Materiyanın inikas xassəsinin təkamülündə cansız təbiətdə inikas, bioloji inikas və
sosial inikas yaranır.
Cansız təbiətdəki ini
kas
sadə,
passiv qeyri-
funksional inikasdır
. Passiv
inikasa məruz qalan cansız cisim mühitin əlverişli və qeyri
-
əlverişli təsirlərini bir
-
birindən fərqləndirmir, əlverişsiz təsirlərdən uzaqlaşıb əlverişli təsirlərə uyğunlaşa
bilmir.
Passiv inikas formalarında bir obyektin qarşılıqlı təsir zamanı
digər
obyektdə buraxdığı iz bu sonuncunun fəaliyyətində oriyentir rolunu oynaya bilmir.
Məsələn, günəş şüası daşı qızdırsa da, onun fəallığının artmasına təsir göstərmir.
Qeyd edək ki, təsir izinin olunan predmetə oxşarlığı, onların fiziki eyniyyəti (məs.,
güzgüdə və suda əksin alınması) ən sadə inikas halı sayıla bilər. Bu halda inikas
mövcud olsa da, sözün dəqiq mənasında hələ obraz yoxdur. Güzgü onda nəyin əks
olunmasına qarşı tamamilə “biganədir”,
güzgüdə yaranan
obraz isə yalnız bizim
üçün obrazdır, lakin o,
güzgü üçün obraz deyildir
.
Bu halda surət ilə orijinalın
struktur oxşarlığı hələlik ətraf aləmdə düzgün oriyentasiya götürməyə, inikas
effektlərinin imkanlarından
rasional istifadə etməyə, fəallıq göstərməyə və
müəyyən hərəkətləri icra etməyə imkan vermir
.
Dostları ilə paylaş: