Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
30
MÖVZU 14
Azərbaycanlı deputatlar Rusiyanın Dövlət Dumasında.
II Nikolayın Dumaya seçkilər keçirilməsi haqqında 1905-ci il 11 dekabr fərmanına uyğun olaraq
1906-cı il mayın 31-də Azərbaycanda I Dumaya seçkilər keçirildi. Əlimərdan bəy Topçubaşov,
İsmayıl xan Ziyadxanlı,
Məmmədtaği Əliyev, Əsədulla bəy Muradxanov,
Əbdürrəhim bəy
Haqverdiyev I Dumaya deputat seçildilər.
Rusiya müsəlmanlar içərisindən seçilən 46 deputat Ə.Topçubaşov başda olmaqla ―Müsəlman
fraksiyası‖nda birləşdi. 1906-ci ilin aprelində işə başlayan və cəmi 72 gün fəaliyyət göstərən I Duma
iyulun 7-də buraxıldı.
1906-cı ilin sonu - 1907-ci ilin əvvəlində Azərbaycanda II Dumaya seçkilər keçirildi. Fətəli xan
Xoyski, Məmməd ağa Şahtaxtinski,
Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev (Hacı Zeynalabdin
Tağıyevin oğlu), Mustafa Mahmudov, Zeynal Zeynalov bu dumaya deputat seçildilər.
II Duma 1907-ci il 20 fevralda ilk iclasına başladı. Fəaliyyətini 103
gün davam etdirən II Duma
1907-ci il iyulun 3-də buraxıldı və III Dumaya seçkilər haqqında qanun verildi. Qafqaz, Mərkəzi Asiya,
Sibir xalqdan seçki hüququndan məhrum edildilər. 1907-ci ildə III Dumaya Cənubi Qafqaz
müsəlmanlarından cəmi bir nəfər-Xəlil bəy Xasməmmədov seçildi.
1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dumaya seçkilərdə da Azərbaycandan yalnız bir nəfər
Məmmədyusif Cəfərov deputat seçildi.
Dostları ilə paylaş: