çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı
halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın
nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr
zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə
“Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli
söz və ifadələrlə müraciət olunmalıdır.
Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq,
gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi
qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas
göstəricilərdəndir.