Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 26 XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev,
Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, Üzeyir
Hacıbəyov və s. yüzlərcə ziyalı milli şüurun, milli özünüdərkin formalaşmasında mühüm rol
oynayırdı.
Şimali Azərbaycanda mövcud quruluşa qarşı çıxışlar. Bakı tətilləri . 1900-1903-cü illlərdəki sənaye böhranı Azərbaycanın iqtisadiyyatına güclü zərbə vurmuş,
əhalinin vəziyyətini pisləşdirmişdi. Şimali Azərbaycanda sənaye muəssisələrində iş günü 10-14 saata
çatırdı. Fəhlələrin əməк haqqı 20-25 faiz azalmışdı. Onların iş şəraiti dözülməz idi. Müəssisələrdə
adi sanitariya və təhlükəsizlik qaydalarına əməl olunmurdu. Belə bir şərait fəhlələrin siyasi cəhətdən
oyanmasına, inqilabi hərəkatın başlanmasına zəmin yaradırdı.
Bakıda tətil hərəkatının təşkilatçısı və iştirakçılarının əksəriyyətini Rusiyadan buraya işləməyə
gəlmiş fəhlələr təşkil edirdi. 1901-ci ilin yanvarında Bakıda iri tütün fabrikinin fəhlələri, mart ayında
Sabunçuda ―Remont‖ mexaniki emalatxanasının fəhlələri, ilin sonunda Tovuz dəmir yolu stansiyasında
işləyən fəhlələr və b. tətil etmişdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin iştirakı ilə ilk dəfə
açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü
il iyulun 1-dən 22-nə qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. Tətil hökümətə və sahibkarlara
fəhlələrin böyük qüvvə olduğunu anlatdı.
1904-cü il dekabrın 13-də Balaxanı mədənlərində başlayan tətil hərəkatı dekabrın 30-da neft
sənayeçiləri ilə fəhlələr arasında müştərək müqavilənin imzalanmasına gətirib çıxardı. ―Mazut
konstitusiyası‖ adını almış müştərək müqavilənin əsas müddəaları bunlar idi: 9 saatlıq iş günü, ayda 4
dəfə istirahət günü və ildə bir dəfə məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 faiz artırılması,
xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi və s. göstərilən bu güzəştlər ancaq
neft sənayesində çalışan fəhlələrə aid idi. Müştərək müqavilə fəhlələrin həm neft sahibkarları və həm
də çarizm üzərində qazandıqları böyük qələbə idi.
―Mazut konstitusiyası‖ qəbul edildikdən sonra Bakıda mədən-zavod komissiyaları meydana
çıxdı.