9
bildimmi?”; “Mənimlə razısanmı?”; “Bu barədə siz nə deyə bilərsiniz?”;
“Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və s.
Ünsiyyət prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini
soruşmaq, nəyisə əlavə etmək, məsələyə münasibət bildirmək və s.) söhbətə
qoşulmalı, müsahibinin danışığını kəsməli olur. Belə müdaxilə münasib
məqamlarda, həm də müəyyən nəzakət dairəsində edilməli, “Bağışlayın”, “Üzr
istəyirəm” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir
İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə
ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”,
“Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”,
“Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində
verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir.
Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar.
Bu məqsədlə belə ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”, “Cavabım sizi qane
etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?”, “Sizi razı sala bildimmi?”,
“Deyilənlərlə razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə
bilərsiniz?” və s.
Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək
olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, “Vaxtımı
alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s. Verilən
sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, “Mane
olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və
valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək bacarığı
insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və məlumatını deyil,
eyni zamanda, öz mədəni səviyyəsini də nümayiş etdirir. Danışan söhbət boyu
dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, cavabları səmimiyyətlə
qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol verməməlidir. Natiq
Dostları ilə paylaş: