Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
29
MÖVZU 13
Şimali Azərbaycanda milli partiyaların yaradılması.
XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar yaradılmışdı:
1. 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təşkilat olan ―Müsəlman gənclik
təşkilatı‖ yaradıldı.
2. 1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məmməd Əmin
Rəsulzadənin təşəbbüsü ilə ―Hümmət‖ təşkilatı yaradıldı. Bu təşkilat Rusiya Sosial-Demokrat Fəhlə
Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci illərdə ―Hümmət‖
təşkilatının ―Hümmət‖ adlı qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin təsiri altına keçən bu təşkilat
əvvəlki milli qayəsini itirdi. M,Ə.Rəsulzadə və onun ideya dostları tədricən bu təşkilatdan uzaqlaşdılar.
M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azərbaycan istiqlal hərəkatının
təməlini qoydu.
3. 1905-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat – ―Difai‖ (―Mudafiə‖) Partiyasını yaratdı.
Partıyanın mərkəzi komitəsi Bakıda yerləşirdi. Azərbaycanın müxtəlif bölgələrində onun şöbələri
yaradılmışdı. Partiyanın yaradılmasında əsas məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların
qarşısını almaq, maarifçiliyi genişləndirmək və s. idi. ―Difai‖nin Qarabağ şöbəsinin 400 nəfərlik hərbi
dəstəsi var idi. Gəncə şöbəsi Ə.Rəfibəylinin başçılığı ilə erməni quldurlarına layiqli cavab verirdi.
4. 1907-ci idə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi ilə yaradılan ―Müdafiə‖ təşkilatının
qarşısında duran əsas məqsəd əhali içərisində maarifi yaymaq, onların hüquq və mənafelərini qorumaq
idi.
5. 1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi ilə yaradılan ―ittifaq‖ təşkilatının
qarşıya qoyduğu əsas məqsəd müsəlman əhailini erməni-rus silahlı birləşmələrinin soyqırımından
qorumaq idi.
6. 1911-ci ildə ―Müsavat‖ ("Bərabərlik") Partiyası yaradıldı. Onun 1912-ci ildə çap edilmiş
proqramında müsəlman xalqlarının birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq
əsas vəzifə kimi irəli sürülürdü. Partiyasının əsas şüarı ―türkləşmək, islamlaşmaq və müasirləşmək‖ idi.
Azərbaycanın, Qafqazın, eləcə də Rusiyanın müsəlmanlar yaşayan digər bölgələrində ―Müsavat‖
Dostları ilə paylaş: