Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci


-1914-cü illərdə Şimali Azərbaycanda fəhlə və kəndli çıxışları



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə33/114
tarix12.05.2023
ölçüsü1,4 Mb.
#111879
1   ...   29   30   31   32   33   34   35   36   ...   114
Azərbaycan tarixi

 
1910-1914-cü illərdə Şimali Azərbaycanda fəhlə və kəndli çıxışları. 
Fəhlələrin ağır vəziyyəti 1910—1911-ci illərdə Bakıda bir sıra pərakəndə çıxışların baş verməsinə 
səbəb oldu. 1912-ci il aprelin 4-də Sibirdə Lena mədənlərində fəhlələrin dini nümayişinin gulləbaran 
edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-də Nuxada başlayan tətil ayın 12-də 
ümumi xarakter aldı. Bu tətil mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin 
bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, əməк haqqı qismən artırıldı. 
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-1912-ci illərdə Azərbaycan 
qəzalarında çıxışlar da genişləndi. Qaçaq hərəkatı qəzalarda hökumət dairələrini lərzəyə saldı. Qandal 
Nağı və Məşədi Yolçunun dəstələri xüsusilə fərqlənirdi. 


Fənn: Azərbaycan tarixi 
 
Şöbə: “Tibb bacısı işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 31 
MÖVZU 15 
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm

Şimali Azərbaycanda maarifin inkişafını ləngidən səbəblərdən biri də təhsilin rus dilində 
aparılması idi. Görkəmli maarifçilərimiz təhsil sahəsində hökumətin müstəmləkə siyasətinə qarşı 
çıxaraq yeni tələblərlə çıxış edirdilər. Onların tələbləri yeni məktəblərin yaradılmasından, təhsilin 
icbari və pulsuz olmasından ibarət idi. 
Azərbaycanda ən nümunəvi qız məktəbi H.Z.Tağıyevin 1901-ci ildə Bakıda açdığı məktəb idi. 
1902-ci ildə Gəncədə açılmış məktəbdə yalnız azərbaycanlı qızlar oxuyurdu. 
1912-ci ildə verilmiş məktəb əsasnaməsinə görə səhər məktəbləri yuxarı ibtidai məktəblərə 
çevrildi. 
1914-cü ildə Gəncədə, 1916-ci ildə Bakıda müəllimlər seminariyası fəaliyyətə başladı. 
1917-ci ildə Təbrizdə ilk orta məktəb açılmışdı. 
Dövrün alimlərindən Rəşid bəy İsmayılov, Hacı Həsən Mollazadə və Mirzə Rəhim tarix, 
Məmməd Qasım Əliyev, Qafur Rəşad Mirzəzadə coğrafiya elminin inkişafında misilsiz xidmətlər 
göstərmişdilər. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin