Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
  1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1



 

Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 



Mövzu:  Azərbaycan  dilində  işgüzar  və  akademik  kommunikasiya. 

Kommunikasiya mədəniyyəti  

Plan: 

1.  Fənnin məqsəd və vəzifələri 

2.  Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya  

3.  İşgüzar kommunikasiyanın funksiyaları və mərhələləri  

4.  Nitq etiketləri və diskussiya mədəniyyəti 

 

Ədəbiyyat: 

1.  Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013 

2.  Cəfərov N.,Mərdanova S.,Qəribli A.Azərbaycan nitq mədəniyyəti.Bakı,2018 

3.  Eminli  B.,  Paşayeva  G.  Azərbaycan  dilində  işgüzar  və  akademik 

kommunikasiya.Sumqayıt, 2021 

4.  Məmmədli  N.  Azərbaycan  dilində  işgüzar  və  akademik  kommunikasiya. 

Bakı, 2021 

5.  Xəlilov  B.  Azərbaycan  dilində  işgüzar  və  akademik  kommunikasiya.  Bakı, 

2020 


6.  Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003 

7.  Şiriyev F.Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya.Bakı.2020 

 

İşgüzar  (peşəkar)  rabitə  cəmiyyətdə  insanlar  arasında  ən  geniş  yayılmış 



ünsiyyət  növüdür.  Onsuz  iqtisadi,  hüquqi,  diplomatik,  ticarət  və  inzibati 

münasibətlər  sahəsində  qarşılıqlı  əlaqə  mümkün  deyildir.  Müasir  dünyanın 

tələblərinə görə, müxtəlif sahələr üzrə yetişən mütəxəssislər işgüzar ünsiyyəti əsas 

janrlarının  xüsusiyyətləri  ilə  (işgüzar  söhbət,  işgüzar  danışıqlar,  işgüzar  görüş, 

mətbuat  konfransı,  telefon  danışığı,  müzakirə  və  s.)  özünü  təqdimetmənin 

əsaslarını öyrənməlidirlər. Çıxış hazırlamaq və müşayiət olunan elektron təqdimatı 

düzgün tərtib etmək bacarığına xüsusi diqqət yetirməlidirlər. 

Şəxsi işgüzar sənədləri (tərcümeyi-hal, ərizə, bəyanat, izahat və s.), inzibati 

sənədləri  düzgün  tərtib  etmək,  elektron  yazışmaları  aparmaq  hər  bir  insanın  peşə 

mədəniyyətinin  ayrılmaz  hissəsidir.  Dünyada  gedən  qloballaşma,  mədəniyyət  və 

təhsildə  inteqrasiya  prosesləri  gənc  mütəxəssislərin  qazandıqları  bacarıqlara  yeni 

tələblər  diktə  edir.  Şifahi  və  yazılı  mədəniyyətlərarası  işgüzar  ünsiyyətdə  milli 

xüsusiyyətləri  nəzərə  almaq  və  onu  inkişaf  etdirmək  bacarığına  malik  olmaq  bu 

günün tələbidir. 

Kommunikasiya  vasitələrinin  inkişafı  qloballaşma  ilə  sıx  bağlıdır. 

Cəmiyyətin  həyatında  yeni  texniki  vasitələrin  meydana  gəlməsi  ilə  işgüzar 

kommunikasiyanın  rolunun  radikal  dəyişməsi  bu  proseslərin  bütün  aspektlərində 



 

elmi  tədqiqatlara  da  yol  açır.  Ötən  əsrin  II  yarısından  başlayaraq  bu  və  ya  digər 



elmi  fənn  çərçivəsində  və  səlahiyyətləri  hüdudunda  kommunikasiyanın 

nəzəriyyəsi  işlənməyə,  formalaşmağa,  sosial-maddi  sistemin  ən  müxtəlif 

sahələrində  elmi  status  almağa  başladı.  Kommunikasiya  bir  çox  elmləri  özündə 

birləşdirdi,  müasir  elmi  biliyin  kompleks  və  fənlərarası  sahəsi  kimi  öz  təsdiqini 

tapdı. 

Fənnin  məqsəd  və  vəzifələri.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 

“Azərbaycan  dilində  işgüzar  və  akademik  kommunikasiya”  fənni  üzrə  təlim 

nəticələrində  qeyd  olunduğu  kimi,  əsas  məqsəd  “qloballaşma  şəraitində 

Azərbaycan  dili  və  ona  göstərilən  dövlət  qayğısı  ilə  bağlı  məlumatlara 

yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviyyələri barədə biliklərə 

sahib  çıxmaq,  şifahi  və  yazılı  kommunikasiyalar,  habelə  nitqə  verilən  tələblər: 

düzgünlüyü,  dəqiqliyi,  aydınlığı,  səlisliyi,  təmizliyi,  yığcamlığı,  sadəliyi, 

zənginliyi,  rabitəliliyi  və  digər  önəmli  məsələlərin  rolunu  müasir  tələblər 

səviyyəsində  öyrənmək,  kommunikativ  ritorikanın  nədən  ibarət  olduğunu,  ədəbi 

dilin  üslublarını,  aktiv  və  passiv  leksikasını  bilmək,  rabitə  və  kommunikativ 

strategiyanı,  yaradıcılıəq  texnologiyalarını  mənimsəmək,  diqqət,  dinləmə,  onun 

formaları  və  mədəniyyətinin  kommunikasiya  növü  kimi  mahiyyətini  öyrənmək 

bacarıqlarının  önəmini  qavramaq,  danışıq  etikası  və  müraciət  etiketləri  barədə 

məlumatlara yiyələnmək, təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan) 

özünəməxsusluğunu  bilmək,  müasir  Azərbaycan  dilinin  funksional  üslubları 

barədə  məlumatları  və  qaydaları  öyrənmək,  işgüzar  ünsiyyətdə  məktubların 

elektron və onlayn kommunikasiyaları barədə bilikləri zənginləşdirmək, orfoepiya 

və  orfoqrafiya  qaydalarına  əməl  olunmasının  mahiyyətini  öyrənmək,  işgüzar 

ritorika  haqqında  nəzəri  və  praktik  çalışmalara  sahib  çıxmaq”,  ictimai  həyatda 

səmərəli  davranışları,  şifahi  və  yazılı  ünsiyyət  vərdişlərini  formalaşdırmaq, 

mənimsətmək,  bütün  işgüzar  resurslardan  istifadə  etməklə  nitq  mədəniyyətini 

yüksəltməkdir. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin