi dəyişməz xassələrin isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də 
materiya anlayışına tə'rif vermək üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. 
Belə ki, bizim hisslərimizə yalnız maddi deyil, mə'nəvi hadisələr də tə'sir edir və 
müəyyən şəraitdə sonuncuların tə'siri daha güclü olur.
Metafizik 
materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya 
haqqında fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun 
obyektivliyini, "bizdən xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu 
qeyd etsə də, materiyaya fəlsəfi tə'rif verməyərək onu materiyanın konkret 
növləri ilə eyniləşdirirdi. O yazırdı ki, təbiət işıqdır, elektrikdir, maqnetizmdir, 
havadır, sudur, oddur, torpaqdır, heyvandır, bitkidir, insandır. Beləliklə, 
L.Feyerbax da materiya anlayışının onun konkret növlərinə münasibəti məsələsini 
düzgün həll edə bilməyərək onları eyniləşdirmişdi.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti 
olan bu vacib məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin 
baniləri fəlsəfi kateqoriya olmaq e'tibarilə materiya anlayışının məzmununu 
açaraq göstərdilər ki, materiya şüurdan asılı olmadan mövcud olan və duyğu 
orqanlarımıza tə'sir edərək şüurumuzda əks olunan obyektiv reallığı ifadə edir. 
Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz duyğu ilə 
qavranılan müxtəlif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən 
sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə 
də materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, 
onun növlərindən və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı 
konkret təbii
-
elmi təsəvvürlərlə eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX 
əsrin sonu XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş 
verən və materiya haqqındakı mövcud təbii
-
elmi təsəvvürləri alt
-
üst edərək 


təbiətşünaslıqda əsl inqilab yaradan kəşflərin mənasının açılması ilə əlaqədar 
olaraq mühüm əhəmiyyət kəsb etmişdi.
Məlum
olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və 
filosoflar materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz 
hissəciyi sayılan atomla eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni 
kəşflər, birinci növbədə, radioaktivliyin (1896) və elektronun (1897) kəşfi atomun 
mürəkkəbliyini, daha kiçik hissəcik olan elektronlardan təşkil olunduğunu aşkara 
çıxartdı. Materiyanı bölünməz sayılan atomların məcmusu kimi başa düşməkdə 
davam 
edən 
"fiziki" 
idealistlər 
atomun 
mürəkkəbliyi 
faktının 
müəyyənləşdirilməsindən atomun maddilikdən çıxması, materiyanın heç bir 
maddi daşıyıcısı
olmayan xalis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək 
"yox olması" nəticəsini çıxartdılar. Məsələn, L.Ulviq "Elmlərin təkamülü" kitabını

"Materiya mövcuddurmu?" fəslində yazırdı ki, “atom materiyalıqdan çıxır, 
materiya yox olur”. Bu fikir bir sıra digər alimlərin əsərlərində də öz əksini 
tapmışdı.
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii
-
elmi tərifini fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın 
fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll 
etməlidir. Məhz bu sadə və mühüm həqiqəti anlamadıqlarından “fiziki” idealistlər 
materiyanın mürəkkəb quruluşa malik olduğunun aşkar edilməsini “materiyanın 
yox olması” kimi qələmə verirdilər. Əslində isə materiyanın quruluşu haqqında 
elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun 
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi 
qətiyyən “materiyanın yox olmasına” dəlalət etmir.
“Fiziki” idealistlər “materiya yox olur” fikrini söyləyərkən eyni zamanda 
klassik mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki 
baxışların aradan qalxmasına “əsaslanırdılar”.


Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika 
böyük kütləli və yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin 
kütləsi onların nisbi sükunət halında olmalarından, yaxud hər hansı sürətlə
hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz qalırdı. Elektronun kəşfi və 
elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi mütləq, 
dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı 
olaraq dəyişir, belə ki,
elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi 
də artır. Deməli, elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. 
Kütlə materiya miqdarının ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi 
faktının müəyyənləşdirilməsi də “materiyanın yox olması” kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və 
qnoseoloji cəhətdən dürüst olmayaraq “materiyanın yox olması” adlandırılan 
ifadənin məğzinin təhlili göstərir ki, həmin iddianın mahiyyəti materiyanın əvvəllər 
mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox olması və materiyanın bəzi 
hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə, materiyanın 
həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması 
deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər 
baxımından materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, 
xassələri ilə bağlılıqdan azad və ona həmin kateqoriyanın məzmununu açan tərif 
vermək
lazımdı. Əks halda materiya yenə də özünün növləri, xassələri ilə 
eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq materiyaya yenidən tərif 
verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya kimi tərif 
verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun 
tarixi inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi 
mübarizənin nəticələrini, insanların ictimai
-
istehsal təcrübəsinin verdiyi faktları, 
ən yeni kəşfləri təhlil edib ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi 


materiyaya elmi cəhətdən əsaslandırılmış belə tərif vermək olar: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin