Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Bunun əsas növləri aşağıdakılardır



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə26/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   22   23   24   25   26   27   28   29   ...   114
Azərbaycan tarixi

Bunun əsas növləri aşağıdakılardır: 
1. Azərbaycanın özündə kənd təsərrüfatı alətləri və maşınları istehsal edən zavodların olmaması; 
2. Belə maşınların xaricdən və ya kənardan gətirilməsinin baha olması; 
3. İxtisaslı mütəxəssislərin az olması. 
Taxıl və texniki bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində sənaye pambıqçılğı xüsusi 
ilə fərqlənirdi. Pambıq əkinində kotanlarla bərabər, traktorlardan da istifadə olunur. 
Cənubi Qafqazdakı pambıq əkini sahələrinin 70%-dən çoxu Azərbaycanın payına düşürdü. 
1909-cu ildən etibarən Azərbaycanda borc-kredit şirkətləri təşkil edilmişdir. 1913-cü ildə artıq 
burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları fəaliyyət göstərirdi. Bunlar kəndlilərə 
əlverişli şərtlərə kredit verirdilər. 
XX əsrin əvvəllərində tütünə təlabat artdıqca becərilən əkin sahələri də genişlənirdi. Cənubi 
Qafqazda ən böyük tütün plantasiyası Zaqatala dairəsində yerləşirdi. 
XX əsrin əvvəllərində Azərbaycanda üzümçülük də geniş yayılmışdır. 
Azərbaycan qəzalarında maldarlıq (qoyunçuluq, iribuynuzlu mal-qara) bu və ya digər dərəcədə 
inkişaf etmişdi. 
Əsrin əvvəllərində Azərbaycanda meyvəçilik inkişaf etmişdi. 
Azərbaycanda kəndilərin aztorpaqlı olmasına baxmayaraq Rusiyadan buraya köçürülənlərin sayı 
getdikcə artırdı. XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər üçün 44min desyatin 
yararlı torpaq sahəsi ayrılmışdı. Quberniyada bəzən bütov bir kəndin torpaqları gəlmə rus kəndlilərinə 
verilirdi. 1905-cu ildə Quba qəzasında ən münbit torpaqların bir hissəsi Kiyev quberniyasından buraya 
köçürülmüş 2 min kəndliyə verilmişdir. 
1908-1910-cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana üç mindən artıq kəndli 
ailəsi köçürülmüşdü. 1912-ci ildə Bakı quberniyasında 60, Gəncə Quberniyasında 29 rus kəndi 
salınmışdır. 
1870-ci ildə kəndli islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. Kəndlilərə pay 
torpağı verilməsi məsələsi tam həll edilmədi. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin