bütün maddi sistemlər üçün ümumi olub materiyanın “inikas” x
assəsi adlanır
.
Məsələn, insanın güzgüdə əksi, dəmirin rütubətdə paslanması, elektronun eleklrik
sahəsində meyl etməsi, həyat şəraitinin dəyişməsilə
orqanizmin rəngini və
formasını dəyişməsi və s. inikasa misal ola bilər.
Yuxarıda gostərilən mənada inikas hər yerdə, ixtiyari qarşılıqlı təsir
prosesində
mövcuddur. Hər bir qarşılıqlı
təsir inikas momentini
- bir maddi
törəmənin digər maddi törəmədə əks olunmasını ehtiva edir. İnikasın atributiv
xarakteri hərəkətin özünün atributiv xarakterindən törəyir. Hərəkət və qarşılıqlı
təsirin mövcud olduğu hər yerdə inikas vardır.
Həm də inikas bütövlükdə qarşılıqlı
təsir olmayıb, onun yalnız bir momenti, tərəfidir
.
Qarşılıqlı təsir ikitərəfli (təsir və
əks təsir) olduğu halda inikas bu prosesdə yalnız müəyyən münasibət kimi çıxış
edir
. Real inikas prosesləri maddi qarşılıqlı təsir əsasında yaranıb, onları
tələb
etsələr və əksinə, inikas xassəsi yalnız maddi qarşılıqlı təsirlərdə təzahür etsə də,
qarşılıqlı təsir və inikas anlayışlarını eyniləşdirmək olmaz. İnikası materiyanın
bünövrəsində duran atributiv xassə kimi səciyyələndirməklə fəlsəfə duyğu,
qavrayış və psixikanı, insan şüurunun genezisini başa düşmək üçün müqəddəm
şərtləri formulə etmiş olur.
Bu müqəddəm şərtlərdən başlıcası
budur ki, inikasın
ixtiyari forması və növü yalnız inkişafın müxtəlif səviyyələrində
duran maddi
törəmə və sistemlərin qarşılıqlı təsiri çərçivəsində meydana gəlib mövcud olurlar
.
Dostları ilə paylaş: