Vəliyev Münasib , BT-46
Fənn: Atletika
3. Atletikanın hazırlıqları
Yüngül atletika, hər şeydən əvvəl, ürək üçün fiziki gərginlikdir. Bu idman sahəsinin qaçış növündə insan orqanizmində silkələnmə baş verir ki, bu da təngnəfəslikdən, zökəmdən qorunmanın ən yaxşı vasitəsidir. Qaçış bütün əzələ qruplarını formaya salır, insan bədənində olan stresi aradan qaldırmağa köməklik edir.
Bu növlə məşğul olarkən kor-koranə qaçışdan uzaq olmaq vacibdir. Ən azından qaçmazdan 5-8 dəqiqə öncə oynaqlar qızışdırılmalı, sadə gimnastik hərəkətlər edilməlidir. Ürəyin böyük təzyiq altına düşməməsi üçün qaçışdan sonra dartınma hərəkətləri edilməlidir.
Yarışlar və ya sərbəst qaçışlar zamanı çalışmaq lazımdır ki, əzələlər boşalmış vəziyyətdə saxlanılsın və hər hansı bir tənəffüs ritmi gözlənilməsin.
Çünki qaçış zamanı ritmin özü gəlməlidir və bu ritmi pozan zaman qaçışın heç bir faydası olmaz. Yüngül atletika ilə məşğul olanlar qidalanmaya da xüsusilə diqqət yetirməlidirlər. Məsələn, uzun kross yarışlarından ən gec bir saat öncə yemək yeyilməlidir və təbii ki, yeyilən yemək yüngül olmalıdır. Bu, meyvə, tərəvəz və ya vitaminli maye ola bilər. Yüngül atletikanı digər idman növlərindən fərqləndirən daha bir cəhət geyimlərdir. Bu sahə ilə peşəkar və ya həvəskar şəkildə məşğul olanlar mütləq şəkildə geyimlərinə fikir verməlidirlər. Odur ki, bütün yüngül atletika yarışlarında idmançılar tərkibi pambıq olan geyimlərdə arenalara çıxırlar.
Bəs yüngül atletikanın uşaqlar üçün xeyri nədir? Yüngül atletika, ilk növbədə, uşaqlarda ahəngdar fiziki və psixoloji inkişafa imkan yaradır, incə ayaqların, estetik bədənin formalaşmasına səbəb olur, əzələləri bərkidir. Ümumiyyətlə, atletikanın növləri psixi, emosional və fiziki narahatlığın aradan qaldırılmasında müstəsna rol oynayır.
Dostları ilə paylaş: |