Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 19 kapitalislərinə 5 milyon manata satdı və iqtisadiyyatın yeni sahələrinə toxuculuq sənayesinə,
gəmiçiliyə və balıqçılığa xeyli kapital qoydu. 1900-cü ildə H.Z.Tağıyevin xas olan birtərəfli inkişaf
meyilini aradan qaldırmaq yolunda ilk addımı oldu. H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatının
müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçi idi.
Bakıda mexaniki zavodlar, gəmi təmir emalatxanaları, buxar mühərrikləri ilə hərəkətə gətirilən
dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları istehsal edən müəssisələr fəaliyyət göstərirdi.
Azərbaycanda əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Cavanşir və Naxçıvanda gümüş, qurğuşun
filizi çıxarılırdı.
1880-1890-cı illərdə Gədəbəydə mis əritmə müəssisələri ən iri kapitalist müəssəsinə çevrildi.
Rusiya ipək toxuma sənayesinin tələbatına uyğun olaraq Azərbaycanda ipək emalı müəssisələrinin sayı
çoxalmışdı. Azərbaycanın xam ipəyi Moskva, Marsel, və. s. yerlərə ixrac olunurdu. İpək emalı
sənayesi əsasən Nuxa, Zaqatala, Qarabağ , Naxçıvanda yayılmışdır.
1882-ci ildə Naxçıvanda ilk pambıqtəmizləmə zavodu inşa olundu. Yeyinti sənayesindədə balıq
emalı mühüm yer tuturdu. Fransaya, Polşaya, Amerikaya və. s yerlərə balıq və balıq məhsulları ixrac
olunurdu.
XIX əsrin 80-90-cı illərində dəmir yolu stansiyalarından qəza mərkəzlərinə şose yolları çəkilirdi.
Bu dövrlərdə telefon və teleqraf xətləri çəkilişi sürətlənirdi. XIXəsrin ikinci yarısında iqtisadiyatın
inkişafı Azərbaycanda şəhərlərin sayını və əhalisinin artmasına gətirib çıxartdı. Bakıdan sonra əhali
sayına görə Gəncə şəhəri gəlirdi, ticarət və sənayenin inkişafına görə ikinci yeri Nuxa şəhəri tuturdu.
XIX əsrin ikinci yarısında kapitalist sənayesi, kənd təsərrüfatının inkişafı, nəqliyyat vasitələrinin
yaxşılaşması Şimali Azərbaycanda ticarət dövriyyəsinin çoxalmasına, ticarət kapitalının həcminin
artmasına səbəb oldu.