Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#45997
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

monoloqludur,  işgüzar  kommunikasiya  qarşılıqlı  əlaqə,  münasibətlər  prosesidir, 

ikitərəflidir-dialoqludur



Kommunikasiya şərti olaraq aşağıdakı mərhələlərə bölünür: 

1.informasiya mübadiləsinin başlanğıcı; 

2.ideyaların söz, simvol, məlumatlarla təcəssümü

3.informasiyanın seçilmiş rabitə vasitəsilə ötürülməsi; 

4. informasiyanın verbal və qeyri-verbal formada qəbul edilməsi

5.əks-əlaqə mərhələsi kimi informasiyanı qəbul edənin ona cavabı. 

Kommunikasiya və işgüzar kommunikasiya iştirakçıların aktivlik dərəcəsinə 

görə  də  fərqlənir.  Kommunikasiyada  həmişə  bir  nəfər  aktiv  olur,  digəri  və  ya 

digərləri  informasiya  almaqda  passivdirlər;  rollar  dəyişə  bilər-qanunauyğunluq 

dəyişmir.  İşgüzar  kommunikasiyada  eyni  zamanda  bütün  tərəf-müqabilləri  az  və 

ya çox dərəcədə aktiv ola bilir, danışan (və ya yazan) nitqini, sadəcə, dinləməklə 

(və  ya  yazmaqla)  ifadə  etmir  və  bu  təkcə  informasiya  qəbul  etməyə  (və  ya 

ötürməyə)  yönəlmir,  həm  də  növbəli  şəkildə  şərhinə  qarşılıqlı,  aktiv  reaksiya 

verir.Aktivlik  şəxsi  düşüncənin  və  sərbəstliyin  nəticəsidir;  ünsiyyət,  bir  proses 

kimi, şəxsiyyətdən ideya zənginliyi, fərdiliyini dərk və ifadə etməyi tələb edir, bu, 

nitq fəaliyyətinin vacib şərtidir. 

Kommunikasiya  şəbəkə  funksiyasındadır-informasiya  eyni  zamanda 

işarələnmiş  ünvan  sahiblərinə  göndərilir,  bu  halda  informasiya  alanların  sayı 

kommunikasiyanın xarakterinə təsir göstərmir, böyük kollektiv olsalar da, onlar bu 

məlumatı  fərdi,  tək-tək  qəbul  edirlər.  İşgüzar  kommunikasiyada  isə  informasiya 

tərəf-müqabilləri arasında qarşılıqlı dəqiq ünvanlanma tələb edir. 

Kommunikasiyada  effektivlik  informasiyanı  göndərmək  və  almaq  dərəcəsi 

ilə  qiymətləndirilir,  əvəzində  informasiya  alana  onu  mütləq  dərk  etmək  tələbi 

qoyulmur-informasiya  verən  zaman  ötürdüyünün  fərqinə  varmır.  Deməli, 

kommunikasiyada  informasiya  dərk  edilməyə  də  bilər.İşgüzar  kommunikasiyada 

isə  effektivlik  ilk  növbədə  tərəf-müqabillərin  necə  anlamasıdır.  Anlamaq  həm 

ünsiyyətə,  həm  də  tərəflərə  aid  edilir,  danışıqda informasiyanı qəbul  etmək  olar, 

anlamağın  bir  səviyyəsi  də  insanın  həm  özünü  anlamağı,  informasiyanı 

ünvanlanmış  adamların  bunu  başa  düşə  bilməsidir.Anlamağın  nəticəsi  son 

instansiyada  gerçəkləşir-eyni  xəbəri  müxtəlif  səviyyədə  başa  düşmək  olar  və 

bundan  asılı  olaraq,  cavab  da  fərqli  olacaq.  Anlaşıqlı  olmadığı  halda 

kommunikasiya  baş  tutmaya  bilər,  tərəf-müqabilləri  arasında  ya  fikir  ümumiliyi 

baş verəcək, ya da verməyəcək. 

Hər  bir  insan  özünəməxsus  ünsiyyət  tərzinə  malikdir.  İstənilən  həmsöhbət 

təkrarsızdır. Buna baxmayaraq, onları müəyyən ümumi xarakterik cəhətlərinə görə 



 

qruplaşdırmaq  mümkündür.Ünsiyyət insan fəaliyyəti, insanın iştirak etdiyi  proses 



olduğu üçün, ünsiyyət zamanı ilk növbədə nitq etiketinin xüsusiyyəti nəzərə alınır. 

Mənşəyinə  görə  etiket  (etiquette)  fransız  sözü  olub,  davranış  və  ünsiyyət 

normalarına əməl edilməsini nəzərdə tutur. Nitq etiketi dedikdə, nitq davranışının 

qaydaları, ünsiyyətin nitq formulları sistemi başa düşülür.Nitq etiketinə yiyələnmiş 

olmağın  səviyyəsi  insanın  peşə  yararlılığı  səviyyəsini  müəyyən  edir.  Bu,  ilk 

növbədə,  dövlət  qulluqçularına,  siyasətçilərə,  müəllimlərə,  hüquqşünaslara, 

həkimlərə,  menecerlərə,  sahibkarlara,  jurnalistlərə,  xidmət  sahəsində  çalışanlara, 

yəni  öz  işinin  xüsusiyyətinə  görə  daim  insanlarla  ünsiyyətdə  olanlara  aiddir. 

           Nitq  etiketinə  malik  olmaq  nüfuz  qazanılmasına  kömək  edir,  inam  və 

hörmət  yaradır.Nitq  etiketi  qaydalarını  bilmək,  onlara  əməl  etmək  insana  özünü 

inamlı  və  sərbəst  hiss  etmək  imkam  verir,  insan  öz  səhvləri  və  düzgün  olmayan 

hərəkətləri  üçün  narahatlıq  keçirməkdən  və  başqalarının  istehza  hədəfi  olmaq 

qorxusundan qurtarır. 

 İntensiv nitq fəaliyyəti (linqvointensiv) tələb edən peşə sahibləri tərəfindən 

nitq  etiketlərinə  əməl  edilməsi  həm  də  tərbiyəvi    əhəmiyyətə  malik  olaraq,  istər-

istəməz cəmiyyətin həm nitq, həm də ümumi mədəniyyətinin yüksəlməsinə səbəb 

olur.  Bu  və  ya  digər  müəssisənin,  istehsal  sahəsinin,  ofisin  kollektivinin  üzvləri 

tərəfindən  nitq  etiketi  qaydalarına  qüsursuz  şəkildə  əməl  edilməsi  müştərilərdə, 

həmtəsisçilərdə,  tərəfdaşlarda  xoş  təəssürat  yaradır,  bütün  müəssisənin  müsbət 

imicini  mühafizə  edir.  Bəs  nitq  etiketinin  formalaşması  və  ondan  istifadəni 

müəyyən edən amillər hansılardır? Nitq etiketi işgüzar münasibətlərə daxil olmuş 

tərəfdaşların  xüsusiyyətləri,  onların  sosial  statusları,  peşəsi,  milliyyəti,  dini,  yaşı, 

cinsi,  xarakteri  nəzərə  alınmaqla  qurulur.  Nitq  etiketi  ünsiyyətin  baş  verdiyi 

vəziyyətlə  də  müəyyən  edilir.  Bu,  bir  təqdimat,  konfrans,  simpozium,  müşavirə, 




 

məsləhət,  firmanın  yubileyi  və  s.  də  ola  bilər.Nitq  etiketi  müəyyən  mənada 



cəmiyyətin mənəvi vəziyyətini, onun əxlaqi dayaqlarını əks etdirir. 

      Azərbaycan dilinin özünəməxsus dil xüsusiyyətləri vardır.Adət-ənənələrdə olan 

keyfiyyətlər dilə də  sirayət etmişdir: böyüklərin yanında (və ya onlardan icazəsiz) 

danışmaq olmaz, bir söz soruşulursa, ətraflı cavab verilməlidir (vaxt qıtlığı nəzərə 

alınmır),  rastlaşarkən  tanımadığın  adamlarla  da  salamlaşmalısan  və  s.  Doğrudur, 

Avropaya sürətli inteqrasiya dildə də bəzi ümumi qaydalar yaratmışdır, lakin milli 

qaydalar əsasən gözlənilir. 

         İstənilən  ünsiyyət  aktları  başlanğıc,  əsas  və  yekun  hissəyə  malikdir.  Əgər 

nitqin  ünvanlandığı  adam  nitqin  subyektinə  tanış  deyilsə,  ünsiyyət  tanışlıqdan 

başlayır. Tanışlıq etiketləri: İcazə ver(in) sizinlə (səninlə) tanış olum və s.        

Müəssisə,  ofis,  idarələrdə  məmurlardan  biri  ilə  danışıqlar  aparmalı  və  ona 

özünüzü təqdim etməlisinizsə, aşağıdakı formullardan istifadə edə bilərsiniz: İcazə 



verin (izninizlə) özümü təqdim edim.;   

        Bir  çox  ölkələrdə  artıq  illərdən  bəridir  ki,  tanışlıq  zamanı  vizit  kartlarından 

istifadə olunur. Bizdə də  artıq bu təcrübədən istifadə edilməyə başlayıb. Vizit kartı 

tanışlıq zamanı qarşı tərəfə təqdim olunur. Kartın təqdim edildiyi adam onu almalı, 

ucadan  oxumalı,  sonra  söhbətin  keçirildiyi  otaqda,  arxasında  əyləşdiyi  masanın 

üzərinə, qarşısına qoymalıdır ki, həmsöhbətinin adını düzgün tələffüz etsin. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin