Fənn : Osmanlı tarixi Müəllim: Mehman Ağayev


OSMANLI HÖKUMƏTİNİN MÜDAFİƏ TƏDBİRLƏRİ TƏHCİR QANUNU



Yüklə 74,27 Kb.
səhifə5/5
tarix26.04.2023
ölçüsü74,27 Kb.
#103047
1   2   3   4   5
H. Dilşad

OSMANLI HÖKUMƏTİNİN MÜDAFİƏ TƏDBİRLƏRİ TƏHCİR QANUNU.
Uzun illərdir ki, erməni ideoloqları dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində «zavallı» erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəlmişdi.Əslində soyqırımına məruz qalan kimlər olmuşdur? Birinci Dünya müharibəsi ərəfəsində hər şəkildə aydın idi ki, müharibə başlanacağı təqdirdə ermənilər Osmanlı dövlətini müdafiə etməyəcəklər. Çünki çar Rusiyası müharibənin nəticəsindan asılı olmayaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına söz vermiş və bununla erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. I Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və erməniləri ittifaqa çağırması məsələni daha da qətiləşdirdi. Çar Tiflisdəki nitqini bu cümlələrlə bitirmişdi: «Qoy erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin». Beləliklə, II Nikolayın bu qərəzli və təhrikçi çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin yerli türklərə qarşı qətl-qarətə keçməsinə şərait yaratdı. Rus ordusunun tərkibində xidmət edən erməni əsgərləri yerli ermənilərlə birləşərək heç bir günahı olmayan on minlərlə dinc əhalini qətlə yetirir və onları öz yurdlarından didərgin salırdılar. Ermənilərin yerli əhaliyə divan tutması Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci il mayın ortalarında döyüş meydanı olan Van, Bitlis və Ərzurumdan erməni əhalisi uzaqlaşdırıldı. Yeri gəlmişkən, ermənilərin Şərqi Anadolu torpaqlarından köç etdirilməsi məsələsi ayrı-ayrı zamanlarda və elə indinin özündə də bir-birinə əks olan müddəalarla izah edilir. Belə ki, erməni üsyanlarının «Təhcir» qanunundan irəli gəldiyini söyləyirlər. Məhşur erməni yazıçısı Leo Tiflisdə 1915-ci ildə nəşr olunmuş «Erməni məsələsi sənədləri» adlı əsərində ermənilərin türklərə qarşı vuruşmalarından bəhs edərək açıq yazırdı ki, erməni üsyanları «Təhcir» dən xeyli əvvəl başlamışdır. Muşda və Ovada 7 min erməni silahlandırılmışdı. Bir çoxları türk ordusundan öz silahları ilə qaçmışdılar. Rus ordusu yaxınlaşdıqca Muş bölgəsində səfərbər edilmiş erməni gəncləri üsyan bayrağını qaldırmağa hazır idilər. Beləliklə, Dünya müharibəsinin ilk aylarında, «Təhcir» dən 7 ay qabaq Şərqi Anadolunun ermənilər yaşayan bütün ərazilərində üsyanlar başlamışdı. Hətta Qeysəriyyədə, Amasiyada Yozqatda, İzmitdə, Bursada, paytaxt İstanbulda və başqa yerlərdə ermənilər dinc əhaliyə hücum edib öldürürdülər. Fədakarlıq kimi qələmə verdikləri satqınlıqlarını ermənilərin özləri və mətbuatları da etiraf edirdilər. Məsələn, rusların Osmanlı dövlətinə müharibə etməsindən dərhal sonra Daşnaq partiyasının orqanı olan «Horizon» qəzeti belə bir məlumat yaymışdır: «Ermənilər Türkiyəni parçalamaq istəyən dövlətlərin yanında dərhal yer almışlar, bütün güclərini tərəddüd etmədən Rusiyanın əmrinə vermişlər. Ayrıca könüllü alaylar da təşkil etmişlər. Buna görə də ruslar sərhədi keçərkən Osmanlı orduları həmin iki od arasına alınmalıdır. Osmanlı ordularının irəliləməsi halında isə erməni əsgərləri silahları ilə birlikdə dəstələr təşkil edib ruslarla birləşməlidirlər». Antantanın təbliğat maşını və erməni millətçiləri isə sübut etmək istəyirdilər ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində guya bir milyondan artıq erməni öldürülmüşdü. Bunun üçün fakt kimi müharibəyə qədər burada 2,5 milyon erməni yaşadığı göstərilirdi. Halbuki Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Müharibə zamanı yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçdü. Ehtimal etmək olar ki, ölənlərin sayı 300 min nəfər olmuşdu. Təbii ki, buraya aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də daxil idi. «Tayms» qəzeti yazırdı: «Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində iki milyon türkün həyatına son qoyulmuşdu».Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk soyqırımı 1915-ci il martın 14-də Van şəhərində törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirildi, onlara olmazın əzablar verildi. Rus ordusunun himayəsi altında «Erməni Van dövləti» yaradıldı. Van soyqırımından sonra erməni və rus ordusunun birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnaq qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. Bundan sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200.000 erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubu Qafqaz istiqamətinə üz tutdu. Həm obyektivlik baxımından, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasına dair Bristolun sənədlərində qeyd olunur: «dəqiq statistik mənbələrdən bizə məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildi. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır.» Bu sənədlərdə həmçinin göstərilir ki, o dövrdə 2,5 milyon türkün həyatına son qoyulmuşdu. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdu. Yuxarıda sadalanan faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində ermənilər yox, yerli türk əhalisi soyqırıma məruz qalmışdır. Xarici dövlətlərin dəstəyi ilə erməni üsyançıları Anadolu daxilində türk ordusunun müharibə vəziyyətində olmasından istifadə edərək türk qətliamları törətməkdə davam etmişlər. Bu üsyan sırasında baş vermiş qətliamlardan biri ilə bağlı fransız Rafael de Nöğqalisi xatirələrində belə deyir: «Van valisi Gövdət bəy Vandan ayrıldıqdan sonra ermənilərin oraya hakim olduqlarını və bütün müsəlmanları - qoca, qadın və uşaqları qılıncdan keçirdiklərini öyrəndik. Halbuki heç bir yerdə bu dərəcədə alçaq hərəkətlər görünməmişdir. Bu durum mənə Vandakı belə bir olayı xatırlatdı. Bir gün, tabeliyimdə olan bir neçə zabitlə top atəşlərini gözləyərkən yandakı evin damında yaşlı bir müsəlman qadın paltar asırdı. Ermənilər onu görər-görməz üstünə atəş yağdırdılar və bu ixtiyar qadının vücudunu deşik-deşik edərək öldürdülər. Bundan sonra da bizə atəş açdılar. Ermənilər zavallı bir qadını öldürməkdən zövq duymuşdular». 1915-ci ilin bahar aylarında Osmanlı dövləti bütün cəbhələrdə müharibə edirdi. Ərəb yarımadasında, İraqda, İranda, Qaliçyada və Çanaqqalada qanlı çarpışmalar gedirdi. Düşmən dövlətlərinin İstanbula girmək üçün yenilməz donanmalarla dənizdən göstərdikləri keçid təşəbbüslərinin 18 mart böyük dəniz qələbəsi ilə qarşısı alınmışdır. Bundan sonra düşmən 25 apreldə Gəlibolu yarımadasına əsgər çıxararaq, boğaz müdafiəsini qurudan yarmağa çalışırdı, məmləkət yaşamaq və ya məhv olmaq uğrunda vuruşurdu.Erməni partiya, komitə və cəmiyyətləri vahid fəsad mərkəzləri halında, erməni üsyançılarına qiyamlar, təxribatlar və çaxnaşmalar törətməkdə istiqamət verməklə bütün yurdda, xüsusilə Şərqi Anadoluda müharibə cəbhəsini və arxa cəbhəni ağır vəziyyətə salmaqla məğlubiyyətə şərait yaratmaq istəyirdilər. Hökumətin bu hərəkətlərin qarşısını almaq tədbirləri bir nəticə vermirdi. Bu durumda Daxili İşlər Nazirliyi erməni partiya, komitə və cəmiyyətlərinin bağlanması, əmlaklarının müsadirə olunması, başçılarının nəzarətdə saxlanılması, daha fəallarının hərbi məhkəməyə cəlb edilməsi və günahkarların cəzalandırılması haqqında bir qərar verdi.Ermənilər nə üçün 24 apreli «erməni soyqırımı günü» adlandırırlar? Faktlar və sənədlər göstərir ki, erməni köçü haqqında qərar 1915-ci ilin mayında verilmişdir. Köç isə tədricən 2 il (1915-1916-cı illər) ərzində olmuşdur. Əslində isə ermənilər 24 apreli bayram günü kimi qeyd etməli idilər. Belə ki, həmin gün ermənilər dövlət çevrilişi həyata keçirməli və «24 aprel»i Anadoluda erməni dövlətinin yaranması günü kimi qeyd etməli idilər. Lakin ermənilərin bir saylı düşməni hesab edilən türklər və onların sahib olduğu Osmanlı hökuməti müharibənin ölüm-dirim günlərində yatmırdılar. Osmanlı dövlətinin çevik və açıq gözlüyünün nəticəsi olaraq ermənilərin məkrli məqsəd və planları aşkar edildi, onlar nəzarət altına alındılar. Elə ermənilərin gözlədikləri gün -24 aprel 1915-ci ildə erməni komitələrinin və terror başçılarının əsas idarəçiləri olan 2345 nəfər həbs edildi. Ermənilərin «Erməni dövləti günü» «Vay günləri»nə çevrildi.Burası da maraqlıdır ki, həbs həyata keçirilən gün Eçmiədzin katolikosu ABŞ prezidentinə teleqram göndərmişdir. Teleqramın məzmunu belə olmuşdur:«Hörmətli prezident. Türkiyə Ermənistanından gələn son məlumata görə, orada ermənilərin qırğını başlamışdır və təşkil olunmuş təqiblər erməni xalqının mövcudluğunu təhlükədə qoymuşdur. Ali həzrətləri, bu ağır anda sizin nəcib hisslərinizə mənim və erməni xalqının ehtiyacı vardır. Xahiş edirəm ki, insanlıq və xristian mərhəməti naminə təcili olaraq Sizin böyük respublikanın diplomatik köməyi ilə işə qarışasınız və mənim xalqımı Türkiyədə türk fanatizminin törətdiyi özbaşınalıqlardan müdafiə edəsiniz.Gevork, bütün ermənilərin arxipastoru və katolikosu.» Teleqram ünvanına 24 apreldə çatmışdır. Bu sübut edir ki, o əvvəlcədən hazırlanmışdır. İş ondadır ki, Amerika səfiri İstanbuldakı həbs haqqında teleqramı aprelin 27-də vermişdir, ancaq katolikos, görünür ki, hazırlanmış cəza tədbirlərini bilirmiş və o teleqramını qabaqcadan göndərmişdir. Bunu həbs edilmişlərin günahları təsdiq edir. Yeri gəlmişkən, köçürülmə tədbiri ermənilərin dağıdıcı fəaliyyətlərini Türkiyədə dayandıra bilmədi. Ona görə qəbul edilmiş qərar ölkənin digər vilayətlərində də tətbiq olunmalı oldu. Başqa çıxış yolu yox idi, hər yanı üsyan alovları bürümüşdü. Ruslar 20 aprel 1915-ci ildə öz sərhədləri daxilində olan müsəlmanları səfil bir halda sərhədlərimizdən içəri keçirmişlər. Həm buna qarşı olaraq və həm də yuxarıda göstərdiyim səbəbi qabaqlamaq üçün, ya bu erməniləri ailələri ilə birlikdə rus sərhədləri daxilinə göndərmək, yaxud erməniləri və ailələrini Anadolu içində müxtəlif yerlərə dağıtmaq gərəkdir».Buna görə cəbhələrdə müharibənin etibarlı şəkildə davam etdirilə bilməsi və bütün bölgədə asayişin saxlanması üçün erməni araqarışdıranlarının həmin bölgələrdən çıxarılması gündəmə gəlir. Məclis tətildə olduğu üçün hökumət 27 may 1915-ci ildə köçürülmə haqqında qanun qüvvəsində bir qərar çıxarır. Bu qərar 1915-ci il 15 sentyabrda parlament tərəfindən təsdiq edilir. Bu qanunun lazımınca və ədalətli şəkildə yerinə yetirilməsi üçün təcili iki qətnamə çıxarılmışdır. Bunlardan biri insanlara, digəri daşınmaz əmlaka aid məsələlərlə əlaqədar idi.«Köç» qanununa görə burada yaşayan əhali ölkənin müharibə içində olmayan digər bir ərazisinə köçürülməli idi. Bu əslində yer dəyişdirmə hərəkəti idi, özlüyündə müharibə gedən dövlətlərdə belə təcrübə mövcud olmuşdur, bir sıra ölkələr belə qanunlarla hərəkət etmişdir. Buna misal olaraq, erməni “Təhcir”inə bənzəyən 1941-ci ilin 7 dekabr «Pearl Harbour»a göstərmək olar. Həmin gün Yaponiya «Pearl Harbour»a qəflətən hücum edərək Amerikan donanmasını məhv etmişdi. Bu hadisə sadəcə Yaponiya - ABŞ müharibəsinin bir olayı idi. Amerika Birləşmiş Ştatları qorxurdu ki, ölkəsinin yapon əsilli vətəndaşla Yaponiyaya kömək edə bilər. ABŞ prezidenti Franklin Ruzvelt 19 fevral 1942-ci il tarixli 9066 saylı bir qərarla yapon əsilli amerikalıların ABŞ-ın qərb bölgəsindən Şərq bölgəsinə 2 günə köçürdü. Köçmək istəməyənləri zorla köçürdü. Ölkənin sahildən uzaq yerlərində bu köçkünlər üçün həbsxanaya bənzər bir düşərgə qurdu. Bu baxımdan ABŞ Qərb dövlətləri və digər dövlətlər Osmanlı dövlətinin «Təhcir» hərəkətini başa düşməlidirlər. Yenə həmin müharibənin başlanğıcında SSRİ-nin hər yerindən sovet almanlarının Sibirə uzaq arxaya sürgün edilməsi. Erməni köçü humanist qanunlar əsasında yerinə yetirilmişdir. Ermənilərin yollarda malı - mülkü, həyatı qorunmuş son məntəqəyə - Suriya torpaqlarına çatdırılmışdır.Təhcir qanunun humanistliyini oxuculara çatdırmaq məqsədə uyğundur. 27 may 1915-ci il tarixli «Təhcir» («Köç») qanunu ilə nəzərdə tutulmuşdur:
1. Köçürülməsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqdırlar;
2. Yollarda onların rahatlıqları, can və mal təhlükəsizlikləri təmin olunacaqdır;
3. Getdikləri yerlərdə tam yerləşdirilmələrinə qədər özlərinə köçkün ödənişindən, güzəranlarını və yeyib-içməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir;
4. Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə təmin olunacaqlar;
5. Hökumət tərəfindən ev tikiləcəkdir;
6. Əkinçilərə toxumluq, sənətkar olanlara öz sənətləri ilə bağlı alətlər veriləcəkdir;
7. Özləri ilə apara bilmədikləri malların əvəzi malla ödənəcəkdir. Və bu olmadığı təqdirdə onlara həmin malların qarşılığı olaraq pul ödənəcəkdir;
8. Boşaldılan Şəhər və qəsəbələrdə bulunan ermənilərə aid daşınmaz malların siyahısı tutulacaq, onların qiymətləri və miqdarı müəyyən edilərək köçkünlərə veriləcəkdir;
9. Köçkünlərin istifadəsində olan zeytunluq, tutluq, meyvə bağları, portağal bağçaları, dükanlar, fabrikalar, anbar və digər gəlir gətirəcək daşınmaz mallar satılacaq və ya kirayə veriləcək. Ondan gələn gəlir həmin köçkünlərə, mal sahiblərinə veriləcəkdir.
Qəbul olunan «Təhcir» qanunun səhəri günü yəni 28 may 1915-ci ildə köçürülənlərin rahatlıqları, yedirilib-içirilmələri ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulurdu. Onları da belə sıralamaq mümkündür:
- Köçürülməsi lazım olan xalqın göndərilmə işi yerli idarə məmurlarının ixtiyarına verilir;
- Köçürülənlər bütün heyvan və daşına biləcək mallarını özləri ilə apara bilərlər;
- Köç sırasında köçkünlərin can, mal təhlükəsizliklərinə, yedirilmə və istirahətlərinin təşkil edilməsinə keçdikləri yollarda çalışan məmurlar cavabdehdir;
-Köç sonunda köçkünlər əlverişli şəhər və kənd yerlərində yerləşdirilməlidir;
- Yeni yerləşmə bölgəsində köçkünlərə veriləcək ərazi yoxdursa onlar dövlət mallarından və əkinlərindən faydalanacaqlar;
- Müvəqqəti yerləşmə bölgəsinə yerləşincəyə qədər möhtac olanlara uyğun miqdarda hökümət yardımı ediləcək;
- Əkinçilik işləri ilə məşğul olanlara və sənətkarlara uyğun miqdarda texnika veriləcək və sərmayə ayrılacaqdır.
Ermənilər Osmanlı dövlətinin verdiyi qanun və qərarları həmişə saxtalaşdırmağa çalışmışlar və əhalinin bu şəkildə ərazi dəyişdirilməsini «soyqırım» adlandıraraq böyük bir millətə türk millətinə böhtan atmışlar. Qeyd etmək lazımdır ki, həm dövlət, həm də ictimai qəzetlərdə «Köç» qanununun maddələri şərh edilmişdir. O cümlədən erməni qəzetləri də buna geniş yer vermişdilər. «Hayrenik» qəzeti həmin maddələri şərhi ilə birlikdə dərc etmişdir.Birinci maddədən goründüyü kimi burada nəzərdə tutulurdu ki, köç dövründə ordu və digər hərbi birliklərin rəhbərləri köçkünləri getdikləri yerlərə təhlükəsiz çatdırmalıdırlar. Belə də olmuşdur. «Təhcir» («Köç») qanunun bir xüsusiyyəti də ondan ibarət olmuşdur ki, burada erməni kəliməsi işlənməmişdir. Qanunda göstərildiyi kimi imperatorluq hüdudları içərisində hökumət icraatına qarşı çıxan, əmrlərə itaət etməyən, silahlı müqavimət edən, düşmənə casusluq edən hər kim varsa, ona qarşı görülmüş tədbir idi. Birinci Dünya müharibəsində bu işləri görən kimlər idi. Birinci növbədə ermənilər fürsətdən istifadə edib «Ermənistan dövləti» qurmaq naminə öz dövlətinə asi çıxmışlar. Vətəni qoruyan türk ordusunu arxadan vurmuşlar. Türk hökuməti bu səbəbdən də məcburiyyət üzündən lazım olan tədbirləri görmüş, «Təhcir» qanununu tətbiq etmişdir. Türk Qurtuluş Savaşının davam etdiyi illərdə ermənilər 27 may 1915-ci il tarixli «Təhcir» qanununun baiskarı hesab etdikləri Osmanlı dövlət adamlarına sui-qəsd edirdilər. 15 mart 1921-ci ildə keçmiş Daxili İşlər Naziri Tələt Paşa Berlində Soğomon Teyleryan adlı bir terrorist tərəfindən öldürülmüşdür. Həmin ilin 5 dekabrında Xarici İşlər Naziri Səyid Halim Paşa Romada Arşavir Şirak tərəfindən öldürülmüşdür. 17 aprel 1922-ci ildə İttihad və Tərəqqi partiyasının fəallarından olan Bahəddin Şakir və Camal Əzmi Bəylər Berlində Aram Yergenyan tərəfindən qətl edilmişdir. 21 iyul 1922-ci ildə 4-cü ordu komutanı Camal Paşa və onun yavərləri Nüsrət və Sürəyya Tiflisdə iki erməni terrorçusu tərəfindən öldürülmüşdür. İngilis yazıçısı Dikson-Conson qeyd edir: «Aydındır ki, Türkiyə hökuməti öz rabitə yollarının təhlükəsizliyindən narahat idi. Onun qarşısında üsyançı təbəqələrini əməliyyat zonasından uzağa köçürmək və orada arxada saxlamaqdan başqa çıxış yolu yox idi. Labüd olan bu ehtiyat tədbiri ermənilər tərəfindən qaldırılan çoxlu iğtişaşlara səbəb oldu. Yerlərdə qalan müsəlmanlar müdafiə olunmaqda aciz idilər. Çünki nizami hissələr, polisin və cavanların çoxu cəbhədə idilər. Qiyamçıların Vanda törətdikləri vəhşiliklərdən xəbər tutan əhalini qəzəb bürüdü və onlar öz həyatları və ailələrinin həyatı üçün qorxurdular.» Yazıçı göstərir ki, türk öz problemlərindən danışmağı mənliyinə sığışdırmır. Ancaq «erməni tərəfdarları» öldürülənlərin sayını şişirtmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Şübhəsiz ki, Türkiyə hökumətinin tədbirlər görməsi vacib idi. Bu məqsədlə təhcir «yerdəyişdirmə» tədbiri seçildi. Təəssüf ki, bu söz bəziləri tərəfindən ermənilərə qarşı qırğın hadisəsi kimi qələmə verilmişdir.Yuxarıda qısaca qeyd edildiyi kimi, silahlı erməni təcavüzlərini qabaqlamaq hürriyyət və istiqlalının keşiyini möhkəmlətmək üçün Osmanlı dövləti tədbir həyata keçirməli oldu. 1915-ci il mayın 27-də «Köçürtmə və yerləşdirmə haqqında» qanun verdi. Bu qanuna görə hökumətə və asayişin təmin edilməsinə qarşı silahlı təcavüz olarsa, ən şiddətli şəkildə cavab verməli, orduya qarşı təxribata və cəsusluğa görə o rayonun əhalisi qruplarla və ya kütləvi şəkildə başqa rayonlara köçürülüb yerləşdirilməli idi. Aynca təlimatda daşınması mümkün olan malların köçürülənlərin özləriylə götürülməsinə icazə verildiyi göstərilir.Türk hökuməti köçürtmə qərarını alarkən üsyana qoşulmayan, asayişi pozmayan əhaliyə qarşı yerlərdə heç bir tədbirə lüzum görməmişdi.Təhcir hadisələrinin əsl cavabdehləri, şübhəsiz Rusiya, İngiltərə və Fransa olmuşdur. Xüsusilə Rusiyanın Osmanlı dövlətindən alınan yerlərdə suveren erməni dövləti yaratmaq vədi erməni təşkilatlarını bu məsələyə daha da həvəsləndirmişdi. Ancaq Rusiyanın əsl məqsədi ermənilərdən istifadə edərək özləri üçün cənub dənizlərinə yol açmaq idi. Bunu rus çarı öz bəyanatında açıq qeyd etmişdi. Erməni təşkilatçıları bu həqiqəti anlamadan Rusiyanın vədlərinə kor-koranə inanmışdılar. Ermənilərin müharibə zamanı xəyanətinə baxmayaraq, Osmanlı hökuməti təhcir olunan ermənilərin yerləşdirilməsi, hətta sağlamlıqları ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə dair xüsusi təlimat vermişdi. Vəziyyətdən çıxış yolu tapan Osmanlı dövləti iki tədbir həyata keçirdi: cəbhə xətlərində ermənilər tərksilah edilib evlərinə buraxıldı; cəbhə xətlərində yerləşən erməni əhalisi imperiyanın digər vilayətlərinə - Cənubu Anadoluya, Suriyaya, Livan, Fələstinə və sair yerlərə köçürüldü. Ermənilər köçərkən bütün əşya, mal-qaralarını özləri ilə aparıb daha əlverişli torpaqlarda yerləşdilər.Yeri gəlmişkən, bir epizodu qeyd etmək lazım gəlir: 1946-cı ildə Suriyadan Sovet Ermənistanına köçən bir erməni Quqark rayonunun Arçut kəndində ustalıq edirdi. O, ağlayaraq deyirdi: «Sovet təbliğatına aldandıq, yalnız onu demək kifayətdir ki, Suriyada 12 hektar bağım var idi». Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyası daxilində ermənilərin köçürülməsi müharibənin qanunları üzündən irəli gəlmişdi. Bu köç heç də təkcə erməni satqınlığı ucbatından olmamışdır. İkinci Dünya müharibəsində Sovetlər hökuməti də özünün alman əhalisini ərazisinin Qərbindən Şərqinə köçürmüşdür.Ermənilərin köçürülməsi haqqında Osmanlı dövlətinin 14 may 1915-ci il tarixli qanunu bir qədər gec də olsa, hər halda yerində verilmişdi ki, milyonlarla türkün həyatının xilas edilməsinə, dövlətin isə təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək etmişdi. Türk ordusu bu köçürmədən sonra cinahlardan və arxadan tam arxayın olaraq döyüşə bilmişdir. Türk milləti ancaq bu köçürmə sayəsində məhv olmaqdan xilas edilmişdir.Bu baxımdan Mustafa Kamal Atatürk Amerika jurnalisti Klarensanın ermənilər barədəki sorğusunda verdiyi cavab bir daha ermənilərin satqınlığını sübut edir. Müsahibə 24 fevral 1921-ci ildə «Strit» qəzetində dərc edilmişdir.» Ermənilərin köçürülməsi qərəzkarlar (Qərb dövlətləri nəzərdə tutulur - red.) tərəfindən yaradılmış nəhəng hipertrofiyaya nümunə olmaq kimi dəyərləndirilə bilər.Çar ordusunun böyük hücumunun başlanğıcında daşnaq erməni komitəsi bizim ordunun arxasında erməni əhalisi içərisində qiyam qaldırdı. Say və silahlı qüvvələr cəhətdən üstün olan düşmən qarşısından geri çəkilməli olduq, biz həmişə iki atəş arasında qaldıq. Bizim araba karvanlarımızı və yaralı dəstələrimizi amansızcasına məhv etdilər, arxada olan körpülər və yollar dağıdılırdı, türk kəndlərində isə terror hökm sürürdü.Bu cinayətlərin günahkarları, bandalar və imkanlı ermənilərdən formalaşmış dəstələr silah gəzdirirdilər. Onlar erməni kəndləri tərəfindən silah, sursat və ərzaqla təmin edilirdi. Bu təminat hələ dinc dövrdə böyük dövlətlər tərəfindən ermənilərə verilmiş güzəşt və imtiyazlardan istifadə edilərək həyata keçirilmişdir. Uzaq İrlandiyada aparılan sülh şərtlərində İngiltərənin fəaliyyətini sakitliklə seyr edən dünya ictimaiyyəti ermənilərin köçürülməsi barədə məcburən qəbul edilmiş qərarla əlaqədar bizdən narazılıq etmək hüququna malik ola bilməz».Bu son mülahizə aşağıdakı o dövrün mətbuat və canlı şahidləri tərəfindən öz təsdiqini tapır:
1. Doyçe Alqemayrıe Zayrunq (Deutsch Allgemeine Zeitung) qəzetinin 1921-ci il tarixli 291-ci sayında bu barədə belə yazılmışdı: «Ermənilərdən çox danışılır, lakin öldürülən çoxsaylı türklərdən heç danışılmır. Ermənilərin türklərə etdikləri zülmlərdən də, qırğınlardan da çox az danışılır. Məsələn, dəfələrlə kəndin bütün türk sakinlərinin gözləri ermənilər tərəfindən çıxarılmışdı. 1915-ci ilin aprelində (yada salın, bu tarix «ermənilərin soyqırımı» ilə necə də eyni vaxta düşür.-İ.M.K.M) türk əsirlərinin daşınması üçün istifadə olunan vaqonlar stansiyalarda günlərlə «unudulurdu»(!). Bir müddət sonra vaqonların qapıları açıldıqda, türk əsirlərinin cəsədləri ilə dolu olduğu aşkarlanırdı. Belə düşmənlərə qarşı türklərin məzlum bir quzu kimi olmaları mümkün deyildi...»
2. Rus ordusunun Ərzurum və Dəvəboynu istehkam mövqeyi komandiri olmuş podpolkovnik Tvyordoxlebov sonralar göstərmişdi ki, rus zabitləri müdaxilə etməsəydilər, türk ordusu Ərzurumu geri aldığı zaman şəhərdə bir nəfər belə türk tapmayacaqdı. Erməni liderləri bu vəhşiliklərindən iftixarla danışırdılar. ABŞ-da dorc olunan «Hnçak» qəzetinin 24 may 1915-ci il tarixli sayında cəbhə bölgələrindən alınan erməni məlumatlarında deyilirdi: «Vanı əldə etdik, qalanı aldıq. Vanda 1.500-ə qədər qadın və uşaqdan başqa türk qalmayıb». Bununla ermənilər Van şəhərinin türk əhalisini qırdıqlarını etiraf edirdilər .
3.18 may 1915-ci ildə Van alındıqdan sonra rus çarı Bayazet cəbhəsinin komandanına teleqram göndərərək demişdir: «Van əhalisinə fədakarlıqlarına görə mənim təşəkkürümü çatdır». Yeri gəlmişkən, özünü humanist kimi və pravoslav təriqətinə himayədarlıq edən çar II Nikolay nə üçün ermənilərin Vanda 30 min günahsız dinc əhalinin-müsəlmanın kütləvi qətlə yetirilməsi barədə təəssüf hiss keçirmədi. Axı, bütün xristian təriqətləri və İncil günahlı, günahsız insanların qətlə yetirməsinə icazə vermir. Atalar burada deyib: «Gülmə qırıq qasığa. Bir gün gələr başına. Həmin çarın özü də ailəsi ilə birlikdə (7 nəfər) günahsız qətlin qurbanı oldu.Rus çarının yuxarıdakı teleqramına Paris qəzeti «Tempo» 13 avqust 1915-ci ildə səs verərək yazmışdır: «Müharibənin ilk anında Aram rahatlığını və işini buraxaraq silaha sarıldı və Vanda üsyana rəhbərlik etdi. İndi vilayəti tutmuş Rusiya müharibədə özlərinə parlaqlıq qazanmış ermənilərə təşəkkür əlaməti olaraq Aramı qubernator təyin etdi.» «Sole de Midi» qəzeti 9 fevral 1916-cı ildə yazırdı: «Bizə gələn məlumata görə Sazonov Dumada bəyan edib ki, 10.000-ə qədər erməni başda Aram Manukyan olmaqla Vanda türk ordusuna qarşı bir ay müqavimət göstərib, rus ordusunun gəlişinə qədər onu geri oturdub. 30.000 erməni inqilabçıları Sasun dağlarında rus ordu hissələrinin və erməni könüllülərinin gəlməsini gözləyərək 9 aydır ümidsiz mübarizə aparır. Min erməni, Kilikiyada ingilis-fransız köməyini gözləyir». Həmçinin Sazonov demişdir: «Ermənilər bu müharibədə ruslarla birlikdə Osmanlı imperiyası ilə vuruşurlar».Bir sözlə, şübhə yoxdur ki, Türkiyə erməniləri türk dövlətinə qarşı düşmən mövqeyində dayanmışlar. Onlar özləri bunu sonradan Sevr danışıqlarında boyunlarına almışlar.
4. Yuxarıda qeyd edilən nöqteyi-nəzərdən o dövrdə rürk baş qərargahının rəisi general Bronsartın xatirələrindən «Doyçe Alqemayrıe Çaytunq» qəzeti (4 iyul 1921-ci il) yazmışdır: «Ermənilərin yaşadıqları rayonlar tutularkən aşkar oldu ki, orada külli miqdarda vərəqələr, fitnəkar kitabçalar, döyüş sursatı, partlayıcı maddələr və s. sübut edirdi ki, üsyanların hazırlanması və maliyyələşdirilməsi qabaqcadan ruslar tərəfindən olmuşdur. Əldə məlumat vardır ki, İstanbulda türk dövlətinin yüksək rütbəli məmur və hərbçilərinə sui-qəsd hazırlanmışdır. Müsəlmanların silahı yox idi; ordusu isə cəbhələrdə vuruşurdu ona görə ermənilərin əlinə müdafiəsiz müsəlmanları dəhşətcəsinə qırmaq fürsəti düşmüşdür. Ermənilər ruslarla qarşı dayanmış Şərq ordusunun cinahlarından və arxadan hücumlarına hədd qoymurdular, onlar bölgənin dinc müsəlmanlarını məhv edirdilər. Mənə türklərin adına yazılmış olan qəddarlıqlardan ermənilərin bir çox üstün vəhşilikləri məlumdur».
5. Türkə qarşı ciddi xof münasibətdə olan Xasse Arfa yazır: «1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və ruslar tərəfindən türk torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə ermənilərindən ibarət çoxlu könüllü alaylar gəldi. Bunlardan (alaylardan-red.) birinin komandiri, əvəzi olmayan qaniçən Andronik idi... Bu ermənilər kürdlər tərəfindən öldürülmüş həmyerlilərinin intiqamını almaq məqsədilə görünməmiş vəhşiliklər törətdilər. 1915 və 1918-ci illər arasında onlar tərəfindən Türkiyənin şərq vilayətlərində 600.000 kürd öldürülmüşdür.»
Bir sözlə, ermənilərin köçürülməsinə səbəb, onların düşmən dəyirmanına su tökmələri olmuşdur. Yollarda onların əzab-əziyyətlərə düçar olması təbiidir. Qeyd etmək yerinə düşər ki, 1988-1990-cı illərdə azərbaycanlılar deportasiya edilərkən onları ermənilər yollarda güllə-baran etdilər, götürdükləri əmlakları, yanların da olan pul və qızıl əşyaları müsadirə etdilər, Sovet ordusunun zirehli maşını ilə müşayiət edilməsinə baxmayaraq, onlar-azərbaycanlılar (250 min) 500 itki Azərbaycan torpaqlarına çatdılar. Həmin vaxt nə müharibə vardı, nə də üsyan, Sovet hökuməti isə dünyaya qapı açmışdır. Ancaq müharibənin qanunları vardır: qarsı qarşıya vuruşan tərəf bir-birini məhv etmək üçün hər vasitədən istifadə edir. Belə bir məqamda günahsız qurbanlar olur. Məsələn, Xirosima və Naqasaki şəhərlərinin əhalisinin atom bombası patlayışı nəticəsində həlak olması və ya alman təyyarələri tərəfindən bombalanan Londonun dinc əhalisinin həlak olması müharibə vaxtı baş verən və sair hadisələrdə həlak olan insanlar müharibə qurbanlarının əlamətidir Sadalanan hadisələrin qurbanları əsgər deyil, sivil əhali idilər. Türkiyə isə öz daxili düşmənini öldürmək istəməmiş, onların yerini dəyişdirmişdir. Dövrün şərait və imkanları öyrənilərsə, yollarda həlak olanları soyqırımı adlandırmaq həqiqətdən uzaq və ədalətsizlikdir. Belə olduğu təqdirdə türklər və azərbaycanlılar da ermənilər tərəfindən soyqırıma uğradılmasını bəyan etməlidirlər. 1915-1917-ci illərlə cəbhə xətlərindən köçmüş ermənilər öz havadarları tərəfindən dəstəklənərək özlərini soyqırıma məruz qalmış kimi qələmə verirlər. Bu yalançı mifin məqsədi Türkiyədən torpaq və təzminat almaq, «Böyük Ermənistan» adlı təcavüzkar xəritəni praktik olaraq gerçəkləşdirməkdir. Bu baxımdan həmişə Şərqə düşmən kəsilən Qərb dövlətləri yuxarıda deyilən məqsədlərə çatmaq üçün yalançı mifdən »erməni soyqırımı» mifindən istifadə etmək təşəbbüsündə bulunurlar. Yeri gəlmişkən, tarixən ermənilər heç vaxt yaşadıqları ərazilərdə müstəqil dövlət qura bilməmişlər, tabe olduqları dövlətə isə asi çıxdıqlarından sürgünlərə məruz qalmışlar. Bu mülahizə aşağıdakı tarixi faktlarla sübut edilə bilər.Deportasiya ermənilərin alınlarına yazılmış təbii xəstəliklərdən biridir ki, bu xəstəliyə onlar alışmışlar və zaman-zaman bunsuz yaşaya bilmirlər. Nəsə çəkməyə adət edən insan kimi ermənilər də deportasiyaya adət etmişlər. Bu adəti isə təkrar dadmaq üçün yeganə bir yol tapmışlar ki, bu da erməni məkri, erməni satqınlığıdır. Bəzi insan və xalqlara məxsus olan bu iki ünsür erməni xalqında daha qabarıq şəkildə büruzə verir.Ermənilərin hansı yuvanın quşu olduğunu yaşadıqları dövlətlərdə onlara münasibətdən də söyləmək olar. Həmin dövlət məcbur olur ki, cəza tətbiq etsin. Cəzanın isə asan və müəyyən qədər humanist forması deportasiyadır. Qeyd etmək lazımdır ki, həmişə dindən (xristian dinindən) istifadə edən ermənilər dinini qəbul etdikləri Bizans imperatorluğu dövründə daha ağır yaşayış tərzi keçirmişlər. Onların xəyanətlərinə görə tez-tez yerlərini dəyişmişlər. Bizans imperatoru II Yustinian erməniləri müxtəlif ərazilərə köçürmüşdü. Sasani hökmdarı II Şapur (VI əsr) 700 ermənini İranın ərazisinə, Bizans imperatoru Mavriki (582-602-ci illər) 570-591-ci illər arasında İranla gedən müharibədə İrana gəldi və sərhəd Ermənistanın Zanq və Qarniç çaylarından müəyyən edildi. Mavriki tutduğu ərazilərdən erməniləri təcili olaraq təmizlədi, onları Frakiyaya və digər bölgələrə sürgün etdi. VIII yüzillikdə V Konstantin ermənilərin kütləvi köçürülməsini təşkil etmişdir. VII əsrdə ərəblər 642-ci ildə Dvini tutdular, 12 min erməni öldürdülər və 35 min ermənini əsir götürdülər, digər çox saylı erməniləri sonrakı illərdə ərəb ölkələrinə köçürmüşlər. X əsrdə imperator II Vasili erməniləri Makedoniyaya, Fessaliyaya, Bolqarıstana köçürmüşdür. Kilikiyaya səlib yürüşləri zamanı çoxsaylı erməniləri Kiprə, Kritə, İtaliyaya, monqolların istilası dövründə isə Kazana və Həştərxana köçürülmüşlər. I Şah Abbas imperiyanın ucqarlarından erməniləri İranın mərkəzi bölgələrinə köçürmüşdür. İranda yaşayan ermənilər Türkmənçay müqaviləsindən sonra külli miqdarda Rusiya imperiyası tərkibinə daxil olan İrəvan, Qarabağ, Gəncə xanlıqları ərazilərinə və Gürcüstanın Azərbaycanlılar yaşayan ərazilərinə köçürülmüşdür. Yeri gəlmişkən, mühacir ermənilər üçün Rusiya İrəvanda, Naxçıvanda, Qarabağda 200 min desyatin ən yararlı torpaq sahəsi ayırdı. Onlardan 20 il vergi alınmayacağını vəd etmişlər. Bununla yanaşı, Rusiya 1788-ci ildə Krımdakı bütün erməni ailələrini Rusiyanın müxtəlif ərazilərinə köçürüb, onların yerinə rusları yerləşdirdi. Ayrı-ayrı dövlət və dövlət xadimlərinin ermənilərə münasibətlərindən də aydın olur ki, erməni harada olursa-olsun, imkan düşən kimi ermənilik-satqınlıq xislətini büruzə verir. Bu, Osmanlı imperatorluğunda daha qabarıq və daha dəhşətli olmuşdur. Hamıya məlumdur ki, erməni terror ordusu dünyanın əksər dövlətlərində formalaşır və istədikləri dövlətlərin ərazilərində terror aktları həyata keçirir. Bu həmin yaşadıqları dövlətə asi çıxmaq deyildirmi?
Tarixən bütün türk dövlətlərində yüksək iqtisadi-mədəni inkişafa yetişən, dini etiqad sərbəstliyinə malik olan və dövləti məqamlara yiyələnən ermənilər öz köçlərini, diaspor və lobbi yaratmalarını, "genosidə məruz qalmalarını" Osmanlı dövlətindəki durumları və 1915-ci il olayları ilə əlaqələndirir, "əsaslandırmağa" çalışırlar. Onlar "Böyük Ermənistan"ı bərpa etmək məcburiyyətində qalmalarını və "Türkiyədə 1915-ci il erməni soyqırımı" uydurmalarını aşağıdakı "dəlillərlə isbatlamağa" cəhdlər göstərirlər:
• guya türklər bütün tarix boyu ermənilərlə düşmənçilik etmişlər;
• türk dövlətlərində, xüsusi ilə də Osmanlı imperatorluğunda ermənilərin durumu çox ağır və acınacaqlı olmuşdur;
• 1915-ci ildə Osmanlı dövlətinin hüdudları daxilində həyata keçirilən erməni yerdəyişməsi onların tarixdəki ilk köçürülməsidir;
• erməni diasporunun yaranması 1915-ci il hadisələrinin nəticəsidir;
• ermənilər türklər tərəfindən soyqırımına məruz qalmışlar.
1915-1923-cü illərdə Türkiyədə "soyqırımına uğradıqlarını" və Azərbaycanda isə daima "sıxışdırıldıqlarını, qırıldıqlarını" iddia edən ermənilər zaman-zaman bu istiqamətdə məqsədyönlü, sistemli təbliğat aparmışlar. Ermənilərin bu təbliğatlarından özlərinin çoxşaxəli mənafe və maraqlarının təminatı üçün faydalanan böyük dövlətlər isə onlara hərtərəfli yardımlar göstərmişlər. XX-XXI yüzilliklərin qovuşuğunda genişlənən "erməni soyqırımı" təbliğatının böyük dövlətlər (Fransa, Rusiya, ABŞ, İngiltərə, İtaliya və s.) tərəfindən dəstəklənməsi daha da güclənmişdir. Onlar özlərinin əbədi geosiyasi və həm də dövrə (şəraitə) müvafiq konkret maraqlarından çıxış edərək "erməni genosidi" təbliğatı ilə həmrəyliklərini indi daha açıq şəkildə ortaya qoymuşlar. Həmin dövlətlərin parlamentlərində "erməni soyqırımı"na dair vaxtaşırı keçirilən müzakirələr və çıxarılan qərarlarla əslində türk dünyası növbəti - "soyuq və sivil səlib yürüşü" ilə üzləşmişdir. XXI yüzilliyin türk əsri olacağına və türklərin "sivil yolla Avropanı ələ keçirə biləcəklərinə" dair mülahizə-baxışlardan rahatsız olan, ələlxüsus da özlərinin geosiyasi maraqlarını, iqtisadi mənafelərini gerçəkləşdirməyə çalışan böyük dövlətlər "erməni soyqırımı" təbliğatı və s. məsələlərdən möhkəm yapışmışlar. Əslində isə həm "erməni soyqırımı"ndan "üzülən" və məqsədyönlü türk-müsəlman düşmənçiliyi siyasətini yürüdən Rusiya, Qərbin bir sıra dövlətləri, həm də elə ermənilərin özləri tarix boyu türk-müsəlmanlara problemlər yaratmış, onları kütləvi surətdə qırmışlar. Bütün bunlar isə ortaya bir dilemma çıxarmış, "Erməni genosidi", yoxsa türk-müsəlman soyqırımı sualını yaratmışdır. Və həm də bu tarixi suala obyektiv elmi cavab verilməsi, "erməni soyqırımı" təbliğatının arxasında dayanan dövlət-güclərin niyyətlərinin aşkarlanması zərurəti yaranmışdır. Buna görə də, türk milləti ilə onun qurduğu dövlətlərdə yaşayan erməni toplumunun münasibətlərinin araşdırılmasının elmi-siyasi əhəmiyyəti dərindən aydınlaşdırılmaqla bu sahədəki başlıca istiqamətlərin və məqamların müəyyənləşdirilməsi çox vacibdir. Bu baxımdan, öncə onlar arasındakı münasibətlərin indiyədək qismən araşdırılan və yaxud da heç öyrənilməyən problemlərinin müəyyənləşdirilməsi lazım gəlir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərə diqqət yetirilməsi və onların həllinə çalışılması məqsədəmüvafiq sayıla bilər:
⎯ türk dövlətlərinin müvafiq elmi-tədqiqat müəssisələrinin, xüsusilə də Türkiyə Tarix Qurumu və Azərbaycan Respublikası Elmlər Akademiyasının müvafiq institutlarının, habelə universitetlərin tarix, beynəlxalq münasibətlər fakültələrinin bu sahədə araşdırmalar aparan əməkdaşlarından ibarət müəyyən qrupun təşkili;
⎯ türklərin ermənilərə münasibətindəki tarixi gerçəklikləri özündə əks etdirən qaynaqların araşdırılması, Qərb dövlətləri və Rusiyanın, Türkiyə və Azərbaycanın arxivlərindəki çox dəyərli müvafiq sənəd və materialların toplular halında nəşri də zəruridir. Bu zaman bilavasitə Ermənistan arxivlərindəki sənədlərin də əldə edilib nəşr olunması bir çox mühüm məqamların izahı baxımından mühüm əhəmiyyətə malikdir;
⎯ tarixi dövrlər üzrə (qədim çağlardan XIX əsrədək; XIX yüzillik; XX əsr-XXI əsrin əvvəli) aparılan xüsusi tədqiqatların nəticələri əsasında türk-erməni münasibətlərinin tarixi və perspektivlərinə dair əsərlərin nəşr olunması;
⎯ türklərlə ermənilər arasındakı münasibətlərin beynəlxalq və regional siyasi vəziyyətə təsiri və s. məsələləri nəzərə alaraq bu kimi konkret problemlərə dair elmi araşdırmalar aparılması: a) türk dövlətlərində ermənilərin durumu: tarixi gerçəkliklər və yalanlar; b) "erməni genosidi", yoxsa türk-müsəlman soyqırımı; c) türk-erməni münasibətləri və Rusiya; ç) islam dünyası və türk-erməni münasibətləri; d) türk-erməni münasibətləri və İran; e) türk-erməni münasibətləri və Qərb (İngiltərə, Fransa, ABŞ, Almaniya və s.) dövlətlərinin mövqeyi; ə) kilsə və "erməni məsələsi" və s.
⎯ "Erməni məsələsi" XXI əsrdə: problemlər və perspektivlər" mövzusuna dair müvafiq politoloci aspektli araşdırmaların aparılması, müəyyən tövsiyə və proqnozların hazırlanması da olduqca böyük elmi-siyasi əhəmiyyət kəsb edir.
Türkün (müsəlmanın) erməniyə tarixi (bəşəri) xidmətinin etirafı və dəyərləndirilməsinin əvəzində "soyqırım" əfsanəsini uyduraraq təbliğ edənlərin iddialarına görə:
• ermənilər tarixdə ilk dəfə Osmanlı dövlətində kütləvi köçürülməyə məruz qalmışlar;
• burada dini zəmində sıxışdırılmışlar;
• milli-dini mənsubiyyətlərinə görə iqtisadi-mədəni inkişafdan qalmışlar;
• dövlətin məqsədyönlü siyasəti nəticəsində soyqırımına uğramışlar və s. Halbuki çoxsaylı tarixi qaynaqların da (türk, erməni, Qərb, Rusiya) təsdiqlədiyi kimi ermənilər Osmanlı dövlətində:
• əski çağlardan bəri qurtula bilmədikləri dərəbəylik yaşayış qaydasından toplum şəklinə keçə bilmişdilər;
• iqtisadi-mədəni dirçəlişə və tərəqqiyə nail olmuşdular;
• dini etiqad azadlığı əldə etmişdilər;
• digər insan haqlarına sahib çıxmışdılar;
• yüksək dövlət məqamlarına yetişmişdilər;
• bütün bu sadalananların sayəsində də çoxluğu (türk-müsəlmanları) sıxışdırmaq və hətta kütləvi surətdə qırmaq imkanları qazanmışdılar.
Ermənilərin iddia və yalanları ilə bağlı burada vacib saydığımız yalnız bir neçə başlıca məqamın üzərində dayanılmasına ehtiyac görürük.
Birincisi, tarixən böyük dövlətlərin - imperiyaların ciddi təsir və təzyiqlərinə (öz ucbatlarından) məruz qalan ermənilər çox vaxt toplum halında yaşamayıblar. Elə onların öz tədqiqatçılarından G.Aslanyan 1914-cü ildə İstanbulda çap etdirdiyi "Ermənistan və ermənilər" kitabında yazırdı ki, "ermənilər dərəbəyliklər halında yaşayıblar. Bir-birlərinə vətən hissləri ilə bağlı deyillər... Bir-birləriylə bağlılıqlarını siyasi əlaqələrlə deyil, adət-ənənələri, dil və dinləriylə yaradırlar". Ermənilər ya tarixin müxtəlif çağlarında məskunlaşdıqları ayrı-ayrı yerlərdən başqa ərazilərə köçürülmüşlər, ya da özləri müəyyən səbəblərə görə yerdəyişmələrə baş vurmuşlar. Yeri gəlmişkən, Türkiyə araşdırmaçısı E.İlterin erməni köçlərinin səbəblərinə dair təsnifatı dolğun və obyektivdir. Onun nəzər nöqtəsinə görə erməni köçləri: 1) onların pula (ticarətə) və sərvətə düşkünlükləri; 2) macərapərəstlik ruhu; 3) xristianlıqdakı məzhəb qovğaları, dini təzyiqlər və 4) yaşadıqları dövlətlərə tarix boyu xəyanət içində bulunmaları ilə sıx əlaqədar olmuşdur. Müxtəlif imperiyaların ərazilərində məskunlaşan ermənilərin öz xəyanətkar hə-rəkətlərinə və s. səbəblərə görə köçürülmələrinə dair tarixi faktlar yetərincədir. Sasani, Bizans, Rusiya və digər imperatorluqlarda vaxtaşırı həyata keçirilən erməni köçürülmələri barədə onların öz tarixçiləri də çox yazıblar. Buna görə də, 1915-ci ildə Osmanlı dövlətində həyata keçirilən erməni yerdəyişməsinin onların "tarixdəki ilk köçürülməsi", "erməni diasporasının yaranmasının 1915-ci il hadisələrinin nəticəsi" kimi dəyərləndirilməsi kökündən yanlışdır və onlarla əsla razılaşmaq olmaz.
İkincisi, tarix türklərin dəfələrlə erməniləri Bizans və digər dövlətlərin dağıdıcı hücumlarından xilas etmələrinə dair çoxlu faktlar verir. Səlcuqların zəfərləri sayəsində Bizansın zülmündən qurtulan ermənilərin türkləri müdafiə etmələri halları da tarixə məlumdur. Urfalı (Ədəsli) erməni salnaməçisi Mateos türklərin Urfanı fəth etmələrinin ermənilər tərəfindən bayram kimi qeyd olunduğunu qələmə almışdır.Yeri gəlmişkən, bu kimi halları ermənilərin tarixən formalaşan xislətinin nəticəsi kimi dəyərləndirən fikirlər də mövcuddur. Çünki onlar sonralar, yəni 1914-1920 ci illərdə rus, ingilis, fransız, yunan qoşunlarının Türkiyə şəhərlərini tutmalarını, ingilis hərbi hissələrinin 1918-ci ildə Bakıya, rus silahlı qüvvələrinin 1804 və 1920-ci illərdə Gəncəyə, 1920-ci və 1990-cı illərdə isə Bakıya soxulmalarını da sevinclə qarşılayıb şadyanalıq etmişlər.
Üçüncüsü, belə bir mühüm cəhəti xüsusilə vurğulamaq gərəkdir ki, məhz türk dövlətləri (ələlxüsus da Osmanlı) yürütdükləri siyasətlə ermənilərin toplum halında yaşamalarına şərait yaratmışlar. Elə Birinci dünya müharibəsi ərəfəsində Osmanlı imperatorluğunda bir neçə mənbəyə görə 1.300.000, rəsmi statistikaya əsasən isə 1.161.169 erməninin yaşaması faktı da bu fikrə sübutdur. Ermənilərin bir xalq olaraq formalaşması və dünyada tanınmaları da Osmanlı dövləti vasitəsi ilə baş vermişdir. Bizcə, tarixçi M.Varandyan 1914-cü ildə Cenevrədə ermənicə nəşr etdirdiyi "Erməni hərəkatı tarixi" kitabında bu məsələni yetərincə dolğun ifadə edə bilmişdir: "On doqquzuncu yüzilliyin başlanğıcında ermənilik bir millət kimi Avropada tanınmırdı. Avropalılar bunları İstanbuldan bilirdilər. Erməniləri yer üzünə dağılmış tacirlər, öz haqq-hesablarından başqa bir şeyə bağlı olmayan kimsələr, yəhudilər kimi vətənsiz, milliyyətsiz, sərsəri, bəxtsiz kimi tanıyırdılar" . Türkiyə dövlətinin ermənilərin həyatında oynadığı rol və tarixində tutduğu yer Başbakanlıq Osmanlı arxivindəki bir mühüm materialdan da aydın görünür. "Berliner Taqblatt" qəzetinin 1894-cü il 28 sentyabr tarixli 393-cü sayında gedən və barəsində Almaniyadakı türk səfirliyi tərəfindən Xariciyyə naziri Səit Paşaya məlumat verilən "Erməni problemi və şikayətləri" başlıqlı yazıdan ibarət olan həmin materialdakı məqamlar maraq doğurur. Yazıda, İngilis Erməni Dərnəyinin 1894-cü ildə Londonda keçirilən toplantılarından birində ermənilərin bəzi şikayətləri ilə bağlı, yüksək məqamlı erməni rahibinin aşağıdakı baxışları öz əksini tapmışdı:
• əgər Osmanlı dövləti olmasaydı, biz ermənilər bir Osmanlı dövləti yaradıb qurmalıydıq;
• dünyada heç bir azlıq Osmanlı erməniləri qədər sərbəstliyə sahib olmamışdır;
• padşahın yardımı olmasaydı, kilsələrimiz, xəstəxanalarımız, məktəblərimiz xaraba halına gələr, yoxsullarımız acından ölərdi, din adamlarımız möhtac duruma düşərdi;
• şəxsən hakimiyyət qabiliyyətinə malik deyillər, nədən hökumət qurmaq istəyirlər?
Dördüncüsü, özlərinin müxtəlif səpkili konkret maraqlarına görə "erməni soyqırımı" təbliğatını dəstəkləyən dövlətlərə (Fransa, Rusiya, ABŞ, İngiltərə və s.), habelə müəyyən qurumlara (Vatikan, Avropa Birliyi və s.) yaxın tarixdən bəzi xatırlatmalar etməyin zərurəti meydana çıxır. Bəşəriyyət bu və digər dövlətlərin müxtəlif regionlarda əsrlər boyu törətdikləri çeşidli soyqırımlarını yaddaşına həkk etmişdir. Yaşanan əsl tarixin və dürüst yazılan keçmişin tövsiyəsi budur: Osmanlı dövlətində ermənilərin sıxışdırılmaları və təzyiqlərə məruz qalmalarına dair uydurmaları həqiqət kimi qəbul edənlər unutmasınlar ki:
• I Napoleon Bonopartın "Anadoludakı katolik ermənilərdən istifadə etməyin mümkün olub-olmaması" sualına İstanbuldakı fransız səfiri Sebastiani "ermənilər həyatlarından o qədər məmnundurlar ki, buna imkan yoxdur" cavabını vermişdi;
• ABŞ prezidenti Klivlend 1894-cü ildə senata müraciətində "xristian olduqlarına görə ermənilərə Türkiyədə zülm edildiyinə dair heç bir xəbər alınmadığı"nı söyləmişdi;
• tarixçi M.Varandyan "erməni kültürü, dili, tarixi, ədəbiyyatı baxımından Türkiyə ermənisi rus ermənisinə nisbətən çox qüvvətli və azaddır" yazmışdı;
• Bismark "erməni məsələsi əski bir alman əsgərinin kəmiklərinə belə dəyməz" demişdi;
• İstanbuldakı ingilis böyük elçisi Osmanlı Xariciyyə Nəzarətinə ünvanlandığı 1847-ci il 22 fevral tarixi məktubunda "protestantlığa dönən ermənilərin digər məzhəblərdən olan soydaşları tərəfindən rahatsız edilməmələri üçün Osmanlının gördüyü tədbirlərlə bağlı məmnunluğunu" bildirmişdi.
ƏDƏBİYYAT
1. Türkiye Cümhuriyyeti (T.C.) Başbakanlık Osmanlı Arşivi (BOA), Hariciye Nezareti (HNA), Endikatör: 135 və Dosya: Yıldız Esas Evrak, Dosya no: 4912-4-2, iç no: Kısım - 18, 2-125.
2."Ermeni İddiaları ve Tarihi Gerçekler", Ankara, 1998, 316 s.
3. E.İlter, Ermeni Kilisesi ve Terör, Ankara, 1996, 81 s.
Yüklə 74,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin