obyektiv reallıq”
hesab etmək belə münasibətlərə materiya statusu vermək
deməkdir. Deməli, “maddilik” təkcə obyektiv reallıqla yanaşı, materiyanın ən
ümu
milik, tükənməzlik,
sonsuzluq, daim hərəkətdə olmaq, əbədilik və s. kimi
fəlsəfi xassələrinin də olduğunu qeyd etmək olar.
Obyektiv reallıq olan materiya müxtəlif formalarda mövcuddur. Bizi əhatə
edən təbiətin bütün formaları materiyanın konkret təzahürləridir. Materiyanın
fəlsəfi anlayışı duyğu ilə qavranılan
şeylərin, materiyanın konkret formalarının
müxtəlif keyfiyyət fərqlərindən sərfnəzər edərək aləmin ayrı
-
ayrı predmet və
hadisələrinə xas olan ümumi xassəni əks etdirir.
Müxtəlif predmet və hadisələrin, o cümlədən materiya tə'rifinin əhatə etdiyi
ictimai proseslər və münasibətlərin həmin ümumi xassəsi onların hamısının
obyektiv reallıq kimi mövcud olması
xassəsidir. Materiyanın fəlsəfi anlayışı da
obyektiv reallığı, insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan
hər şeyi ifadə edir.
Özlərinin ideya sələfi olan C.Berklinin ardınca materiya anlayışını qovub
fəlsəfədən çıxarmağı öz qarşılarına məqsəd qoyan maxist fiziklər materiyanın
təşkil olunduğu elektronların və hansı başqa zərrəciklərin reallığını rədd edirdilər.
Atom və elektronları bilavasitə görməyin, duymağın mümkün olmamasından Max
belə nəticə çıxarırdı ki, onlar real olmayıb yalnız fikri şeylərdir.
Max və onun
tərəfdarları maddi aləm haqqında biliklərimizin mənbəyi olan duyğuları
mövcu
dluğun əsasına qoyaraq, duyğularda verilməyi obyektiv surətdə mövcud
olmağın yeganə və zəruri meyarı sayırdılar. Halbuki materiyaya "bizə
duyğularımızda verilmiş obyektiv reallıq" kimi verilən tə'rifin mahiyyətini başa
düşməyərək ondan duyğularımızda verilməyin materiyanın
mütləq şərti, zəruri
me'yarı olması nəticəsini çıxartmaq üçün heç bir əsas yoxdur. Həmin tə'rifin
mahiyyəti bundan ibarətdir ki, materiya şüurumuzdan asılı
olmadan mövcuddur
və eyni zamanda idrakın başlanğıc momenti, ilk mənbəyi olmaqla duyğularımızla
dərkediləndir. Deməli, həmin lə'rif yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfənin əsas
məsələsinin
hər iki
-
həm ontoloji, həm da qnoseoloji tərəflərinin vəhdətini əks
etdirir.
Deyilənlərə yekun vuraraq materiya anlayışına verilən tə'rifin belə
bir ümumi
cəhətini
də qeyd edək ki, o, fəlsəfənin yerinə yetirdiyi ontoloji, məntiqi,
qnoseoloji, dünyagörüşü, metodoloji funksiyaların vəhdət halında tətbiq olunması
nümunəsi kimi çıxış edir. Məsələn, materiyaya obyektiv reallıq kimi tə'rif verdikdə
onun
ontoloji aspekti, materiyanı obyektiv reallığı göstərməkdən ötrü işlənən
fəlsəfi kateqoriya kimi ifadə edərkən onun məntiqi aspekti qeyd olunmuşdur.
Bunlardan başqa həmin tə'rif çox böyük dünyagörüşü
və metodoloji əhəmiyyətə
də malikdir. Bununla da həmin tə'rifdə fəlsəfənin bütün funksiyaları onların
vəhdətində realizə olunmuşdur.
Müasir elm getdikcə daha artıq dərəcədə təsdiq edir ki, materiya öz
təzahürlərinə görə son dərəcə müxtəlifdir.
Dostları ilə paylaş: