Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
22
Babilər hərəkatı
.
1848-cı ildə İranda Babilər hərəkatı başlandı. Babizm təriqətinin və hərəkatının rəhbəri Şirazi
Seyid Əli Məhəmməd idi. Babin əsas ideyaları ―Bəyan‖ adlı əsərdə tacir, sənətkar və kəndlilərin
arzuları əks olunmuşdu. Bu hərəkət feodallara, ali ruhanilərə və xarici kapitda qarşı çevrilmişdi. Baba
görə, İranda feodal və xarici kapitalın zülmünü aradan qaldırmaq üçün İmam Mehdinin zühür
etməsinin vaxtı çatmışdı. Ona görədə o, özünü əvvəlcə imam Mehdi ilə xalq arasında vasitəçi- Qapı
(Bab), sonra isə yeni peyğəmbər elan etmişdi. Babin Cənubi Azərbaycanda da çoxlu təbliğatçılar
(Zəncanlı Molla Məhəmmədəli Təbrizli Molla Yusif) və tərəfdarları var idi. Babin qadın azadlığı
ideyası, hərəkata çoxlu qadınların qoşulmasına səbəb olmuşdu. Onlardan biri də Zərrintac idi. Onun
üsyançılar arasında böyük nüfuzu var idi. O, 1852-ci ildə Tehranda gizli şəkildə öldürülmüşdür.
1848-1852-ci illəri əhatə edən Babilər hərəkatının ən coşqun dövrü Cənubi Azərbaycanda
Zəncanda idi. 1850-ci ildə üsyançılar şəhər qalasını tutdular. Üsyanda babilərin ailə üzvləri də var idi.
Ona Molla Məhəmməd başçılıq edirdi üsyançıların əksəriyyətini sənətkarlar, kəndlilər təşkil edirdi, din
xadimlərinin aşağı təbəqəsi də üsyana qoşulmuşdu. Şah və feodal qoşunları bir neçə dəfə hücum
etsələr də, şəhəri ala bilməmişdilər. Üsyançılar arasında Firdovsinin ―Şahnamə‖sində qəhrəmanın adı
ilə adlanır Rüstəməli adlı qadın böyük şöhrət qazanmışdı. 1850-ci ildə nəhayət dekabrın ayında Zəncan
üsyanı amansızlıqla yatırıldı. Bu hərəkat , İranda feodalizimdən kapitalizimə keçid dövründə ən böyük
üsyan idi.
|