aparılır: a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində,
çayxanalarda və s. b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda,
iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s.
Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün
müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən
başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri
(və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan
verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz
məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”,
“Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə
7
verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına
müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək
istəmədikdə belə deyilməlidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz
fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər,
lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina
etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində
müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və
təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə
olmur. Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini
susdurmağa, öz dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar.
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün
aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2.Müzakirədə
müdafiə
olunacaq
mövqe
və
ideyalar
dəqiq
müəyyənləşdirilməlidir.
Müzakirə
olunan
məsələdən
yayınmaya
yol
verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin
mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi
üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı,
inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib
üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə
razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu
etiraf etməyi bacarmalıdır.
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və
istehzaya yol verilməməlidir.
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail
olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir. İstər adi danışıq,
istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır.
Sualvermə, söhbətəqoşulma, cavabvermə. İctimai yerlərdə natiqə, ya da hər
hansı bir adama söylənilən fikirlə bağlı veriləcək suallar münasiblik, lazımlıq,
aidlik və s. baxımından ölçülüb-biçilməli, götür-qoy edilməlidir. Bəsit suallar onun
sahibinin səviyyəsinin, dünyagörüşünün, bilik və məlumatının səthiliyini büruzə
verir. Sualı yenidən başqa cür təkrar etmək, deyilmiş və hamıya aydın olan məsələ
8
barədə sual vermək, mətləblə heç bir əlaqəsi olmayan bir şeyi soruşmaq məsləhət
görülmür. Rəsmi yerlərdə, verilişlərdə ənənəvi, bir növ qəliblənmiş , çeynənmiş
suallar da dinləyiciləri təmin etmir. Televiziya verilişlərindəki söhbətlərin birində
aparıcı müsahibinə belə suallar verirdi: “Eldar müəllim, olduğunuz kimi olmaq
istəyirsiniz,
yoxsa
göründüyünüz
kimi?”;“Siz
nədən
sevinir,
nədən
kədərlənirsiniz?” və s.
Bu cür məntiqsiz və mənasız suallara radio və televiziya verilişlərində tez-
tez təsadüf olunur. Şübhəsiz ki, suallar (xüsusilə rəsmi yerlərdə, geniş
auditoriyalarda, radio və televiziya verilişlərində qoyulan suallar) ölçülüb-
biçilməli, onların əhatəli, düşündürücü, məntiqli, maraqlı olmasına diqqət
yetirilməlidir.
Sualların verilməsində nəzakət qaydaları gözlənilməlidir. Hər hansı bir
məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb etmək məqsədilə
belə ifadələri işlətmək daha münasib olar: Zəhmət olmazsa, deyin görüm; Zəhmət
olmazsa, başa salın; Deyə bilməzsiniz ki... Sizin fikrinizi bilmək olar və s.
Suala cavab aldıqdan sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr
işlədilə bilər: “Danışığınızdan məmnun oldum”. Çox sağ olun; Sizdən razı qaldım;
Təşəkkürümü bildirirəm; Minnətdaram və s. kimi ifadələr işlədilməlidir.
Söhbət, məlumat, mühazirə və s. müsahibi qənaətləndirmirsə, qarşı tərəfə
belə ifadələrlə müraciət etmək olar: Fikriniz aydın olmadı, xahiş edirəm, bir də
təkrar edin; Zəhmət olmasa, nümunə göstərin; Bu məsələyə sizin şəxsi
münasibətiniz necədir? Siz buna əminsinizmi?; Düşünmək lazımdır; Mən ayrı yolu
seçərdim; Siz bu təklifə necə baxırsınız?; Siz yəqin ki, bu barədə maraqlanırsınız;
Siz belə fikirləşmirsiniz ki?...
Danışan sözünün axırında dinləyicilərə razılıq əlaməti olaraq belə ifadələrdən
istifadə edə bilər: “Diqqətinizə görə təşəkkür edirəm”; “Sizi yordum, vaxtınızı
aldım” və s.
Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin,
suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal
münasibət bildirilməlidir: “Sual yerində verilmişdir”. “Yaxşı sualdır”. “Mən bu
sualı gözləyirdim”.“Düşünülmüş sualdır” və s. Sual bəsit və məsələyə dəxli
olmayanda və ya düzgün qurulmadıqda: “Bu nə sualdır?”; “Belə də sual
olar?”;“Sual verəndə yaxşı-yaxşı fikirləşmək lazımdır”;“Mane olmayın, imkan
verin işləyək”;“Səni heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət
deyildir. Bunun əvəzində “Gərək bu sualı belə qoyaydın”; “Bəlkə, soruşmaq
istəyirsən?...”; “Bu sualı başqa şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq
Dostları ilə paylaş: |