I DÜNYA MÜHARİBƏSİ CƏBHƏLƏRİNDƏ TÜRKLƏRİN VƏZİYYƏTİ VƏ ERMƏNİ TERRORUNUN GÜCLƏNMƏSİ. Daşnaq əlaltıları I Dünya müharibəsinin ilk günlərindən Rus çarizmindən erməni xalqı üçün böyük lütf və güzəştlər gözləyirdilər. 1915-ci ildə Vorontsov-Daşkovun yerinə 11 Nikolayın əmisi böyük knyaz Nikolay Nikolayeviç təyin edildi. Ermənilər onun qəbulunda oldular və sədaqət andı təqdim etdilər. Andda deyilirdi: «...Biz ürəkdən inanırıq ki, böyük knyaz öz qətiyyəti və əzmkarlığı ilə birdəfəlik türk hökumətinin axırına çıxacaq. Bu ümidlə də biz rus ordusunun keçmiş baş komandanını salamlayır və deyirik: xoş gəlmisiniz». 1914-cü ildə Osmanlı dövlətinin 1 Dünya müharibəsinə qoşulması (29.X.1914) və səfərbərlik elan etməsilə əlaqədar ermənilər ruslarla razılaşmalarma görə Anadolunun daxilində üsyan qaldırmalı və türk ordusunu arxadan vurmalı idi. Beləliklə, səfərbərlik başlandıqda türk ordusu sıralarındakı erməni əsgərləri silahları ilə rus ordusuna birləşməlidilər. Orduya alınmayanlar isə rusların xeyrinə casusluq edir və hərbi hissələr düzəldib türk ordusunu arxadan vururdular.Həmçinin ermənilər türk kəndlərini, şəhərlərini, digər yaşayış məntəqələrini yandırmağa, dağıtmağa, qadın və uşaqları öldürməyə başladılar. 1915-ci ildə rusların Şərqi Anadoluya girmələri ilə ermənilərin etdikləri zülm də artdı. Rus orduları ilə birlikdə Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər. Şərqi Anadolu bir anda xarabalığa çevrildi. Bəzi vilayətlər yerlə-yeksan edildi. Bundan sonra yalnız 1915-ci il ərzində 1 milyona qədər türk yerindən, yurdundan köçmək məcburiyyətində qaldı. Onların bir qismi yollarda yoxsulluq, səfalət və xəstəliklərdən tələf oldu. Birinci Dünya müharibəsinə məcburən qoşulan Türkiyəni Antanta (Fransa, İngiltərə, Rusiya) çoxdan məxfi planlarında öz aralarında bölüşdürmüşdülər. Bu bölgünün həyata keçirilməsində ermənilərdən geniş miqyaslı istifadə olunması da nəzərdə tutulurdu. Onlar hərbi qüvvələrini daha çox Türkiyəyə yönəltdilər ki, qısa vaxt ərzində Almaniyanı təkləsinlər. Beləliklə Türkiyəni Antantaya qarşı suda və quruda 9 cəbhədə, üstəgəl arxa cəbhədəki erməni və ərəb qiyamçıları ilə vuruşurdu.Ermənilər daxildə də silahlandırıldı. Onu demək kifayətdir ki, İngiltərə hökuməti İran, Mesopotamiya, Suriya ərazilərindən ermənilərə 100 min tüfəng ötürmüşdü. Artıq müharibənin gedişində həm daxilində Osmanlı imperiyası, həm də cəbhələrdə Antanta ordusu tərkibində silahlı erməni alayları görünməyə başladı. Osmanlı ordusunda xidmət edən ermənilər fərarilik edib, cəbhələrdə Antantanın tərəfinə keçdilər. Antanta məhz ermənilərin böyük köməyi sayəsində Türkiyəni Qafqaz və Mesopotamiya cəbhələrində ağır məğlubiyyətlərə uğratdılar. Yalnız onu demək kifayətdir ki, Sarıqamış meşələrində 90 min (60 mini İstanbul qarnizonu idi) türk əsgəri ermənilərin satqınlığı ucbatından həlak oldu. Əgər türk hökuməti səfərbərlik elan edirdisə, onda Türkiyədə yaşayan bütün xalqlar, o cümlədən ermənilər də bu əmrə tabe olmalı idilər. Axı, hər bir ölkədə orduda xidmət etməkdən boyun qaçırmaq fərarilik sayılır. Üstəlik hansı hökumət razı olardı ki, öz təbəələri ona qarşı silah qaldırsın? «Qan tökməsək azadlığa qovuşa bilmərik» şüarını erməni liderləri hələ XIX əsrin 80-ci illərindən fəaliyyət proqramı kimi qəbul etmişdilər. Qan tökmək yolu ilə «erməni məsələsini» həll etmək və «Böyük Ermənistan» yaratmaq üçün 250 minlik erməni silahlı könüllüləri rus ordusu ilə birlikdə 1914-cü il noyabrın 4-də Türkiyə torpaqlarına soxuldular. Dörd gün sonra Ərzurum rayonunda Köprü köyünü tutdular. 1915-ci il yanvarın 3-4-də Sarıqamışı, 1916-cı il fevralın 16-da Ərzurumu, martın 17-də İsfahanı (İran), aprelin 18-də Trabzonu zəbt etdilər, mayın 2-3-də Xoy və Dilmanda yerli əhaliyə divan tutdular. Van və Urmiya gölləri aralarındakı əraziləri əda qaladılar, iyunun 25-də Ərzincanı, avqustun 23-də Muşu ələ keçirdilər. Həsənqala, Sarıqamış, Ərdəhan, Qars, İzmir, İrəvan, Ərzincan, Trabzon ətrafında ermənilər müsəlman kəndlərini yerlə-yeksan edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə doldurur, diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpə balaların ətindən yeməyə məcbur edirdilər. General Harborda göndərdiyi məktubunda Kazım Qarabəkir yazırdı: “Ordumuz fevralın 22-də Mamaxatunu azad etdi. Burada biz sağ qalmış bir nəfərə rast gəlmədik. Bütün əhalini qırıblar, meyidləri bir quyuya doldurublar”.Alaga kənddə gördüklərimizi isə təsəvvürümüzə gətirmək belə mümkün deyildir. Gözlərimiz önündə dəhşətli bir mənzərə canlandı: əcaib hala salınmış meyidlərin döşləri..., bütün uşaqların bədəni süngülərlə dəlik-deşik edilib... Qocaları və qadınları sobaya doldurub diri-diri yandırıblar. Gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimizin bu faciəsi insanın qəlbinə dağ çəkir...» Törətdikləri bu vəhşiliklərə görə xəcalət çəkmək, cinayət məsuliyyətinə cəlb olunmaq əvəzinə dünya ictimaiyyətini «zavallı xalqı türk zülmündən xilas etməyə» çağıran erməni könüllüləri haqqında Amerika tarixçisi Stenford Corc Şou yazırdı ki, rus ordusu mayın 14-də Vana çatdı. Öndə gələn erməni könüllüləri idi. İki gün ərzində onlar yerli müsəlman əhalisini qətlə yetirdilər. Vanda erməni dövləti yaratdılar. Bu dövlətin bərqərar olacağına inanırdılar. Ona görə ki, şəhərdə qırılan qırılmış, qaçan qaçmışdı, müsəlman qalmamışdı. Yaranmış vəziyyət o dövrün erməni mətbuatını, katolikosunu, erməni siyasi partiyalarını tamam-kamal qane etməkdəydi. «Hayastan» qəzeti (6 iyun 1915) dünya ermənilərini əldə olunan «böyük qələbə» münasibətilə təbrik edir, bir gecədə minə yaxın ölü və yaralı verən savaşı bütün tariximizdə belə görünməmiş «şanlı qələbə» adlandırırdılar. Qəzet dünya ermənilərini «qanlı əhdə» sadiq qalmağa, durmadan vuruşmağa, türk analarını ağlar qoymağa, daha çox türk evlərini yıxmağa çağırırdı. Çox keçmədən (17 may) Van valisi Cövdət bəyə geri çəkilmək barədə əmr verildi. Müsəlmanlar Vanı tərk etdilər. Aram Manukyan şəhərin valisi, general qubernatoru təyin edildi. Ermənilər axın-axın Vana toplaşmağa başladılar. Tezliklə onların sayı 25.000 nəfərə çatdı. Azğınlaşan erməni silahlı dəstələri qiyama qalxıb ətraf kəndləri dağıdır, talan edir, müsəlmanları qılıncdan keçirirdilər. Türk ordusu bir neçə cəbhədə vuruşurdu. Buna baxmayaraq, o, imkan tapıb iyulun 22-də hücumla Vanı geri aldı. 1915-ci ilin avqustunda rus ordusu yenidən Vanı işğal etdi. 1916-cı il fevralın 16-da ruslar Ərzurumu da tutdular. Hücumlar davam edir, kəndlər qarət edilir, evlər yandırılır, dinc əhali soyqırıma məruz qoyulurdu. S.C.Şou yazırdı: «...bütün müharibə ərzində ən dəhştli qırğın başladı. Milyondan çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda parça-tikə edildi...» Erməni könüllü silahlı dəstələri Muş süqut edəndə qana susamış vəhşilər kimi “İntiqamımızı aldıq” deyə şəhərin dörd tərəfindən bağırır, rast gəldikləri müsəlmanları yerindəcə qətlə yetirirdi. Ətrafdakı 15 kəndin sakinlərini erməni könüllüləri ağır at nalları ilə nallayaraq Hazal gölünə tökmüşlər. Anadolunun içərilərinə qaçan xəstələri, uşaqları, qadınları yolda tutub Təkkə monastırına toplayaraq diri-diri yandırmışlar. Şeyx Əbdülqaffar Əfəndinin başının dərisini soymağa başlamışlar və zavallı şeyx buna dözməyərək keçinmişdir. Erməni quldurları Dikili-Taş deyilən yerdə yüzə yaxın uşağın və qadının başını kəsmişlər (Malevil J). Ərzurum, Qars, Van, Bitlis, Muş, Sivaş, Ankara regionların məzarıstanlarında on minlərlə şəhid müsəlman uyumaqdadır...Qəddarlıqda ad çıxarmış Andronik və Zavriyevin 1918-ci il fevralın 10-da Ərzurumda təşkil etdikləri qırğınlar bəşər tarixində silinməz qanlı ləkə kimi qalacaqdır. Şəhərin hər tərəfinə səpələnmiş quldur dəstələri qoca və cavana, qadına və uşaqlara fərq qoymadan rast gəldikləri müsəlmanları yol çəkmək bəhanəsi ilə Qars qapısının önünə gətirmiş, orada hamısını soyub-talamış və əvvəlcədən qazıb hazırladıqları xəndəklərə doldurmuşlar. Qarnizondakı erməni əsgərlərinin hamısı evləri qarət etməyə, adamları öldürməyə, qadın və qızların ləyaqətinə toxunmağa başlamışlar. Bu vəhşiliklər 14 gün davam etmişdir. Türk ordusu şəhəri işğalçı quldur dəstələrindən azad edəndə küçələrdə 2.127 kişi cəsədini dəfn etməli olmuşdur. Təkcə Qars qapısı qarşısında 250 cəsəd tapılmışdı. Cəsədlər üzərindəki balta, süngü, mərmi yaraları, oyulmuş gözlər, kəsilmiş əzalar şəhidlərin işgəncələrlə öldürüldüklərindən xəbər verirdi. Ərzurumda 8.000-dən çox günahsız insan-qoca, qadın, uşaq, kişi qanına qəltan edilmişdi. General Odişnlidzenin dediyinə görə, Ərzincanda «Tamamilə müdafiəsiz olan səkkiz yüzdən artıq türk qətlə yetirilmişdir. Böyük çuxurlar qazılmış və biçarə türkləri bu çuxurların yanına qovaraq heyvan kimi boğazlamış və çuxurlara doldurmuşlar. Hər qrupu bir erməni sayırmış: «Yetmiş oldu? On nəfər də kəs» deyincə daha on nəfər kəsilərək çuxurlara doldurmuşlar. Ermənilər səksən nəfər biçarəni bir evə doldurub qapıdan çıxararkən bir-bir başlarını parçalayırlarmış. Ermənilər «erməni məsələsi»ni bu yolla həll etməyə başlamışdılar. Bir tərəfdə haray-həşir qoparır, «muxtariyyat, azadlıq» deyə dünya ictimaiyyətinin fikrini tamamilə bambaşqa məcraya yönəltmək istəyir, digər tərəfdən də etnik təmizləmə, qəddar soyqırım tədbirləri həyata keçirirdilər. 1918-ci il sentyabrın 25-də «Azərbaycan» qəzeti bu məkrli siyasət barəsində öz oxucusuna deyirdi: «Türkiyənin Avropa müharibəsində iştirakı ilə daşnaqlar öz arzularının həyata keçirilməsi imkanını görürdülər. Ancaq Böyük Ermənistanın yaradılması etnik təmiz ərazi yaradılmasını tələb edirdi. Beləliklə, öncə Qars vilayətində, sonra isə rus qoşunlarının Kiçik Asiya ərazilərinin içərisinə yeridilməsi ilə Türkiyə ərazisində müsəlman əhalisinin ardıcıl qırğınına başlayır... Ruslar getdilər, ancaq ingilislər yaxındadırlar. Erməni hərbi hissələri cəbhəyə getmək əvəzinə İrəvan quberniyasının tərkibində qalırlar və top atəşi ilə yüzlərlə müsəlman kəndlərini dağıdırlar, həm də zorla təmizlənmiş əraziyə erməni qaçqınlar yerləşdirirlər. Böyük Sürməli qəzası müsəlman əhalisindən təmizlənir. Naxçıvan şəhəri dağıdılır. Bakı şəhərində müsəlman əhalisinin öz dəhşətləri... 6.000-dən çox müsəlman uşaq və qadın öldürülür, bütöv məhəllələr atəşlə məhv edilir. Şamaxı qəzasına cəza ekspedisiyası göndərilir. Şamaxı və onlarla kənd atəşə və qılınca verilir, əhali isə qətl edilir...Və bununla eyni vaxtda daşnaqsakanlar dünyanın hər tərəfinə ermənilərin müsəlmanlar tərəfindən qırılması barədə teleqram göndərirlər». 1917-ci ildə baş verən fevral və oktyabr çevrilişləri cəbhədə vəziyyətin dəyişməsinə səbəb oldu. Dekabr ayında «Brest-Litovsk» müqaviləsi imzalandı. Rus qoşunları işğal etdikləri Osmanlı torpaqlarından geri çəkilməli oldu. Qafqaz cəbhəsinin rus qoşunları ilə birlikdə erməni silahlı drujinaları da Türkiyə torpaqlarından uzaqlaşmağa məhkum idi. Hətta bu drujinaların təxris olunması haqqında sərəncam da verilmişdi. Belə bir şəraitdə tükənmək bilməyən iştahla zəbt etdikləri torpaqlardan çıxmağa məcbur olan könüllü silahlı ermənilər yol boyu müsəlman əhalisini qətl-qarətə məruz qoymağa başladılar. Qars vilayətində 82, İrəvan quberniyasında 211 müsəlman kəndini dağıdıb yandırdılar. Əhalinin bir xeyli qismi qətlə yetirildi, qalanları ölüm-işgəncə təhlükəsindən xilas olmaq üçün doğma ata-baba ocağını tərk etməli oldu.