. Cənubi Azərbaycan inqilab ərəfəsində. Cənubi Azərbaycan xalqının İran despotizminə və xarici
müstəmləkəçilərə qarşı mübarizənin ən parlaq səhifələrindən biri 1905-1911-ci illər İran inqilabı idi.
XX əsrin əvvəllərində İranda feodal istismarı gücləndi, Ölkənin Rusiya və İngitərənin
yarımmüstəmləkəsinə çevrilməsi təhlükəsi yarandı, möhtəkirlik artdı, maliyyə sistemində böhran
gücləndi. Bütün İranda olduğu kimi, Cənubi Azərbaycanda da narazılıq artırdı. Yeni yaranan
burjuaziya ölkədə qanun-qayda yaradılmasını, xüsusi mülkiyyətin qorunmasını, ölkədə kanalın
nüfuzunun məhdudlaşdırılmasını tələb edirdi. Bütün bunlar ölkədə inqilabı hərəkatın baş verməsinə
şərait yaratdı.
İnqilabın başlanması. 1905-ci il dekabrın 12-də qəndin bahalaşmasına etiraz olaraq, Tehranda
bazar bağlandı. Bunun ardınca tacir və sənətkarlar, burjua nümayəndələri, liberal ruhlu ruhanilər
müqəddəs yerlərdə bəstə oturdular və bununla da İran inqilabı başlandı. Təbriz, Tehran, Girman, Şiraz
və başqa sahələrdə nümayişlər keçirildi.
İnqilab iştirakçılarının əsas tələbləri məşrutənin (konstitusiyanın) qəbul edilməsi, məclis
çağrılması, xarici məmurların vəzifədən kənarlaşdırılması və ölkədən qovulması kimi məsələlərin
həllindən ibarət idi. 1906-cı il avqustun 5-də şah məşrutə (konstitusiya) qəbul edilməsi və məclisə
seçkilər keçirilməsi haqqında fərman verdi. Lakin bu vəd yerinə yetirilmədi. Sentyabrın 20-də bir
ruhani Təbrizdə ingilis konsulluğunda, ―Samsamxan‖ məscidində bəstə oturdular. Şəhərdə mitinq,
nümayiş və tətillərin arası kəsilmirdi. Şah məclisə seçkilər keçirilməsinə razılıq verdi. Bu, xalqın irtica
üzərində ilk qələbəsi idi. Təbrizdə baş verən hadisələrə 1904-cü ildə yaradılmış ―İctimaiyyune-
amiyyun‖ (―Mücahid‖) sosial-demokrat qrupu rəhbərlik edirdi. Təbrizdə təşkil olunmuş ―Gizli
mərkəz‖ geniş fəaliyyət göstərirdi.
1906-cı ilin sentyabrında Təbrizdə məclisə seçkilər başlandı. Bu məqsədlə əvvəlcə hərəkatın
başçılarından ibarət Əncuman (şura) seçdi. Bu şura ən çox ―Azərbaycan əyalət şurası‖ kimi tanınırdı.
Yerlərdəki şuralar Cənubi Azərbaycanın şəhər və kəndlərində yaradılmış demokratik hakimiyyət
orqanı idi və inqilab dövründə demokratik qayda qanunların yaradılmasında böyük rol oynadı.
İnqilabın silahlı mücahid dəstələri yaradıldı. Azərbaycandan məclisə deputatlar seçildi və sonra onlar
Tehrana yola düşdülər. Ölüm yatağında olan Müzəffərəddin şah 1906-cı il dekbarın 30-da
konstitusiyanı imzaladı və konstitusiya qüvvəyə mindi. lakin 1907-ci il yanarın 19-da taxta çıxan
Məmmədəli şah konstitusiyanı tanımaqdan imtina etdi.
Təbrizdə silahlı üsyan. Bu xəbər Təbrizə çatdıqdan sonra 1907-ci il fevralın 8-də Təbrizdə ―Gizli
mərkəz‖in başçılığı ilə İran inqilabı dövründə ilk silahlı üsyan başladı. Dövlət idarələri tutuldu,
məmurlar həbs edildi. Şəhərdə hakimiyyət əyalət şurası ələ keçdi. İrticaçı qüvvələrlə demokratik
qüvvələr arasında ixtişaşlar gücləndi. İran inqilabının mərkəzi Cənubi Azərbaycana keçdi.
Azərbaycan nümayəndələri Tehrana fevralın 8-də çatdı deputatalar onları hərarətlə qarşıladı.
Azərbaycan deputatlarının fəaliyyətə başlaması ilə məclisin işində canlanma yarandı. Onların tələbi
müzakirə edildi və şaha göndərildi. Şah bu tələbləri qəbul etməyə məcbur oldu.
Təbrizlilər bir sıra qələbələr əldə etdilər. Bunlardan biri Azərbaycanda real hakimiyyətin
Azərbaycan Əyalət Şurasının ələ keçməsi idi. Bir sıra demokratik tədbirlər görüldü, həm də qarşı
dəstələr təşkil edildi və bu dəstələr əksinqilabi qüvvələrlə mübarizədə mühüm rol oynadı.
Məhəmmədəli şahın taxtdan getməsi tələbi ilk dəfə Təbrizdə keçirilən mitinqlərdə irəli sürüldü İranda
demokratik dəyişikliklər edildi. Demokratik dəyişikliklərin qarşısını ala bilməyən şah 1907-ci il
oktyabrın 7-də konstitusiyaya əlavəni imzalamağa məcbur oldu.
1908-ci il iyun 23-də şahın göstərişi ilə rus kazak dəstələri və paytaxtdakı Azərbaycan şurasının
binasını top atəşinə tutdu və məclis dağıdıldı. Konstitusiya tərəfdarları və demokratik qüvvələrə divan
tutulmasına başlandı. Cənubi Azərbaycanda və onun əsas şəhəri Təbrizdə əksinqilabı qüvvələrin
amansızlığına baxmayaraq, əncumanlar öz fəaliyyətini davam etdirirdi. İnqilabi qüvvələr döyüşə hazır
idilər. Bu dövrdən başlayaraq Cənubi Azərbaycan İran İnqilabının mərkəzinə çevirildi.