Fənn: Azərbaycan Tarixi Qrup: 1239a Tələbə



Yüklə 156,96 Kb.
səhifə2/6
tarix21.12.2023
ölçüsü156,96 Kb.
#188053
1   2   3   4   5   6
Aviasiya-Tarix-1

Paytaxtı
Mənbələr Atropatenanın iki — yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera — indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır.[7] 1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır. Əsas olaraq,buradan Şiz məbədinın qalıqları tapılıb.
Əhalisi
Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.
Bu ərazidə qədimdən yaranan Manna dövlətinin sonralar Midiya tərəfindən işğal olunması, daha sonra həmin ərazinin Əhəmənilər imperiyasına qatılması, şübhəsiz, yerli əhalinin etnik tərkibinə təsir göstərmişdir.Atropatena əhalisi o zaman başqa qonşu ölkələrdə olduğu kimi, yeknəsəq olmamışdır. Antik dövr müəlliflərinin məlumatlarına görə bu ərazidə matienlər, saqartilər, kadusilər, gellər, utilər, anariaklar, pavsiklər, mardlar, maqlar,azərilər və başqaları yaşamışlar.Matienlərin qədim huri tayfası mitannilərə, saqartilərin burada qədimdə yaşamış zikertularla bağlı olduqları söylənilir. Atropatena ərazisində yaşayan tayfalardan biri də kadusilər idi. Qaynaqlarda onlar midiyalıların, kaspilərin, albanların, matienlərin qonşuları kimi göstərilirlər.Onlar 20 min peltast və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Kadusilər yaxşı mizraq atır, dağlıq yerlərdə çox yaxşı döyüşərək süvariləri əvəz edirlər.Onlar Xəzərin cənub-qərb sahillərində yaşayan gellər və kaspilərə yaxın idilər.
Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdular.Onlar Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər.Maq dedikcə təkcə bu adı daşıyan tayfa deyil, eyni zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri sayılırdı. Lakin maqların təlimində hakim Zərdüşt inamından fərqli cəhətlər də var idi.Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən ibarət olduğu göstərilir.
Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadları olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.
Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kaduslar, utilər və mardların qonşuluğunda yaşayırlar. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasu çayı arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.
Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.
Albaniyada və Ermənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır.
Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır
Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.
Atropatenada yaşayan İrandilli etnoslardan ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarında yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir.
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır.

Yüklə 156,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin